“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


21.12.2023  11:03 

Televiziyaların reklam bazarı 30 faiz çökəcək... - Azərbaycanda





A+  A-

Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara görə əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyaları, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.

Bu barədə Xəzərnews.az-a Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyindən məlumat verilib.

Bildirilir ki, qanunsuz fəaliyyət göstərən OTT platformları üzərindən televiziyaya baxanların sayı 18 faizə çatıb, bölgələrdə sürətli internet yayıldıqca bu rəqəm daha da artacaq.

Hazırda ölkə boyu qanunsuz televiziya yayımlarının fəal istifadəçilərinin sayı 300 mindən artıqdır. Qanunsuz yayımlanan internet saytlarının, OTT platformlarının (o cümlədən müxtəlif cihazlara yüklənmiş olanlar) istifadəçilərinin çoxalması orada müxtəlif reklamların yerləşdirilməsi, əslində qanunsuz reklam bazarının təşəkkülü deməkdir.

Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin proqnozlarına görə, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcək.

Yaranmış vəziyyətin iqtisadi, habelə siyasi təhlükə mənbəyinə çevrilməsi göz qabaqında olsa da, teleməkandakı qanunsuz fəaliyyətlərə qarşı tədbir görmək səlahiyyətinə malik aidiyyatı dövlət qurumları təsirli addım atmırlar. Həmçinin kiber təhküəsizliyə məsul olan qurumlar tərəfindən də teleyayım sahəsinin təhlili yoxdur.

Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyi tam məsuliyyətlə bildirir ki, qanunsuz platformların fəaliyyəti ölkəmizin nəinki televiziyasına, bütövlükdə media sektorunun inkişafına dağıdıcı ziyan vura bilər!


Xəbər 540 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +