“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


28.07.2017  22:17 

Bakıda market sahibi oğrunu döyüb ət soyuducusuna saldı - VİDEO





A+  A-

Bakıda heç yerdə görülməmiş hadisə baş verib. Bir supermarket oğurluq ittihamı ilə bir müştərini nəhəng soyuducuya salaraq orda uzun müddət saxlayıb. Müştəri soyuqdan huşunu itirdikdən sonra onu soyuducudan çıxarıblar.
XəzərNews.az-ın məlumatına görə, bu iddia ilə "Xəzər Xəbər"ə müraciət edən 37 yaşlı Firuz Qəhrəmanov deyir ki, eyni zamanda ona müxtəlif işgəncələr də veriblər.

"Xəzər Xəbər" bu şok hadisəni araşdırıb.

Dostu ilə marketə gələn müştəri səbəbsiz yerə işgəncəyə məruz qalıb.

Hadisə Xətai rayonunda yerləşən "Freş mart" adlanan marketdə baş verib. Firuz Qəhrəmanov dostu Novruz Sədiyevlə marketdə olarkən onlara deyiblər ki, guya marketdən bahalı təraş ülgücü oğurlayıblar.

İddiaya görə, marketin qadın adminstratoru onlardan 750 manat məbləğində pul tələb edib, verməyəcəkləri təqdirdə mühafizəçilərə döydürəcəyini deyib. Oğurluqda ittiham olunan Novruz Sədiyev əlacsızlıqdan razılaşıb, pul gətirmək üçün evə getmək istəyib.

Novruz Sədiyev bir neçə saat sonra zəng edib deyib ki, deyilən məbləğ çoxdur və düzəldə bilməyib. Xahiş edib ki, dostunu buraxsınlar, pulu düzəldən kimi gətirib verəcək. Bu zaman marketin qadın adminstratoru və mühafizəçilər Firuz Qəhrəmanovdan təzyiq vasitəsi kimi istifadə ediblər.

Uzun müddət soyuducuda saxlanılan Firuz huşunu itirdikdən sonra onu ordan çıxarıblar. Deyir ki, işgəncələr bununla da bitməyib.

Firuzu gecə saatlarına kimi marketdə saxlayıb, pulu ala bilməyəcəklərini görəndə isə buraxıblar. Məsələylə bağlı "Freş mart"a da müraciət etdik. Marketin nümayəndəsinin cavabı isə cavab oldu.

Səbəbsiz yerə kiminsə işgəncəyə məruz qalması və soyuducuda huşu gedənə qədər saxlanılması faktının həqiqətən də olub-olmadığını isə polis araşdıracaq. Çünki Firuz Qəhrəmanov artıq məsələ ilə bağlı polisə müraciət edib.


Xəbər 1222 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +