Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.02.2024  15:15 

İran üçün kommunikasiya Türkiyə və Azərbaycanla düşmənçiliyi strategiyaya çevirmək və... - Mübariz Əhmədoğlu





A+  A-

Son günlər İranın kommunikasiya, xüsusilə Azərbaycanla əlaqəli kommunikasiya mövzusunda aktivliyi diqqəti çəkir və səbəbsiz deyil. İran-Rusiya arasında strateji əməkdaşlıq müqaviləsinin mətninin hazır olmasını RF rəsmiləri dəfələrlə bildiriblər. İran da imzalamağa hazır olduğunu bildirir, amma yubadır. Ehtimal ki, Rusiya ilə Azərbaycan arasında kommunikasiyalar mövzusunda İran RF-dən dəyişiklik gözlədiyinin mesajını verir. Əlbəttə, İran Rəşt şəhərində Rusiya Mədəniyyət Mərkəzinin də açılmasını arzulamır. Bunun böyük prinsipial mövzu olduğunu düşünmürük. Xəzər sahili Rəşt şəhəri vaxtilə rusların ən çox məskunlaşdığı şəhər olub.

Tehranda yerləşən İran-Avrasiya Araşdırmaları Mərkəzinin adından danışan Qüdrətullah Şafiyə yaxında kommunikasiya mövzusuna münasibət bildirdi: Şimal-Cənub marşrutunun Azərbaycan və Ermənistandan keçən seqmentlərinin İran üçün fərqli mahiyyətdə olduğunu bildirdi. Onun fikrincə, Şimal-Cənub marşrutunun Azərbaycandan keçən hissəsi RF-lə, Ermənistandan çəkilən yol Avropa ilə əlaqə saxlamaq üçündür. İran Azərbaycandan ehtiyat edir. Azərbaycan əgər bu yol vasitəsilə İran yüklərinin Rusiyaya daşınmasına maneçilik edərsə, o zaman İran Xəzər dənizi və Türkmənistan vasitəsilə Rusiya ilə nəqliyyat əlaqəsini quracaq. Qərb əgər sanksiyaları gücləndirəcəksə, o zaman Ermənistan yolu işləməyəcəkdir.

İranın Dəmir Yolu Nəqliyyat Tikintisi üzrə baş məsulu H. Hadəmi də son dövrlərdə Gilan əyalətinə iki dəfə səfər edib. “Rəşt-Astara” terminin əvəzinə “Rəşt-Xəzər” terminini işlədib. Bunu İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri ilə Moskvada RF rəsmiləri ciddi müzakirə etdi və Rəşt-Astara dəmir yolunun tikiləcəyi bir də təsdiqləndi. 2023-cü ilin mayında Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı ümumi prinsiplər barədə müqavilə imzalanıb. Bu müqavilədə dəmir yolunun tikintisinə 3 il vaxt nəzərdə tutulub. Hadəmi sonuncu səfərində tikintinin 5 il davam edəcəyini bildirdi. İran hər vasitə ilə Rəşt-Astara dəmir yolunun işə düşməsinə maneçilik törətmək istəyir. İran rəsmilərinin Rəşt-Astara dəmir yolu və Şimal-Cənub dəmir yolu marşrutunun Ermənistan və Azərbaycandan keçən hissələri haqqında davranışları və verdiyi bəyanatlar həqiqətən İranın xarici siyasətinin ən böyük ziddiyyətlərindən biridir. Məntiqsizlikdir, elmi və intellektual tutumu olmayan mövqedir.

Q.Şafiyə və ondan əvvəl bir neçə İran rəsmisi Ermənistan Şimal-Cənub marşrutunun Ermənistan üzərindən keçməsini və Avropaya çıxmasının əsas təkidçisinin Hindistan olduğunu bildirdilər.

İranın mövqeyi anti-Azərbaycançılıqdan başqa bir şey deyil:

ı. İranın Türkiyə və Fars körfəzi vasitəsi ilə Avropaya çıxışı var. Ermənistan yoluna loqistika faktoru kimi zərrə qədər ehtiyacı yoxdur.

ıı.İran vaxtilə Azərbaycanın neft və qazını Avropaya çıxartmağı təklif edib. “Neft, qazını və digər yüklərini Xəzər dənizində alsın və Fars körfəzindən Avropaya ötürsün” təklifini uzun müddət gündəlikdə saxlayıb. Azərbaycana Bakı-Tbilisi-Ceyhan neft kəmərini çəkməməyi təklif edib. Əvəzində Astara-Ərdəbil-Təbriz-Urmiya-Türkiyə marşrutunu təklif edib. Bəlkə də özləri də bilmədən bu variantı təklif etmişdilər. Çünki bu azərbaycanlılar yaşayan regiondur. Rəhmətlik Ə.Elçibəy nədənsə bu varianta lazımi diqqət vermədi. Əsas İranın istənilən anda kəməri bağlamaq imkanına malik olması idi.

ııı. İran Avropaya Azərbaycan və Türkiyədən daha çox inanır ki, o Ermənistan üzərindən yüklərini Gürcüstana keçirməyə vəsait xərc etməyə hazırdır. Türkiyədən Avropaya (Bolqarıstana), Azərbaycandan da Gürcüstana fəaliyyətdə olan loqistika mövcuddur. Avropa sanksiya qoyacaqsa Gürcüstan istər Azərbaycandan, istərsə də Ermənistandan gələn yüklərini qəbul etməyəcək.

ıv. Hindistan ABŞ-ın dəstəyi ilə İMEC-in təşəbbüskarı oldu. İMEC- Hindistan- Yaxın Şərq (BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya İsrail), İsraildən Yunanıstana yəni Avropaya nəqliyyat koridorudur. Orada dəmir, avtomobil yolu, neft, qaz kəmərləri olacaq. Hindistandan nəhəng koridor Avropaya çəkilirsə, onun Ermənistan, Gürcüstan kimi biri Qərbə bağlı, digəri Rusiyaya bağlı, müstəqil siyasət apara bilməyən iki dövlətin ərazisində nə işi var?! Belə məntiqsiz, savaddan uzaq ancaq bəzi iranlıların ağlına gələ bilər.

v. Azərbaycan marşrutu ilə tək Rusiyaya deyil, həm də Gürcüstana da çıxış çox asandır. 2017-ci ildə Hamburq-Qara dəniz (Gürcüstan)-Ermənistan-İran marşrutu üzrə multimodal daşıma eksperimenti keçirildi. Zaman və daşıma xərci baxımdan özünü doğrultmadı.

Ümumiləşdirsək: İran üçün kommunikasiya Türkiyə və Azərbaycanla düşmənçiliyi strategiyaya çevirmək və davam etdirmək resursudur. İran Türkiyə və Azərbaycan vasitəsilə Avropaya çıxacaqsa, Türkiyə və Azərbaycana qarşı düşmənçilik niyyətindən əl çəkməlidir.

Bütün hallarda İranın bu işlərlə məşğul olanlarının beyni boşdur. Nəinki “boz maddə”, heç “ağ maddə” də yoxdur. Xüsusilə İranın Ermənistandakı səfirinin davranışına baxdıqda başa düşürsən ki, onun başının içi tərtəmizdir, hətta ağıl bir dəfə də olsun o başın içində hərlənməyib ki, bəlkə bir izi qala, ləkəsi düşə. Dövran, xüsusilə İranın (HƏMAS) başladığı Qəzza müharibəsi ətrafında baş verənlər İranın dərin iflasda olduğunu göstərir.

İran İsrail və ABŞ-la düşmənciliyi dayandırıb, Türkiyə və Azərbaycanla, o cümlədən Ərəb ölkələri ilə düşmənçiliyi seçir.

Ən azı Azərbaycan xalqına, dövlətinə Allahın dediyi, Quranın yazdığı, imamların buyurduğu kimi rəftar etsə bu, həqiqətə daha yaxındır və İranın da özünün faydasına ola bilər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
15 fevral 2024 cü il



Xəbər 716 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +