Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


01.02.2024  18:14 

“Baku TV”-yə xəbərdarlıq olundu





A+  A-

Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib və "Baku TV" kanalının efirində yayımlanan, sonradan həmin kanalın veb-saytında və sosial şəbəkə platformalarında yerləşdirilən, habelə digər onlayn media subyektlərinin saytlarında yayımlanaraq geniş rezonans doğuran “Arzunun vaxtı” proqramının 29 yanvar 2024-cü il tarixli buraxılışnda yer alan mövzu müzakirə olunub.


Yeniavaz.com xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Bildirilib ki, həmin proqram 16 yaşlı yeniyetmə qız və 32 yaşlı fiziki əlilliyi olduğu bildirilən gəncin evlənməsinə həsr olunub, onlardan müsahibə alınıb:

“Məlum olub ki, həmin yeniyetmə qız və gənc oğlan artıq bir neçə müddətdir ki, öz istəkləri ilə birgə ər-arvad münasibətlərində yaşayır və yaxın zamanlarda (qızın 17 yaşı tamam olanda) nikah bağlamalarını nəzərdə tuturlar.

Proqram zamanı onun aparıcısının bir neçə dəfə 18 yaşına çatmamış şəxsin qeyri-nikah əlaqələrində olaraq digər şəxslə birgə yaşama faktını pisləyən mesajlar verməsinə baxmayaraq, verilən suallar, həmin suallara cavablar, bu əməli etmiş şəxslər üçün yardım toplanması kampaniyasının keçirilməsi halı, əslində erkən nikahın əks-təbliği üçün nəzərdə tutulan proqramı faktiki olaraq həmin erkən nikahın təbliğinə yol açan vasitəyə çevirib.
Audiovizual Şuranın mütəxəssislərinin apardıqları monitorinqlər və tərtib olunmuş hüquqi rəyə əsaslanaraq bildiririk ki, qeyd olunmuş fakt, yəni, müsahibə zamanı aparıcı və müsahiblər arasında dialoqda səsləndirilən fikirlər "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.2-ci maddəsində öz əksini tapmış "cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya", eyni zamanda həmin Qanunun 4.2.4-cü maddəsində nəzərdə tutulmuş "ailə institutunu nüfuzdan salan informasiya" olmaqla uşaqlar arasında dovriyyəsi qadağan edilən informasiyaya aid oluna bilər. "Media haqqında" Qanunun 14.1.15-ci bəndinə əsasən, mediada dərc olunan və ya yayımlanan informasiyada "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir. Bu səbəbdən yuxarıda qeyd olunan müsahibə eyni zamanda bu müddəanın da pozulması və nəticə olaraq inzibati xəta kimi təfsir oluna bilər.
Audiovizual Şuranın üzvləri müzakirələr aparıb və ümumi mövqe o olub ki, proqramda işıqlandırılan hadisə və mövzu birtərəfli və natamam şərh olunub, bir sıra qanunvericilik tələbləri pozulub. "Baku TV" kanalının efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri yayımçıya yalnız xəbərdarlıq edilməsini dəstəkləyib, ümumən bütün media nümayəndələrinə belə həssas hadisələrin müzakirəsi zamanı daha peşəkar olmalarını, müvafiq dövlət qurumları ilə kommunikasiya yaradaraq hadisənin daha dolğun işıqlandırmalarını, ümumən qanunvericiliyin tələblərini və ümumi qəbul olunmuş ictimai normaları əsas tutmalarını tövsiyə ediblər”.

Xəbər 388 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +