Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.12.2023  17:06 

Həbsdə olan Arayik Arutyunyan bahalı “Marlboro” çəkir?





A+  A-

Yenisabah.az saytının Baş redaktoru Seymur Verdizadə iddia edir ki, Azərbaycan həbsxanasında məhkəməsini gözləyən separatçıbaşı Arayik Arutyunyan qiyməti bizim pulla 9-10 manat olan bahalı “Marlboro” çəkir…

Xəzərnews.az Seymur Verdizadənin yazısını təqdim edir:

- Hazırda Azərbaycanda həbsdə olan qondarma rejimin sabiq “prezidenti” Arayik Arutyunyanın murdar adı yenə saytlarımızı “bəzəyir”. Demək olar ki, yerli KİV hər gün Arayiklə bağlı müxtəlif səpkili xəbərlər tirajlayır.

Oxuduqlarımdan belə qənaətə gəldim ki, tez-tez adını yazıb, ürəyinizi bulandırmaq istəmədiyim bu erməni köpəyinin günü heç də pis keçmir. Gündə ən azı 9 saat kompüterin qarşısında əyləşən müxbirimizin hələ indiyə kimi, 1 qutu siqaretə 3 manat verməyə əli gəlməyib. Arayik isə qiyməti bizim pulla 9-10 manat olan bahalı “Marlboro” çəkir…

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov ötən gün istintaq təcridxanasında Arutyunyana baş çəkib. Tural müəllim deyir ki, dörd divar arasında olmasına rəğmən, Arayikin normal yaşaması üçün təcridxanada hər cür şərait var. Saxlama kamerasında hamamı, istilik şəraiti yüksək səviyyədədir. Ərzaq təminatı qaydasındadır. Bunu Tural Hüseynov demir, mən deyirəm: DTX-nın cəsur oğlanlarının oktyabrın 3-də danaboyun eləyib Bakıya gətirdikləri Arayik yeyib-yatmaqdan dana boyda olub. Məhkəmə başlayanda özünüz görəcəksiniz, təkcə Arayikin deyil, digər seperatçı liderlərin də üzündən qan damır...

Qarabağda özlərinin yaratdığı xunta rejimdən fərqli olaraq, Azərbaycanda hüquqi dövlət var. Biz hər kəslə qanun çərçivəsində davranırıq. Şəxsən mən, Arayiki və onunla bir yerdə təcridxanada saxlanılan digər erməni qatillərini adam saymasam da, Azərbaycan dövləti onları adam yerinə qoyur. Təcridxanada “Marlboro” siqareti çəkib, bədii kitab oxuması, idmanla məşğul olması, qurduğu qapı arasında qalan küçük kimi “mən də Azərbaycan vətəndaşıyam” deyə yalvarması da bununla bağlıdır. Azərbaycan dövlətinin humanistliyindən ona yetərincə pay düşüb...

Arayikin sələflərinin və xələflərinin nankorluğu, namərdliyi, əclaflığı üzündən hansı zülmü çəkdiyimizi təkrar-təkrar yazıb bayram ərəfəsində ovqatınızı təlx etmək istəmirəm. Arayik kimi cəlladların ucbatından 30 il əvvəl biz siqaret əvəzinə dərd çəkirdik. Nisbətən cavan və enerjili olanlar birtəhər dözür, dözə bilməyənlər isə ölürdü. Bu zibillər torpaqlarımızı o qədər zibilləyiblər ki, arada 30 il keçməsinə baxmayaraq, hələ də doğma yurdlarımıza dönə bilmirik. Hələ də yüz minlərlə insan yurd həsrəti çəkir. Buna baiskar olan Arayik və onun kimiləri isə təcridxanada “Marlboro” çəkir…

Görünür, taleyin ironiyası bu imiş…


Xəbər 879 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +