Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.11.2017  17:08 

Fərhad Əhmədovun Göyçaya gətirdiyi YENİLİKLƏR... - FOTOLAR





A+  A-

Göyçayda ənənəvi “Nar bayramı” keçirilib. Ardıcıl 12-ci ildir keçirilən və artıq ənənə halını almış bu bayramda çoxsaylı yerli sakinlər, o cümlədən Bakıdan, yaxın rayonlardan və xarici ölkələrdən qonaqlar da daxil olmaqla 50 minə yaxın insan iştirak edib. Noyabrın 3-4-də davam edən bayram Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “AzNar” QSC-nin maliyyə dəstəyi ilə baş tutub.
XəzərNews.az xəbər verir ki, böyük təntənə və coşqu ilə keçirilən bu bayramın fəxri qonaqlarının sırası da xeyli geniş idi. Onların arasında tanınmış iş adamı, keçmiş Rusiya senatoru (Federasiya Şurasının keçmiş üzvü) Fərhad Əhmədov, millət vəkilləri Sabir Hacıyev, Elman Nəsirov və Çingiz Qənizədə, ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta, keçmiş səfir Metyu Brayza, Rusiyanın Bakıdakı keçmiş səfiri Vasili İstratov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Konservatoriyanın rektoru Fərhad Bədəlbəyli, qaydasız döyüş üzrə dünya çempionu Zabit Səmədov və digərləri yer alırdı.

Builki “Nar bayramı” bəzi yeniliklərlə də yadda qalıb. Belə ki, qonaqlar ənənəvi xalq oyunları, əl işləri, nar məhsulları sərgisi ilə tanış olandan sonra bu il ilk dəfə keçirilən “Nar gözəllik müsabiqəsi”nə də tamaşa etmək imkanı qazanıblar. Tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı geyimlərdə olan 30-dan çox model-nar gözəli səhnəyə çıxıb. Tamaşaçıların böyük maraqla izlədiyi gözəllik müsabiqəsində münsiflər səsvermə yolu ilə üç “Nar gözəli”ni seçiblər. Onlara “AzNar” şirkəti tərəfindən təyin edilmiş mükafatlar verilib. Birinci yeri tutmuş gözələ 5000, ikinci yerin sahibinə 3000, üçüncü yerə layiq görülən iştirakçıya isə 1000 manat mükafat təqdim olunub. Müsabiqədə 1-ci yeri tutmuş “Nar gözəli”nə mükafatı iş adamı Fərhad Əhmədov özü, digərlərinə isə dünya çempionu Zabit Səmədov və teleaparıcı Hacı Nuran təqdim ediblər.
Bayrama toplaşanlar qarşısında çıxışı zamanı Fərhad Əhmədov Azərbaycan xalqını bu milli bayram münasibətilə təbrik edib. Bildirib ki, “Nar bayramı”nın min illər bundan sonra da davam edəcəyinə inanır.

Daha sonra Göyçay şəhərinin mərkəzində rayonun simvolu kimi qoyulmuş “Nar abidəsi”nin açılışı olub. Bu abidə Fərhad Əhmədovun təşəbbüsü və maddi dəstəyi ilə ərsəyə gəlib. Tuncdan hazırlanmış abidə bayram iştirakçılarının böyük marağına səbəb olub. Həmin abidə Göyçay şəhərinə də xüsusi yaraşıq verir.
Bayramın birinci gününün axşamı Göyçay şəhərində tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert təşkil edilib, atəşfəşanlıq keçirilb. Qeyd edək ki, ötən illərdən fərqli olaraq bu il bayram iki gün davam edib.

Bayramın ikinci günü “AzNar” QSC-nin vəsaiti hesabına əsaslı təmir edilmiş Göyçay şəhər stadionunun açılışı olub. Bu stadion yüksək standartlara uyğun təmir edilib. Açılış mərasiminin ardınca stadionda Göyçayın “Aznar” futbol komandası ilə Bakının “Neftçi” komandası arasında yoldaşlıq oyunu da keçirilib. Gərgin keçən oyunda “Aznar” komandası 4:2 hesabı ilə qələbə qazanıb. Qalib komandaya “Nar kuboku” və 10 min manat pul mükafatı verilib. Mükafatı Fərhad Əhmədov təqdim edib.

Xatırladaq ki, Göyçayda “Nar bayramı”nın keçirilməsi ənənəsinin əsasını F.Əhmədov qoyub. İş adamı hər il bayramın keçirilməsinə sponsorluq edir, o cümlədən rayonda idmanın, infrastrukturun, təhsilin inkişafına dəstək verir.









Xəbər 1384 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +