Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.07.2017  11:34 

Azərbaycanda fəaliyyət göstərən 10-dan çox ictimai birlik beynəlxalq ictimaiyyətə müraciət etdi





A+  A-

Azərbaycanda fəaliyyət göstərən 10-dan çox ictimai birlik iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndi ərazisində yaşayan vətəndaşlara qəsdən hücumları nəticəsində Allahverdiyeva Sahibə (1967-ci il təvəllüdlü) və onun 2 yaşlı nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızınin qətlə yetirilməsi, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızının isə ağır bədən xəsarətləri alması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar.
XəzərNews.az xəbər verir ki, “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi, “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi, "Qloballaşan Dünyaya İnteqrasiya" İctimai Birliyi, “İntellekt Araşdırmaları Mərkəzi” İctimai Birliyi, "Gənc Vətənpərvərlər" İctimai Birliyi, “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi, “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyi, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi, “Aqro Tərəqqi” İctimai Birliyi, “İKT Ölkələri Jurnalistləri Assosiasiyasi” İctimai Birliyi, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi, “Paradiqma İctimai-Siyasi Tədqiqatlar” İctimai Birliyi tərəfindən imzalanan Müraciət Avropa Şurası ([email protected]), Avropa Şurası Parlament Assambleyası ([email protected]), Avropa Komissiyası ([email protected]), komissiyanın prezidenti ([email protected]), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ([email protected]), ATƏT-in Parlament Assambleyası, ATƏT PA-nın ofisi ([email protected]), ATƏT PA-nın sədri ([email protected]), ATƏT PA-nın vitse-prezidentləri ([email protected]), ([email protected]), ([email protected]), ([email protected]), ([email protected]), NATO Baş Ofisi ([email protected]) və NATO Parlament Assambleyasına ([email protected]) ünvanlanıb.
Müraciətdə bildirilir ki, erməni silahlı qüvvələrinin bu təxribatlarının nəticəsi olaraq, dinc əhaliyə atəş açılması və 2 yaşlı uşağın qətlə yetirilməsi, həmçinin, başqa mülki şəxslərin yaralanması və mülki obyektlərin zərər çəkməsi terror aktıdır, beynəlxalq konvensiya və qanunlarla yolverilməzdir: “Biz, beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunda həmsədr ölkələri, BMT-ni təcavüzkar erməni silahlı qüvvələrinə qarşı konkret addımlar atmağa, habelə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun sərt sanksiyalar tətbiq etməyə çağırırıq”.
Müraciətdə qeyd olunur ki, Azərbaycanın mülki əhalisinə qarşı bu cür hücumları həyata keçirən Ermənistan ordusu Cenevrə Konvensiyalarının müddəalarını açıq şəkildə pozub.
Müraciətdə Ermənistanın uzun illərdir Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi, dinc əhalinin, o cümlədən qocaların, qadınların, körpə uşaqların qətlə yetirdiyi diqqətə çatdırılır, münaqişəyə dünya birliyi tərəfindən daha çox diqqət ayrılmasının, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsinin vacibliyi bildirilir.

Xəbər 890 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +