“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


27.06.2017  14:57 

“Azərbaycan ilə Çexiya dost və tərəfdaş ölkələrdir” - Oqtay Əsədov





A+  A-

Azərbaycan ilə Çexiya dost və tərəfdaş ölkələrdir, münasibətlərimiz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir.
XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Çexiya Parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşdə deyib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin və aparılan danışıqların münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini bildirən Milli Məclisin sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlığını sevindirici hal kimi qiymətləndirib. O.Əsədov ölkələrimizin parlamentləri arasında mövcud olan yaxşı əməkdaşlığın ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. O, iqtisadi sahədə münasibətlərimizin daha da genişlənməsi üçün hər iki tərəfin böyük potensialı olduğunu bildirib, hökumətlərarası komissiyanın iclaslarının, biznes-forumların bu əməkdaşlığın inkişafındakı rolunu yüksək qiymətləndirib.

Azərbaycan parlamentinin sədri ilə növbəti dəfə görüşməkdən məmnunluğunu bildirən Yan Hamaçek deyib ki, həm qarşılıqlı səfərlər zamanı, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirdiyimiz mütəmadi səmərəli görüşlər ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına, habelə parlamentlərarası əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir.

Çexiyanın Azərbaycana böyük maraq göstərdiyini bildirən Y.Hamaçek münasibətlərimizin bundan sonra da davamlı inkişafına əminliyini ifadə edib, iki ölkə arasında əlaqələrin dərinləşməsinə daim səy göstərəcəyini bildirib.



Xəbər 766 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +