“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


06.02.2017  16:46 

Ermənistanda GƏRGINLİK - Seyran Ohanyan: “Bəsdi dözdük”





A+  A-


Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkədəki mövcud sosial vəziyyəti kəskin tənqid edib.

XəzərNews.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, təxminən 10 ildir ki, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimində vəzifələr tutan Ohanyan dövlət vəsaitlərindən düzgün istifadə olunmadığını deyir. 

”Bəsdi dözdük, bütün resurslar bir qrup adamın əlində cəmləşib, vacib işlə məşğul olanlara isə deyirlər ki, pul yoxdur, barışmaq lazımdır”.

Qeyd edək ki, Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və digər müxalifətçi Viktor Dallakyanla seçki bloku yaradıb.

O, azadlıq və ədalətə əngəl olan bütün maneələri aradan qaldırmağa çağırır, amma konkret ad çəkmir.

“Artıq bu ədalətsizliyə, bu sosial duruma dözmək olmaz. Ölkədə sosial ədalət, bərabərlik mexanizmi olmalıdır. Ermənistan cəmiyyətində qütbləşmə yolverilməz həddə çatıb. Bu gün azadlıq bizə hava, təmizlik su, ətalət çörək kimi lazımdır” - keçmiş nazir vurğulayıb.

Ohanyan deyib ki, hökumət işçilərə çoz az kompensasiya verir, onların əməyini qiymətləndirmir. 

“ Müəllimlər, həkimlər, elmi işçilər, intellektuallar, mədəniyyət işçiləri, inşaatçılar və fermerlər görünür bu həqiqətlə barışıblar və hökumət mövcud vəziyyətdən istifadə edərək onların əməyini dəyərləndirmir”, - Ohanyan deyib.

Qeyd edək ki, Seyran Ohanyan bundan əvvəl “qanlı inqilab təhlükəsi”ndən danışmış və bildirmişdi ki, bundan yalnız seçkilərdə dəyişiklik yolu ilə qaçmaq mümkündür.

“Biz sadə və vacib bir şeyi bilməliyik ki, əgər bugünkü möhkəm sistemi seçki vasitəsi ,dinc yolla dəyişməsək, sabah çevrilişlər və ya qanlı inqilablar zərbəsi ilə üzləşəcəyik”.

Hakimiyyətdəkilərsə keçmiş həmkarlarına onun da bu sistemin tərkib hissəsi olduğunu xatırladırlar.

Hakim “Respublika” partiyasının sədr müavini Armen Aşotyan deyir ki, “möhkəm sistem”in yaradılmasında Ohanyanın da günah payı var.

Qeyd edək ki, müxalifət liderlərindən olan “Demokrat” partiyasının lideri Aram Sarqsyan, həmçinin digər siyasətçilər Prayur Ayrikyan və Tigran Karapetyan da Ohanyanın müttəfiqləridirlər.

Blok aprelin 2-də keçiriləcək prezident seçkisinə, “Çiçəklənən Ermənistan” partiyasının keçmiş lideri, tanınmış biznesmen və həmçinin indi seçki ərəfəsində öz blokunu yaratmış Garik Tsarukyanla birgə getməyi istisna eləmir.

Tsarukyan ötən il hakimiyyətin təzyiqlərindən sonrasiyasətdən getsə də həmin ilin sonlarında yenidən siyasətə dönüb və öz seçki blokunu yaradıb.

 



Xəbər 535 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +