Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


30.01.2024  15:36 

Vidadi Muradovun 10 milyonluq əmlakı dövlətə qaldı





A+  A-

"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, mərhum Vidadi Muradovun cinayət işi üzrə banka girov qoyulmuş əmlaklarla bağlı qərardan kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.

Kassasiya şikayətində mərhum Vidadi Muradovun və onun hüquqi varisinin vəkilləri müsadirə edilən Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsində yerləşən 103 nömrəli evin, Şəmsi Rəhimov küçəsi 2A-da yerləşən 0.01071 ha torpaq sahəsinin, həmin torpaq sahəsində tikilən 268.3 kv.m-lik qeyri-yaşayış binasının üzərindən həbsin götürülməsini istəyiblər.

İş üzrə maraqlı şəxs - "Azər-İlmə” MMC-nin vəkili isə Şəmsi Rəhimov küçəsi, 2A-da yerləşən 0.01071 ha torpaq sahəsi, həmin torpaq sahəsində tikilən 268.3 kv.m-lik qeyri-yaşayış binasının onlara aid olduğunu və həmin bina üzərindən həbsin götürülməsini xahiş edib.

Digər maraqlı şəxs qismində çıxış edən "Xalq Bank"ın vəkili də əmlakların üzərindın həbsin götürülməsini xahiş edərək həmin əmlakların bankda ipoteka kreditində olduğunu bildirib.

Prokuror vəsatətlərin təmin edilməməsini istəyib.

Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, Ali Məhkəməyə daxil olan şikayətdə bazar dəyəri 10 milyon manatdan çox olan əmlakların müsadirə edilməsi ilə bağlı qərarın ləğvi, cinayət işinin bu hissədə yeni apellyasiya baxışına qaytarılması xahiş olunub. Həmin əmlaklara mərhum Vidadi Muradova məxsus ev və "Azər-İlmə” MMC-nin səhm payları və aktivləri daxildir.

Qeyd edək ki, "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Barəsində həbs qətimkan tədbiri seçilmiş sabiq sədr bir müddət sonra onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılıb, 2021-ci ilin noyabr ayında ev dustaqlığında vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Ötən ilin oktyabr ayında Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını girov qoyulmuş əmlaklarla bağlı hissədə ləğv edib. İş bu hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyasına qaytarılıb. Lakin Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarını dəyişdirilmədən qüvvədə saxlayıb./APA

Xəbər 297 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +