Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


24.06.2017  09:47 

Bu göl qurudulub yerində park salınacaq





A+  A-

Abşeron rayonunun Məmmədli kəndində yağış və qrunt sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə görülən işlər yekunlaşmaq üzrədir.
Bu işlər 2017-2018-ci illər payız-qış mövsümündə yağış sularının fəsadlarına qarşı hazırlıq məqsədilə hazırlanan tədbirlər planına uyğun görülür.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, ötən ilin sentyabr və oktyabr aylarında yağan yağışlar yağıntı normasından çox olduğundan respublikanın bir çox yerlərində olduğu kimi, Abşeron rayonunun bir sıra kənd və qəsəbələrində yeni yaşayış massivlərində, göl ətrafında yaşayan sakinlərin evlərində ciddi fəsadlar törədib. Məmmədli kəndində də yeni yaşayış massivində, “Gölətrafı” deyilən ərazidə yaşayan sakinlər qış aylarında yağan yağışlar zamanı gölün səviyyəsinin artmasından əziyyət çəkirdilər. Qış aylarında intensiv yağışın yağması və qrunt suları nəticəsində göldə suyun səviyyəsinin qalxması ətraf ərazidə yaşayan sakinləri narahat edirdi. Hazırda gölün qurudulması istiqamətində mühüm işlər görülür. Gələcəkdə qurudulan gölün yerində yeni park salınacaq.

Rayon icra hakimiyyətindən bildirilib ki, ərazidə abadlıq, quruculuq, vətəndaşların sosial problemlərinin həlli istiqamətində işlər davam etdirilir. Abşeron rayonu Məmmədli kəndi ərazisində mövcud olan gölün qrunt, yağış suları ilə əlaqədar daşması nəticəsində ətrafda olan 500 dən çox ev subasmaya məruz qalıb. Prezidentin tapşırığına uyğun olaraq qısa zamanda “Azərsu” ASC tərəfindən beton xəttin çəkilişinə başlanılıb və 856 metr xətdən artıq 700 metri tam hazırdır. Kəndin yeni yaşayış massivindəki gölün qurudulması və gölün suyunun normal şəkildə axıdılması üçün min millimetr diametrlik borudan istifadə olunur. Gələcəkdə kanalizasiya xətləri də bura qoşulacaq.

Xəbər 750 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +