Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.01.2024  14:18 

Növbəti mərhələdə Fransa hansı ssenariyə start verə bilər... - I YAZI





A+  A-

Kəskin böhran mərhələsinə yaxınlaşan Fransa-Azərbaycan münasibətləri - İqtisadi-ticari əlaqələrin qırılmasında kim itirəcək?

Məlum olduğu kimi, Fransa senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib. Qətnamə layihəsinin leyhinə 336 senator, əleyhinə isə 1 senator səs verib. Xatırladım ki, Fransa Azərbaycana qarşı əvvəllər də analoji qətnamə qəbul edib və bu, ilk deyil. Fransa qətnamənin qəbul edilməsinə 2023-cü il 19-20 sentyabrda Azərbyacanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları əsas gətirib.

Qətnamədə “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən dərhal çıxarılması” tələb olunur, “Dağlıq Qarabağın siyasi liderləri”nin həbsləri pislənir. Bəs, Fransanın sanksiya tələblərində hansı məsələlər yer alır?

-Azərbaycandan neft-qaz idxalına embarqonun qoyulması
-Avropa İttifaqının Azərbaycanla münasibətlərə yenidən baxılması
-Aktivlərin müsadirə edilməsi

Fransa neft-qaz idxalına embarqonun qoyulması tələbini öz əlində “ən güclü” bənd hesab edir. Ötən il Azərbaycan Fransaya 118 639.77 min dollarlıq (199 006.72 ton) neft ixrac edib. Halbuki, ötən ilin müxtəlif rüblərində Fransa Azərbaycandan neft idxalını dayandırdığını bildirmişdi. Eyni zamanda, ötən il avqustun 31-də Fransanın Azərbyacandakı səfirliyi XİN-ə çağırılmışdı və Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası təqdim edilmişdi. Bu həmin vaxt idi ki, Fransanın “Total Energies” şirkətinin Azərbaycandakı fəaliyyətinin genişləndirməsi ilə bağlı mühüm qərarlar alınmışdı.

Fransanın Azərbaycandakı onlarla şirkəti, eləcə də “Technip”, “Suez Groupe” və s. şirkətləri bu günə qədər Azərbaycanda yüz milyonlarla dəyəri olan layihələr icra ediblər.

II Qarabağ savaşından sonra Fransa-Azərbyacan arasındakı ticarət dövriyyəsi bir neçə dəfə azalmışdı. Bundan təxminən 10 il öncə isə Fransa-Azərbaycan arasında 4,5 milyard dollarlıq ticarət dövriyyəsi olub. Müharibədən sonra ticarət dövriyyəsi dəfələrlə aşağı düşüb, yalnız 2023-cü ildə ciddi artım müşahidə olunub və hər iki dövlət arasında 500 milyon dollardan artıq ticarət dövriyyəsi qeydə alınıb. 2023-cü ildə Fransa şirkətləri 400 milyon dollardan çox vəsait əldə edib. Fransadan idxal olunan məhsullardan imtina etmək Azərbaycan üçün heç bir risk yaratmır, əksinə həmin məhsulları almaq üçün xeyli sayda alternativ bazarlar da mövcuddur. Eyni zamanda, Azərbaycan təxminən 132 ölkədən məhsul ixrac edir və ölkəmizin müxtəlif məhsulların ixracından çox gəlir əldə etdiyi ölkələr sırasında Fransa ilk sırada qərarlaşmayıb.

İki ölkə arasındakı iqtisadi-ticari münasibətlərin spesifikası, Fransanın Azərbaycan məhsullarından (xüsusilə, neft-qaz) asılılığı, eləcə də, Azərbaycanın Fransadan idxal etdiyi məhsulları başqa ölkələrdən əldə etmə imkanına sahib olması qəbul edilən qətnamənin effektsiz olacağını göstərir. Hətta Fransa prezidenti E.Makron bundan əvvəl qəbul edilən analoji qətnamənin effekt verməyəciyi ilə bağlı Fransa senatına müraciət də etmişdi.

Bütün bunlarla yanaşı, Fransa Ermənistanı silahlandırır, iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində qətiyyətli əməkdaşlıq müqavilələri də imzalanıb. Bir neçə ay bundan öncə Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnikaların Ermənistana çatdırılması ilə bağlı məlumatlar yayılmışdı. Hətta Fransa və Ermənistan “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı saziş imzalayıb. Bununla yanaşı, qeyri-rəsmi mənbələr Fransanın Azərbaycanla sərhəddə yüzlərlə desant çıxardığını bildirir. Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birlikdə “Trayan” özüyeriyən artilleriya sistemləri hazırlanır. Bu sistemlər Hindistan üzərindən məhz Fransanın maliyyə dəstəyi ilə Ermənistana tədarük edilir.

Azərbaycan Parlamentinin adekvat addımı…

Yanvarın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib və Fransaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırış edib. Komitəs əsasən 5 maddən ibarət ümumi tələblər irəli sürüb:

1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin;
2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun;
3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın;
4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın;
5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin
Bütün bunlar Milli Məclisin rəsmi çağırışıdır.

Məsələn, “Total” şirkəti. Bu şirkətlə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Abşeron” dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü (40% Azərbaycan - 60% “Total”) haqqında saziş imzalanıb. Yataqda ən azı 200 milyard kubmetr qaz və 100 milyon tondan artıq kondensat var və bu işlərin alternativ ölkələr (şirkətlər) vasitəsilə ilə həyata keçirilməsində Azərbyacanın hər hansı problem yaşayacağı proqnozlaşdırılmır. Ticarət və neft-qaz sahəsində Azərbyacan üçün alternativlər hədsiz dərəcədə çoxdur.

Fransa ilə iqtisadi əlaqələrin dayandırılması Azərbaycana bu ölkədən idxal olunan məhsulların spesifikası baxımından faciəvi durum yaratmayacaq. Bu sahədə də alternativlər çoxdur. Statistikaya əsasən, 2022-ci ildə Azərbaycan Fransadan 222 milyon dollardan artıq məhsul idxal edib, bu ölkəyə isə 50 milyon dollarlıq məhsul ixrac edib.

Amma…

Fransa ilə münasibətlərin pisləşməsinin siyasi riskləri daha çoxdur. Heç şübhəsiz ki, dünyada terror təşkilatlarının əsas himayədarlarından hesab olunan Fransanın qərəzli addımlarına qarşı Azərbaycanın tutduğu monolit mövqe beynəlxalq hüquq prinsiplərinə də uyğundur. Azərbaycan artıq müdafiə deyil, hücum mövqeyindədir.

Bəs, Azərbaycan Fransaya qarşı daha real, strateji və hansı addımları ata bilər?

- Fransa Azərbaycanda hansı ssenariyə start verə bilər?
- Fransanın Azərbaycanda ifşa olunan agentura və rezidentura şəbəkəsi
- Fransa Ermənistanı niyə gücləndirir?
- Fransa ilə Azərbaycan arasındakı kəskin böhran İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?
- Fransanın Cənubi Qafqazdakı 300 illik missiyası
- Fransanın Orta Asiyaya artan və Azərbaycanda toqquşan marağı
- Rusiya Ermənistanı Fransanın himayəçiliyinə verəcəkmi?

(ardı var…)

Samir Feyruzov


Xəbər 467 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +