“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.08.2017  10:52 

Şimali Koreya ABŞ-ı vurmaq üçün plan hazırlayıb - Rəsmi açıqladı





A+  A-

Şimali Koreya ABŞ-a aid olan Guam adası sahillərinə orta və uzun mənzilli raketlər atmaq üçün yeni plan hazırlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın tələbi ilə bir araya gələn BMT-nin Təhlükəsizlik Şurası nüvə silahı proqramını dayandırmayan Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini səs çoxluğu ilə qərarlaşdırmışdı.

Ardınca isə Washington Post Şimali Pxenyanın bir raketin içərisinə yerləşdirilə biləcək qədər kiçik nüvə döyüş başlığı yaratdığını iddia etdi. Xəbərdə Koreyanın hesab edildiyindən daha qısa vaxtda ABŞ-ı vura biləcək imkana sahib ola biləcəyi vurğulanıb.

ABŞ prezidenti Tramp isə Şimali Koreyanın son sınaqlarına belə cavab vermişdi: “ Şimali Koreya yaxşı olar ki, artıq ABŞ-ı təhdid etməsin. Dünyanın heç görmədiyi bir atəş və öfkə ilə üz-üzə qalacaqlar”.

Xəbər 1036 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +