Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


31.10.2017  09:48 

Canavarlar kəndə niyə hücum edir?





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son zamanlar canavarların yaşayış məntəqələrinə hücum etməsi, belə halların çoxalması barədə səslənən fikirlərə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Trend-ə bu hadisələrin baş verməsinin əsas səbəbini açıqlayıb.

Mütəxəssis deyib ki, çox zaman canavarların ac olması səbəbindən yaşayış məntəqələrinə hücum etdiyi fikri önə çəkilir. Lakin bu hadisələr əsasən həmin heyvanların yaşayış arealına müdaxilə səbəbindən baş verir: "Əvvəlki illərlə müqayisədə yaşayış məntəqələrinin, heyvandarlıq təsərrüfatlarının sayı həddindən çox artıb. Təsərrüfatların sayı artqıca da heyvanların yaşayış arealına müdaxilə olunur. Söhbət ondan gedir ki, canavarlar aclıqdan hücum etmirlər, onlar meşədə qidalanırlar, yaşayış məntəqələrinin və təsərrüfatların genişlənməsi onların hücum etməsinin əsas səbəblərindəndir".

R.Mirzəyevin sözlərinə görə, Azərbaycan 1999-cu ildə Avropanın Yabanı Flora və Vəhşi Faunanın Mühafizəsi üzrə Konvensiyaya qoşulub. Azərbaycanın həmin ildə də ratifikasiya edilən konvensiyanın öhdəliklərini yerinə yetirdiyini deyən R.Mirzəyev qeyd edib ki, sənədin əsas tələblərindən biri canavarların mühafizə edilməsidir.

Nazirlik rəsmisi əlavə edib ki, canavarların təqib edilərək ovlanması qanunvericiliyə ziddir. Belə hala yol verən şəxslərin İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 1000-2000 manat məbləğində cərimələnməsi nəzərdə tutulur: "Lakin buna baxmayaraq, canavar insana hücum edərsə, təhlükəli şərait yaranarsa, insan özünümüdafiə üçün son zəruri tədbir kimi həmin heyvanı məhv edə bilər. Bu halda cərimələnmə həmin şəxslərə şamil olunmur. Amma canavarı təqib etməklə vurmaq qanun pozuntusu hesab edilir".

R.Mirzəyev qeyd edib ki, insanlar canavarların həyatları və təsərrüfatları üçün təhlükə yaratdığını hiss etdikdə bunula bağlı ETSN-nin regionlarındakı yerli şöbələrinə, yaxud yerli icra hakimiyyətlərinə müraciət edə bilərlər. Bu halda nazirlik həvəskar ovçuları, bələdiyyə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndələrini cəlb etməklə həmin ərazilərdə reydlər keçirə bilərlər. Bu reydlər canavarların ovlanması üçün deyil, onların xüsusi vasitələrlə ərazidən uzaqlaşdırılması üçün keçirilir: "Bu yaxınlarda Göyçay, İsmayıllı rayonlarının ekologiya şöbələrinə müraciət edilib. Yaradılan operativ qruplar tərəfindən ərazidəki canavarlar uzaqlaşdırılıb. Amma çox təəssüf ki, vətəndaşlar nazirliyə rəsmi müraciət etmirlər, canavarların hücumu barədə məlumatları mətbuata açıqlayırlar. Biz mətbuatdan oxuyuruq ki, hansısa təsərrüfata vəhşi heyvan hücum edib".

Xəbər 1125 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +