Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.02.2024  11:05 

Arvadını fahişəliyə cəlb etdi, ağır cəza aldı





A+  A-

Ali Məhkəmədə fahişəliyə cəlb etmədə və əxlaqsızlıq yuvaları saxlamada təqsirləndirilən Sahib Səfərovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Sahib Səfərov 2021-2022-ci illər ərzində istintaqla müəyyən edilə bilinməyən ay, gün və vaxtda yaşadığı Ağdam rayonu Quzanlı Köçkün qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qeyri-yaşayış sahəsini müştərilərin cinsi əlaqədə olması üçün yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün mühafizəsini təmin edib. O, həmin yeri yararlı vəziyyətə gətirərək arvadı H.S.-ni (şərti) bir neçə dəfə kişi müştərilərlə görüşdürüb, fahişəliklə məşğul olmağa cəlb edib.

Daha sonra Sahib Səfərov cinayət məsuliyyətinə cəlb edilib. Ağdam Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb./Pravda.az



Xəbər 994 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +