İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


19.02.2024  09:56 

Fazil Mustafa buna görə güllələnib: “Ulaşır, mələşir” deyirdi - Şok ifadələr





A+  A-

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xəzərnews.az APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda keçən dəfə dindirilməsi yarımçıq qalan təqsirləndirilən Azər Səricanov suallara cavab verib.

Məhkəmədə Azər Səricanova Fazil Mustafanın hansı sözlərinin onun xoşuna gəlmədiyini soruşulub. O bildirib ki, burda oturanların günahı yoxdur:

"Burda oturanlara yön verən mən olmuşam. Silahlar da özümün olub. Fazil Mustafanın" facebook" sosial şəbəkəsində yazdıqları məni qəzəbləndirib. Aşurəni təhqir edib. İnsanlara aşurədə "ulaşır, mələşir" deyirdi. Etdiyim əməldən peşman deyiləm. Nə cəza verəcəksinizsə tez verin".

Daha sonra A. Səricanovun ifadələrində ziddiyyət olduğu üçün ifadəsi elan olunub.

Daha sonra təqsirləndirilən Rəşad Əhmədov ifadə verib. O, hadisə barədə danışıb:

" Mənim günahım Azərin verdiyi silahı saxlamışam. Burda olanlar içərisində təkcə Azəri tanıyıram. Onu məsciddən tanıyıram. Sonra onunla yağ satırdıq. Fazil Mustafaya qarşı nə isə ediləcəyi barədə xəbərim olmayıb. Tutulanda məndən Valeh İsmayılovu soruşurdular. O mənim uşaqlıq dostum olub. Sonra Suriyada müharibə olanda ora getdi. Ordan da İrana keçdi orda yaşayır.

Hadisədən qabaq Azər mənə silah verdi. Dedi saxla gəlib götürəcəyəm. Mən də sonra silahı Xəyyama verdim. O da Azərə verməli idi. Daha sonra telefonumda bəzi şəkillər vardı. Mənim əvvəldən pilot olmağa, hərbiyə marağım olub. Ona görə telefonda proqram vasitəsilə bəzi yerlərin fotoların çəkirdim. Bunun üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Hadisədən sonra Azərin tutulduğunu gördüm. Qorxub əvvəl İstanbula sonra da İrana getdim. 10 gün Qumda qalandan sonra Bakıya qayıtdım. Xəyyamdan soruşdum silahı nə etmisən dedi ki, dənizə atmışam".

Daha sonra təqsirləndirilən şəxs Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib.

Növbəti məhkəmə baxış iclası martın 1-də keçiriləcək.

Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər 272 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +