Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


04.01.2024  21:27 

AZƏRBAYCANI GÖZLƏYƏN TƏHLÜKƏ: Cavab gedişi nə olacaq?





A+  A-

Təkcə hüquq-mühafizə və xüsusi xidmət orqanlarımız yox, bütövlükdə Azərbaycan cəmiyyəti önümüzdəki 2 ay ərzində - 7 fevralda ölkəmizdə və 17 martda qonşu Rusiyada keçiriləcək prezident seçkiləri tam başa çatanadək, həmişəkindən daha həssas və ayıq-sayıq olmalı, hökumətsə bu müddət ərzində təxribatlara açıq situasiyalarla üzləşməmək üçün kütləvi tədbirlərin sayını minimuma endirməli, əhalinin gur yerlərində təhlükəsizlik tədbirlərini maksimuma çatdırmalıdır.

Çünki yanvarın 3-də Kirmanda həyata keçirilən və əsas siyasi nəticəsi yanvarın 4-ə planlaşdırılan İran-Türkiyə prezidentlərinin görüşlərinin pozulmasında əksini tapan terror hadisəsi bir daha təsdiqlədi ki, Qəzzada uğur qazana bilməyən ABŞ-İsrail tandemi əlavə vaxt qazanmaq, onların maraqlarıyla hesblaşmayan ölkələri cəzalandırmaq və öz iradələrinə tabe etdirmək, başlarını iç problemlərinə qatmaq üçün ən ağılasığmaz planlara əl atmağa hazırdırlar.

İndi Azərbaycan təkcə ABŞ və Avropa İttifaqının yox, elə çox yaxşı münasibətlərdə olduğu İsrailin də “əməliyyat masası”na çıxardığı “riskli bölgələr” siyahısındadır.

Rəsmi Bakının 2020-ci il savaşından sonra region ölkələriylə yeni münasibətlər platforması kimi səsləndirdiyi “3+3” formatı 2016-cı ildə Suriya böhranının həlli üzərində qurulan “Astana prosesi” iştirakçılarının – Rusiya, Türkiyə və İranın daha bir vacib regionda – Cənubi Qafqazda da əməkdaşlıq imkanlarını artırmaqla, bir tərəfdən Azərbaycanı ABŞ və Avropa İttifaqının, o biri tərfdən də müttəfiqi İsrailin hədəfinə gətirib.

ABŞ və Avropa İttifaqı kimi, İsrail də Azərbaycanın İranla əməkdaşlığını dərinləşdirməsini, xüsusən də Fələstin məsələsində İslam ölkələriylə vahid mövqedən çıxış etməsini qətiyyən istəmir.

Amerikalılar NATO üzvü olan Türkiyənin Qərb orbitindən tədricən uzaqlaşmasının və Rusiya ilə yaxınlaşmasının qarşısını almaq üçün 2016-cı ildən indiyədək ən müxtəlif əməliyyatlar hazırlayıb həyata keçirdikləri kimi, İsrail də çox yaxşı münasibətlərdə olduğu Azərbaycanın İranla münasibətlərini yaxınlaşdırmasından bərk narahatdır və rəsmi Bakıyla Tehranın daim gərgin vəziyyətdə qalması, məsafəli davranması üçün çeşidli əməliyyatlar hazırlayıb həyata keçirir...

Hazırda Azərbaycan xarici siyasətini əsas hərbi-siyasi müttəfiqi Türkiyə ilə uzlaşdırmağa üstünlük verir və regionun geopolitik xəritəsinə təsir edən bütün addımlarını da rəsmi Ankara ilə razılaşdırır. Azərbaycanın təklif etdiyi “3+3” formatı da, əslində, arxasında Türkiyənin durduğu böyük bir geopolitik layihədir.

Qardaş Türkiyə NATO üzvü olsa da, ümmətçi ideologiyaya sahib Ərdoğan ölkəsini NATO-nun əsas rəqibləri sayılan Rusiya və İranla yeni münasibətlərə keçidə hazırlayır. Rəhmətlik Nəcməddin Ərbakan kimi, Ərdoğan da yaxşı anlayır ki, Türkiyə NATO-nun maraqlarından kənara çıxa, xarici siyasətində Qərbdən müstəqil xətt tuta bilmədikcə, inkişafdan və yüksək hərbi tərəqqidən geri qalacaq.

Türkiyənin inkişafı və tərəqqisi isə həm də Rusiya və İranın təsirində olan böyük bir coğrafiya ilə sıx bağlıdır və məhz yerləşdiyi coğrafiya rəsmi Ankaranı NATO-nun əlində Rusiya və İrana qarşı silah olmaq siyasətindən imtinaya, region ölkələriylə əməkdaşlığa vadar edir.

Türkiyənin Rusiya və İranla yeni münasibətlərinə keçiddə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu önəmli rol oynayır və bu sırada da əsas yük, ağırlıq Azərbaycanın üzərinə düşür.

Azərbaycan yeganə ölkədir ki, Rusiya, Türkiyə və İranı bir-birinə ərazi baxımından bağlayır – hər üçüylə həmsərhəddir, hər üçünün nəqliyyat əlaqələrində əsas mərkəz, qovşaq rolunu oynayır.

İndi bu mərkəz ölkəni - Azərbaycanı qorumaq və orada güclənmək, ortaq hərəkət etmək nə qədər Türkiyə-Rusiya-İran üçlüsünün marağındadırsa, eyni dərəcədə də o, ən müxtəlif əməliyyatlarla bu üçlünün münasibətlərinin pozulmasına çalışanların – həm ABŞ və Avropa İttifaqının, həm də İranın Qəzza savaşına çəkilərək vurulmasını istəyən İsrailin hədəfindədir!

Xatırlayırsınızsa, ötən ilin yazında İran-Azərbayan münasibətlərində gərginlik yaranan zaman məhz Türkiyə prezidenti Ərdoğan dərhal dövriyyəyə girdi, həm İran, həm də Azərbaycan tərəfiylə danışaraq gərginliyin böyüməsinin qarşısını aldı; ardınca Daşkənddə görüşən Azərbaycan və İran prezidentləri birgə elan etdilər ki, onların münasibətlərinin gərginləşməsində “regiondankənar güclər”in əli var və onlar istəklərinə çata bilməyəcəklər; üstəlik, Azərbaycanla İran arasında Şərqi Zəngəzuru Naxçıvana bağlayacaq yeni “Araz dəhlizi”nin açılmasına razılıq verməklə, “Zəngəzur dəhlizi” ətrafında yaşanan gərginliyin də aradan qaldırılmasına və Ermənistanla münasibətlərdə Azərbaycanın əlinin gücləndirilməsinə nail oldular...

Hazırda həm Azərbaycan-İran, həm Türkiyə-İran, həm də Rusiya-Türkiyə arasında intensiv diplomatik danışıqlar aparılır ki, Cənubi Qafqazda gələcək sülhə təməl olan bir əməkdaşlıq platforması qurulsun. Çünki bu formatda sülh həm də İranın vurulması və regionun daha böyük müharibə meydançasına çevrilməsi planlarının qarşısının alınması deməkdir!

Əgər Azərbaycan-İran münasibətlərində qarşıdakı günlərdə növbəti hər hansı təxribatçı addımlar atılmazsa, gözlənilir ki, yanvar ayı ərzində Rusiyanın da iştirakıyla Azərbaycan və İran arasında “Araz dəhlizi” ilə bağlı yeni saziş imzalansın...

Ancaq o da gerçəkdir ki, ABŞ, Avropa İttifaqı və İsrail bu sazişin imzalanmasını istəmir!
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn dekabrda Azərbaycana səfərində bu istəklərini ölkə rəhbərliyinə çatdırmışdı, dünən Kirmandakı məluma hadisədən sonra isə ABŞ dövlət katibi Blinkenin özünün Türkiyəyə səfərə gələcəyi açıqlanıb.

...Görünən odur ki, ABŞ-İsrail tandemi Türkiyə və Azərbaycanı İran və Rusiya ilə yaxınlaşmadan çəkindirmək, “3+3” formatının baş tutmasının qarşısını almaq üçün əvvəlcə təhdid, daha sonra isə “sövdələşmə paketi” ilə yeni bir təşəbbüs hazırlığındadır.
Hələlik İran prezidentinin Türkiyəyə səfərini növbəti dəfə pozmağa və gərəkli müqavilələrin imzalanmasını ertələməyə müvəffəq oldular.

Görək, amerikalılar Türkiyəyə bu dəfə nələr təklif edəcəklər və eyni zamanda, Rusiya prezidenti Putinin bu ay ərzində Türkiyəyə səfərini pozmaq üçün hansı addımları atacaqlar?!

Xatırladaq ki, Putinin Türkiyəyə may ayında planlaşdırılan səfərini pozmaq üçün ona Ukrayna kəşfiyyatının sui-qəsd edəcəyi haqda alman mətbuatında xəbər yayılmış, Türkiyə və Rusiya da bu siqnalı ciddi qəbul etmişdilər, sonda isə Ərdoğan özü sentyabrda Soçiyə getməli olmuşdu. Bu dəfə hansı ssenarilərə əl atılacağını isə çox gözləməyə ehtiyc olmayacaq!

Ancaq o da məlumdur ki, ABŞ-İsrail tandeminin Türkiyə-Rusiya-İran əməkdaşlığını poza və regionda böyük müharibə çıxara bilməyəcəyinin nümayişi üçün Putin-Ərdoğan-Rəisi üçlüsü də öz cavab gedişlərini edəcəklər!

Mümkündür ki, cavab gedişi MKİ-nin lövbər saldığı, ancaq Rusiya-Türkiyə-İran üçlüsünün əməliyyat imkanlarının geniş olduğu Ermənistanda baş versin və bu ölkənin Azərbaycanla sülhə sövq edilməsində real addım atılsın.

Elxan Şükürlü


Xəbər 637 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +