Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


10.01.2024  17:06 

Yanan Perinatal Mərkəzin “gizli” tenderləri





A+  A-

Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində baş verən yanğında mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Xəzərnews.az yeniavaz.com-a istinadən xəbər verir ki, Perinatal Mərkəz son 2 ay ərzində avadanlıqların alınması və təmir ilə bağlı 3 tender müsabiqəsi keçirib.

- Tikili və avadanlıqların cari təmiri ilə bağlı 28 min 375 manat 46 qəpiklik tenderin qalibi “VK Group Construction” MMC (VÖEN – 2003732461) olub.

- Maşın və avadanlıqların satınalınması ilə bağlı 44 min 497 manat 80 qəpiklik tenderin qalibi “Profmaterials” MMC (VÖEN – 1405099031) olub.

- Maşın və avadanlıqların əsaslı təmiri ilə bağlı 74 min 211 manat 38 qəpiklik tenderin qalibi isə yenə də “VK Group Construction” MMC (VÖEN – 2003732461) olub.

Tender müsabiqələri ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, bu müsabiqələrin heç biri dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə keçirilməyib. Yəni satınalmalar elektron formada keçirilməyib.

Ümumiyyətlə Perinatal Mərkəzin ötən il keçirdiyi 9 tender müsabiqəsinin heç biri dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə keçirilməyib.

Qeyd edək ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü üldən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev ötən gün – yanvarın 9-da jurnalistlərə verdiyi açıqlamada Respublika Perinatal Mərkəzində baş verən yanğının elektrik mənşəli olduğunu bildirmişdi.

Xəbər 617 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +