İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.06.2017  13:54 

Rəsmi Moskva “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətdi





A+  A-

“Rusiya əlindən gələn hər şeyi edir ki, Qarabağ münaqişəsinin həlli tapılsın-nə qədər tez olsa o qədər yaxşıdır. Lakin münaqişə tərəflərinin heç birinə, o cümlədən Dağlıq Qarabağ xalqına ziyan vurmadan”.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla Rusiya XİN-in qalmaqallı mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə çıxış edib.

“Mən hesab edirəm ki, hər tərəfin-Azərbaycan və Ermənistanın, onların rəsmi nümayəndələrinin, dövlət xadimlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz baxışları var. Bu münaqişənin həlli üçün müəyyən olunmuş format mövcuddur, doğrudan da köhnə problemdir və kompromislərin axtarışını nəzərdə tutur. Kompromislərin axtarışı isə bu gün tərəflərin mövqeləri arasında fərqlərin nə qədər böyük olmasına baxmayaraq mövqelərin yaxınlaşması deməkdir”-Zaxarova şərhini davam etdirib.

Rusiya XİN rəsmisi əlavə edib ki, bu, beynəlxalq praktikadır, diplomatik işin praktikası budur ki, həlli mümkün görünməyən məsələlərin də həllini axtarıb tapasan. “Biz bu qiymətləndirmə ilə razıyıq ki, situasiya həll və irəliləyiş tələb edir, məhz buna görə də son vaxtla müxtəlif formatlarda təmaslar intensivləşib”-Zaxarova əlavə edib.

Xəbər 946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +