Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.01.2024  17:16 

Şəfa verməyən səhiyyənin 16 illik naziri indi əcnəbi xəstəxanalara möhtacdır...





A+  A-

16 il rəhbərlik etdiyi Azərbaycan səhiyyəsi bu dəfə də Oqtay Şirəliyevin dərdinə dərman olmadı. Xərçəng xəstəliyindən əziyyət çəkən sabiq nazirin səhhəti ağırlaşdı və o, müalicə üçün Türkiyəyə aparıldı.

Əslində elə nazir olduğu illərdə də Şirəliyev öz sağlamlığını yerli həkimlərə etibar etmirdi - müalicə üçün tez-tez ya Türkiyəyə, ya da Almaniyaya üz tuturdu. Hətta o zaman bununla bağlı dillərdə dolaşan bir lətifə də vardı. Deyirdilər ki, jurnalistlərdən biri nazirə zəng vurur və xalq arasında geniş yayılan “Azərbaycan səhiyyəsi ölüb, ağlayanı yoxdur” ittihamı ilə bağlı açıqlama istəyir. Xaricdə olan nazir səhiyyəmizin bərbad vəziyyətdə olması ilə bağlı ittihamları rədd edib deyir: “Hazırda Almaniyada müalicə alıram, qayıdanda onu deyənlərin cavabını verəcəyəm".

Əlbəttə, sabiq nazirin indi necə deyərlər, canı ilə əlləşdiyi bir vaxtda bu yazını yazmamaq da olardı. Hətta səhhətində heç bir problem olmasaydı da, o, yəqin ki, bu yazını oxumayacaqdı. Amma hər halda maraqlıdır, görən, Şirəliyev bu ağır durumunda müalicə üçün xaricə aparılması haqda nə düşünür? Axı o, nə az, nə çox, düz 50 il səhiyyə sahəsində çalışıb. Bu stajın təxminən 30 ilini rəhbər postlarda keçirib, yuxarıda dediyimiz kimi, 16 il Səhiyyə naziri olub.

Yəni, Oqtay Şirəliyevin səhiyyə sahəsində, o cümlədən indi əziyyət çəkdiyi onkologiya sahəsində vəziyyəti nizama salmaq üçün böyük səlahiyyətləri olub. Fəqət, sabiq nazir bu səlahiyyətlərdən yetərincə istifadə etməyib. Görən, heç olmasa, indi bu barədə düşünür, bunun peşmançılığını çəkirmi? Yoxsa canı ağrıya-ağrıya, bu ölkədən o ölkəyə daşınmaq ona daha xoşdur?

16 il nazir işləyən Oqtay Şirəliyevin səhiyyədən mirası da var: Respublika Diaqnostika Mərkəzi. Hətta başqa bir klinikasının olduğu da bildirilir. Azərbaycan səhiyyəsi bir yana, bu adam heç öz klinikalarına da "gün ağlamayıb" və taleyin ironiyasına baxın ki, bu gün əcnəbi həkimlərin şəfqətinə möhtac qalıb!

Yeri gəlmişkən, Azərbaycanda onkoloji xəstəliklər ildən-ilə artır və cavanlaşır. Amma bu xəstəliklə mübarizənin necə bərbad vəziyyətdə olduğu hamıya bəllidir. Elə son dövrlərdə bir neçə cavan həmkarımızın, tanınmış insanların bu xəstəlikdən dünyasını dəyişməsini xatırlatmaq kifayətdir. Azərbaycan onkoloqları müalicə bir yana, bu bəlaya düçar olunların ömrünü uzatmaqda belə acizdirlər. Kimlərsə nicat tapırsa, yaxud bu xəstəlikdən bir qədər gec dünyasını dəyişirsə, buna görə, Qərb səhiyyəsinə minnətdardırlar.

Azərbaycanda onkoloji xəstələrin düz-əməlli statistikası belə aparılmır. Baxmayaraq ki, indiki onkologiya mərkəzi ötən əsrin 40-cı illərində açılıb. 60-cı illərdən isə radiologiya ilə yanaşı, həm də onkoloji problemlərlə məşğuldur. Bu mərkəzdə bilavasitə statistika ilə bağlı fəaliyyət göstərən "Bədxassəli şişlərin epidemiologiyası və statistikası şöbəsi" var. Amma mərkəzin saytında o şöbəyə aid bölmədə bircə dənə də olsun, nə statistik məqalə, nə də məlumat yoxdur. Onda bu şöbə nə üçün yaradılıb?

Eləcə də İnternet resurslarda onkolji xəstəliklərlə bağlı heç bir statistikaya rast gəlmək mümkün deyil. Ən yaxşı halda 2012-13-cü illərin statistikasına dair cüzi məlumatlar əldə etmək mümkündür. Müstəqil araşdırmalara görə isə hər gün Azərbaycanda ən azı 37 nəfər onkoloji xəstəliklərə mübtəla olur. İl ərzində belə xəstələrin sayı orta hesabla 13 -14 min nəfərə yüksəlir. Nəzərə alaq ki, onkoloji xəstəliklərin müalicəsi xeyli vəsait tələb edir və hər kəsin Oqtay Şirəliyev kimi xaricdə müalicə olunmaq lüksü yoxdur. Başqa sözlə, Azərbaycanda onkoloji xəstəliyə tutulmaq və imkansız olmaq potensial ölüm deməkdir! Qısa müddətli xəstəlik və ölüm!

Əslində bütün sahələrdə belədir. Səhiyyədə də, təhsildə də, mədəniyyət də, hətta nəqliyyatda da. İllərlə bu sahəyə rəhbərlik edib ancaq öz ciblərini düşünən məmurlarla həyat eynən Oqtay Şirəliyevlə davrandığı kimi davranır...

Zaur
Bakıpost


Xəbər 499 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +