“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


03.05.2017  12:11 

“Bəzi generallar təhlükəsizlik orqanlarına zərbə vurdu” - Əli Həsənov





A+  A-

"Bir neçə il bundan qabaq, dövlət təhlükəsizlik orqanlarının sıralarında olan bəzi "generallar” ümummili liderin gözəl ənənəsini və məfkurəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdu”.
XəzərNews.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Heydər Əliyev-dövlət təhlükəsizlik orqanlarının ilk Azərbaycanlı generalı” mövzusunda keçirilən ümumrespublika konfransında deyib.

Ə.Həsənov bu əməlin səbəbini də açıqlayıb: "Bilirsinizmi bu niyə belə oldu?! Çünki belələrinin qəlbində ümummilli lider Heydər Əliyevə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı. Heydər Əliyev SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlı idi. Amma Azərbaycan təhlükəsizlik sistemini gözdən salan bəzi təhlükəsizlik orqanlarının keçmiş əməkdaşları ziyalı ailəsində dünyaya gəlsələr də, nə peşəkar kadra çevrilə bildilər, nə də milli ziyalıların sırasına qoşula bildilər”.

Xəbər 898 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +