“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


20.12.2023  17:36 

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi autizm sindromlu uşağa əlilliyi niyə vermir?





A+  A-

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi autizm sindromlu oğlum Tunara haqqı olan 2-ci dərəcə əlilliyi niyə vermir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən, keçmiş TSEK kimi tanıdığımız qurumdan insanların şikayətinə dəfələrlə şahidlik etmişik. Bu, əsasən əlillik dərəcəsinin verilməsi ilə bağlıdır.

Əlbəttə, kimlərinsə saxta əlillik dərəcəsi almaq istəyi yolverilməzdir. Belə halların qarşısının alınması istiqamətində atılan addımlar təqdirəlayiqdir. Bununla yanaşı insanlara haqqı olan əlillik dərəcəsinin verilməsindən imtina olunması da qəbuledilməzdir. Hazırda biz belə problemlə üz-üzəyik.

Dostlar, bilirsiniz ki, oğlum Tunar autizm sindromlu uşaqdır. Onu da bilirsiniz ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva uşaqlara, o cümlədən autizm sindromlu uşaqlara necə qayğı göstərir, mütəmadi olaraq belə uşaqlarla görüşür.

Bu sindorumun yüngül, orta və ağır formaları da var. Tunar autizmin “kanner”indəndir. İllər öncə mütəxəssislər bu diaqnozu uşağa qoyublar. Əvvəlki qanunlara əsasən problemi olan 18 yaşa qədər uşaqlara “sağlamlıq imkanları məhdud olan uşaqlar” kimi eyni məbləğdə pensiya verilirdi. Yəni 18 yaşına qədər 1-ci, 2-ci və 3-cü qrup əlillik meyarı yox idi. Amma yeni qanunvericiliyə əsasən 18 yaşa qədər də 1,2 və 3-cü dərəcə əlillik verilməlidir. Bizim uşaq da 2-ci dərəcəyə tam uyğun gəlir.

Demək, bu il iyun ayında Tunarı əlillik və pensiya üçün təkrar 2 saylı Psixatriya Xəstəxanasında tibbi komisiyada müayinədən keçirdik (bu prosedur 3 ildən bir təkrarlanır). Lakin TSEK tərəfindən haqsız yerə ona 3-cü dərəcə əlillik təyin olundu.

Etiraz etdik. Dedilər ki, gedin yenidən komissiyadan keçin. 2-ci dərəcə əlilliyinin verilməməsinə səbəb kimi uşağın tibbi komissiya tərəfindən intellekt səviyyəsinin (İQ) yuxarı yazılması (səhv etmirəmsə 51 faiz yazılmışdı) göstərildi. Bununla razılaşmadıq və 2 saylı Psixatriya xəstəxanasına yenidən müayinə üçün getdik və uşağı düzgün müayinə etməyi tələb etdik. Bu, dəfə daha ciddi yanaşdılar və komissiyanın rəyinə Tunarın intellekt səviyyəsi 48 yazılıb. Yəni artıq 2-ci dərəcə əlillik verilməməsi üçün heç bir səbəb qalmadı. Burda paylaşdığım sentyabrda verilən Komissiya rəyində var.

Yenə də bu qurumdan imtina gəldi. Bunun səbəbini öyrənmək üçün qurumun mətbuat katibi, həmkarımız Tural Qurbanov əlaqə saxladım. O da öyrənib cavab verdi ki, 2 saylı xəstəxana elektron imzanı düzgün vurmayıb, ona görə də sənəd qurumun sisteminə oturmayıb (sənədlər 2 saylı xəstəxanadan TSEK-ə onlayn formada göndərilir”. Nəysə, yenidən xəstəxanaya gedib elektron imza məsələsini həll etdik. Amma... sən saydığını say, gör TSEK nə sayır. Yenə də, imtina gəldi. Bu dəfə niyə? Səbəb yenə də, hansısa bəhanə (guya uşaq xəstəxanada lazımi qədər yatmayıb)...etiraz etdik, Əlillərin Bərpa Mərkəzinə əyani müayinəyə apardıq uşağı. Tunarı əyani müayinə edən həkim problemin ciddiliyini gördü. Amma bundan bir neçə gün sonra yenə imtina gəldi. Səbəbin əyani müayinənin nəticələrinə heç bir dəxli yoxdur. Səbəb bu göstərildi ki, Tibbi Komissiya Tunarın intellekt səviyyəsini 51-dən 48-ə salmasının səbəblərini göstərməyib. Sual olunur, əgər bu göstərilməli idisə, niyə bizə əvvəldən demirdiniz ki, sənədlərdə bu məsələlər əksini tapmalıdır? 2 saylı Psixatriya xəstəxanasında da çarəsiz qalıblar ki, bundan artıq nə edə bilərik. 51-i yazan həkim yanlışlığa yol verib. Sonradan bu yanlışlıq düzəldilib.

Dostlar, bax beləcə iyun ayından bəri TSEK deyilən qurumun ucbatından xəstə uşağı ora-bura sürüyürük. Amma ona haqqı olan 2-ci dərəcədə əlillik verilmir ki, verilmir.

Onsuz da bu uşaq həyatın şirinliyini dada bilmir. Autizmli uşaqların hansı vəziyyətdə olduğunu bu həyatı yaşayan insanlar, onların valideynləri yaxşı bilir. 2 yaş 4 aylığından Tunarı psixoloqlara aparırıq reabilitasiya üçün. Əvvəllər nitqi yox idi, göz kontaktı yox idi. Şükür, reabilitasiyadan sonra tək-tək sözlər deyir, çağıranda baxır. Amma problem ondadır ki, o yalnız bildiyi sözləri əzbərləyib. Onun dərk etməsi çox aşağıdır. Məsələn, marketə gedib 1 manat versəm ki, “1 çörək al”, bunu başa düşməyəcək. Yəni sadə bir şeyi edə bimir. O, özünü idarə edə bilmir. Küçənin ortasına qoysan, hara gedəcəyini, nə edəcəyini bimir. Çünki dərk edə bilmir. Reabilitasiya nəticəsində 1-dən 10-a qədər saya bilirsə , bu, onun zəka səviyyəsinin yuxarı olması deyil. Çox çalışdım ki, onu inklüziv təhsilə yerləşdirə bilək ki, normal uşaqlarla bir yerdə olsun. Amma qəbul olunmadı. Səbəb kimi intellekt səviyyəsinin aşağı olduğu, davranışının pis olduğu göstərildi. Ona görə də, xüsusi məktəbə qəbul etdilər (sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəb).

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, bu uşağın haqqı olan əlillik dərəcəsini niyə vermirsiniz? Bunu etməklə nə qazanırsınız? Axı onun günahı nədir? Onsuz da həyatı alt-üstdür. Onun pensiyası ehtiyaclarına xərclənir.

Bugünlərdə uşağı yenə də 2 saylı Psixatriya xəstəxanasında professor Bilal həkimin iştirakı ilə Tibbi Komissiyadan növbəti dəfə keçirdik (Rəyi bura əlavə etmişəm). Bu gün telefonuma sms gəldi ki, Bayramlı Tunar Nardar oğlunun əlillik məsələsi bağlı göndəriş ƏƏSMN-nin elektron informasiya sisteminin əlillik alt sisteminə oturulmuşdur. Əgər bu dəfə də, TSEK-dən imtina gəlsə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya ictimai qaydada müraciət edəcəm.

Eyni zamanda, jurnalist həmkarlarıma müraciət edəcəm ki, onların iştirakı ilə mütəxəssislər Tunarı əyani müayinədən keçirsinlər. O zaman hər kəs uşağın hansı vəziyyətdə olduğunu əyani olaraq görəcək.







Nardar Bayramlı
Jurnalist


Xəbər 606 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +