“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


08.08.2017  16:21 

19 yaşlı ana sevgilisiylə qaçdı - Bakıda





A+  A-

Bir neçə gün əvvəl Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Gülxanım Yusifova qızı və nəvəsinin qaçırılması ilə bağlı müraciət edib. Ana bildirib ki, avqustun 5-də, saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı, 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb.
XəzərNews.az xəbər verir ki, Oxu.Az məsələnin təfərrüatını öyrənib.

Hadisədə adı hallanan Eldar Əzizulla oğlu Bağışov məsələnin heç də qayınanasının dediyi kimi olmadığını deyib.

“Burada söhbət qaçırılmaqdan gedə bilməz. Biz bir-birimizi sevdik və bir yerdə yaşamağa qərar verdik. Planlaşdırdığımız yerdə görüşüb gəlmişik evə. Mən onları evlərindən qaçırmamışam. Polis idarəsində izahatımda da belə yazmışam. Aysel hazırlıqlı gəlmişdi. Evlərindən həm özünün, həm də uşağına lazım olan əşyaları toplayıb, gəlib yolun kənarına, oradan da birlikdə görüşüb getmişik”.

Qaçırıldığı deyilən 1998-ci il təvəllüdlü Yusifova Aysel Fuad qızı da Oxu.Az-a hadisəni təsdiqləyib. “Paltarımı yığıb gəlmişəm görüşə. Oradan da getmişik”.

Ayselin dediyinə görə, o, əvvəlki həyat yoldaşından rəsmi olaraq boşanıb. Eldarla da yaxın günlərdə nikaha girməyi planlaşdırır.



Xəbər 914 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +