Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


12.01.2024  16:15 

Quba məktəbliləri arasında idman spartakiadası keçiriləcək





A+  A-

Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olan “Sağlam məktəbli spartakiadası – qız məktəbliləri arasında idman yarışlarının təşkili" layihəsinin açılış mərasimi keçirilib.

Xəzərnews.az xəbər verir ki, Quba şəhər 7 nömrəli tam orta məktəbində təşkil olunan açılış mərasimində çıxış edən layihə rəhbəri, Quba şəhər 7 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Müşfiq Rəsulov layihə haqqında geniş məlumat verib.

Layihə rəhbəri bildirib ki, layihənin əsas məqsədi qızlar arasında idmanın, sağlam həyat tərzinin təbliğ edilməsinə dəstək verməkdir.

Layihə çərçivəsində 7-8-9-cu siniflərdə təhsil alan qızlar arasında voleybol, 3*3 basketbol və stolüstü tennis idman növləri üzrə yarışlar keçiriləcəkdir.

Voleybol yarışları Quba rayonunun Alekseyevka kənd tam orta məktəbində, basketbol yarışları Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbində, stolüstü tennis üzrə yarışlar isə Quba rayonu Məckə-Xacə kənd tam orta məktəbində təşkil olunacaqdır. Ümumlikdə, yarışlarda 128 nəfər qız şagirdin əhatə edilməsi planlaşdırılmışır.

Tədbirdə iştirak edən Quba şəhər 7 nömrəli tam orta məktəbinin direktoru Paşa Süleymanov çıxışı zamanı bildirib ki, layihə indiki dövr üçün şagirdlərin oturaq həyat tərzindən uzaqlaşıb idmanla məşğul olması baxımından çox əhəmiyyətlidir.

Yarışların hakim-ekperti, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məkəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov layihə çərçivəsində görüləcək işlərlə bağlı məlumat verib.

Tədbirdə layihənin icra olunacağı ərazilərdə olan məktəblərin - Quba rayonunun Alekseyevka, Dağlı, Digah, Rustov, Məckə-Xacə, Qam-qam, Püstəqasım, Təngəaltı, Səbətlər, Hacıhüseynli, Birinci Nügədi kənd 1 nömrəli, Şuduq kənd tam orta, Növdün kənd ümumi orta, , Bağbanlı, Qaraçay qəsəbə Quba şəhər 7 nömrəli tam orta, Fiizika, Riyaziyyat, İnformatika Təmayüllü Lisey və Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimləri iştirak edib.



Xəbər 563 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +