“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


30.06.2017  13:39 

Milli Məclisdə QALMAQAL: “Surət Hüseynov dar ağacı qurmuşdu...”





A+  A-

“Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin iclasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, həmkarı Qüdrət Həsənquliyevin dediyindən fərqli olaraq ulu öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil.

“Çünki ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, seperatizmin, ölkəmizin müstəqilliyinin təhlükə altında olduğu zamanda ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bugünkü və o zamanki hakimiyyətdə olan müxalifəti xilas etmiş oldu.
Yəqin ki, Sürət Hüseynov tərəfindən Azadlıq meydanında dar ağacları qurulması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, ümummilli lider müxalifətdə olanları xilas etdi. Buna görə də ulu öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünki ulu Öndər xalqın ən ağır vəziyyətində onların yanında olub” .

Qeyd edək ki, iclasda çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib:

“Gələn il müstəqil Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi şəxsiyyətin Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illiyi qeyd olunacaq.

Bundan bir il sonra isə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi keçiriləcək. Mən keçən dəfə də çıxışımda dedim ki, biz universitetlərin, alimlərin və tələbələrin sayına görə dünya ölkələrindən geri qalırıq. Bunu ardan qaldırmaq üçün söylədiyim hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, çox müsbət hal olar. Həm o şəxsiyyətlərin ruhu şad olar, həm də Azərbaycanda yeni universitetlər yaradılmış olar”.

Q.Həsənquliyev deyib ki, bəzi YAP-dan olan deputatlar Əbülfəz Elçibəylə bağlı biraz fərqli düşünürlər.

“Onu nəzərə almaq lazımdır ki, milli birliyə yol açacaq belə qərar çox vacibdir. Mərhum Prezident Heydər Əliyev Əbülfəz Elçibəyə onun dəfn mərasiminə qatılmaqla öz hörmətini və ehtiramını bildirdi. Eynilə də ölkənin ən ağır vaxtlarında Heydər Əliyevi ölkəni fəlakətdən qurtarmağa dəvət etməklə Əbülfəz Elçibəy öz hörmətini və ehtiramını bildirdi”.

Xəbər 890 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +