“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


01.04.2017  14:39 

Aprel müharibəsinin İLDÖNÜMÜ: Düşmənə layiqli cavab veriləcək





A+  A-

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında dördgünlük müharibə baş verdi. Döyüşlər zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdi. Erməni tərəfinin Azərbaycanın işğaldan azad etdiyi torpaqları geri qaytarmaq cəhdləri isə boşa çıxdı.
“Aprel döyüşləri”nin ildönümü, həm də Ermənistanda keçiriləcək parlament seçkilərindən dolayı düşmən tərəfinin növbəti təxribatlar törədəcəyi istisna edilmir...

XəzərNews.az bildirir ki, Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a bu fikirləri təsdiq edib. O deyib ki, yaxın saatlarda Ermənistan tərəfinin təxribatlar törədəcəyi gözlənilir:

“Mən son vaxtlar erməni tərəfinin əsəbi, gərgin olduğunu hiss edirəm. Çünki onlar, Azərbaycanın ötən ilin aprelində işğaldan azad etdiyi əraziləri geri qaytara bilmədilər. Bunun da nəticəsində Serj Sarkisyan və komandası çox böyük təlaş keçirir. Ermənilərin həm sabahkı seçkilərdə müəyyən elektoratı əldə etmək, həm də verdikləri sözü yerinə yetirə bilməmələrini kompensasiya etmək üçün yaxın saatlarda hər hansı təxribata əl atacaqları gözlənilir. Biz Ermənistan tərəfinin bu cür təxribatlarının dəfələrlə şahidi olmuşuq”.

Ü.Cəfərov Azərbaycan ordusunun istənilən hücumu dəf edə biləcək gücə malik olduğunu deyib:

“ Ordumuz hazır vəziyyətdədir və istənilən hücumun qarşısını almağa qadirdir. Dünən müdafiə naziri Zakir Həsənov Prezident İlham Əliyevlə görüşdən əvvəl və sonra hərbi hissələrə, birləşmələrə lazım olan göstərişləri verdi. Z.Həsənov dedi ki, düşmən hər hansı təxribata yol verəcəksə, o, ən sərt şəkildə cəzalandırılacaq”.

Xəbər 1123 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +