“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


19.06.2017  12:16 

Birinci vitse-prezidentin köməkçisi: “Uğur qazanan gənclər olacaq“





A+  A-

Prezident yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O bildirib ki, Azərbaycan tarixində Qurtuluş gününün əhəmiyyəti böyükdür.
“1993-cü ildə Heydər Əliyev kimi uzaqgörən siyasətçinin hakimiyyətə gəlməsi Azərbaycanın gənclər siyasətində də müsbət anlarla yadda qalıb. Heydər Əliyevin sayəsində gənclər dünya arenasına çıxa bildi.

Azərbaycanda beynəlxalq yarışların keçirilməsi əsl dünya hadisəsinə çevrildi. Hazırda bu siyasət 2015-2025 Azərbaycan gənclərinin inkişaf strategiyası çərçivəsində həyata keçirilir”.
Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev deyib ki, məqsəd gənclərimizi sağlam, vətənpərvər görməkdir.

“Azərbaycan dövlətinin ən çətin vaxtlarında ulu öndər Heydər Əliyev hakimiyyətə gələrək milli-mənəvi dəyərlərə ciddi önəm verib.

Dövlət siyasətinin əsas sahələrindən biri Azərbaycan gənclərinin potensialının yaxşılaşdırılmasına şərait yaratmaq olub. Təbii ki, bu məsələdə bizim də üzərimizə məsuliyyət düşür.
Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq. Azərbaycan gəncliyinin cavanlığı onun zəif cəhəti yox, üstünlüyüdür. Gənclərimizin intellektual və yaradıcılıq qabiliyyətinin ortaya çıxarılması, həyata keçirilən layihələr bundan sonra da sürətlə davam etdiriləcək.
Prezident və birinci vitse-prezidentin rəhbərliyi altında uğur qazanan məhz gənclər olacaq. Məqsədimiz Azərbaycan gənclərini sağlam, vətənpərvər görməkdir. Qarşımızda duran əsas məsələlərdən biri ərazi bütövlüyümüzün bərpasıdır.
Unutmayaq ki, müharibə təkcə cəbhə bölgəsində getmir. KİV-lər, vikipediya , sosial mediada da aparılmalıdır. Bu gün Azərbaycan gəncliyi inkişaf etməkdədir. Hesab edirəm ki, gənclərimizin intellektual və potensialı daha geniş miqyasda davam edəcək”

Xəbər 1608 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +