Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


19.12.2023  11:13 

Deputatlar, səfirlər və diaspor bir araya gəldi – Kiyevdə/Fotolar





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Dəyirmi masa keçirilib. UABD-nin ofisində təşkil olunan Dəyirmi masada ötən ilin yekunları, Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və Azərbaycan-Ukrayna münasibətləri müzakirə olunub.

Xəzərnews.az xəbər verir ki, Dəyirmi masada Ali Radanın hakim “Xalq qulluqçusu” partiyasının deputatları Valeri Kolyux, Vladimir Kreydenko, Sergey Bunin, Nikolay Qaluşko, videobağlantı vasitəsilə Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, üzvləri Razi Nurullayev, Azər Qasımlı, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iştirak ediblər.



Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov diasporun ötən bir ildə gördüyü işlərdən, keçirdikləri tədbirlərdən danışıb. Qeyd edib ki, müharibə şəraitinə baxmayaraq Ukraynadakı Azərbaycan diasporu nəzərdə tutulan tədbirləri yüksək səviyyədə həyata keçirir: “Bu xüsusda parlament diplomatiyasına xüsusi önəm veririk. Düşünürük ki, Ukrayna və Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları ölkələrin yaxınlaşması istiqamətində daha sıx işləməlidirlər. Qloballaşan dünyada bu xətt vacib və əhəmiyyətlidir”.



Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna təşəkkür edib. Bildirib ki, bu tədbirin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi günlərində baş verməsi də rəmzidir: “Əlbəttə, dünyada və xüsusən də Ukraynada Azərbaycan diasporunun formalaşmasında Heydər Əliyevin rolu əvəzsizdir”. K.Bayramov qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində qazandığımız Böyük Qələbə nəticəsində xalqımızın, eləcə də xaricdə yaşayan soydaşlarımızın birliyi daha da möhkəmləndi: “Bu qələbənin nəticəsidir ki, bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin, o cümlədən Ukraynanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəallıq nümayiş etdirir, ölkəmizlə əlaqələrin genişləndirilməsində böyük rol oynayırlar”.



Ukraynalı deputatlar Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsi ilə üzləşdiyi belə çətin bir dövrdə qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar. Bu işdə Ukraynadakı Azərbaycan diasporunun rolu xüsusi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bütün dövürlərdə yüksək səviyyədə olduğunu vurğulayan Ukraynalı deputatlar Azərbaycan diasporunun Ukraynada kifayət qədər təqdirəlayiq işlər gördüyünü qeyd ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev qarşıdan gələn həmrəylik günü münasibətilə Ukraynada və dünyada yaşayan soydaşlarımızı təbrik edib. S.Mərdəliyev diasporla səfirlik arasında münasibətlərin daha da yaxınlaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib.



Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukrayna Azərbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Ukraynada yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanda da insanlar Ukraynaya dəstəyini əsirgəmədi: “Əlbəttə, bu çətin günlərdə Azərbaycan dövlətinin də Ukraynaya humanitar dəstəyi bizi sevindirir”. V.Kanevski əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü başlayandan Ukrayna ərazisində yaşayan etnik azərbaycanlılar dövlətimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün qətiyyətlə ayağa qalxdılar. Səfir mədəni və humanitar sahədə həyata keçirilən layihələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib, regional əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm hissəsi olduğunu bildirib.



İrpen şəhərinin meri Aleksandr Markuşin Ukraynadakı azərbaycanlıların və Azərbaycan dövlətinin ölkəsinə dəstəyini yüksək qiymətləndirib. O, qeyd edib ki, meri olduğu qəhrəman şəhərdə akademik Zərifə Əliyevanın adını daşıyan park, mərkəzi küçə və məktəb var. "Onların bərpasında Azərbaycan çox kömək etdi. İndi biz yerli klinikanın bərpasında sizin köməyinizi görürük. Mən qardaş Azərbaycan xalqına, Azərbaycan rəhbərliyinə, Azərbaycan diasporuna böyük dəstəyə görə ürəkdən minnətdaram. İndi Ukraynanın müasir tarixinin ən çətin, faciəli dövrünü yaşayırıq”.

Ukrayna Qəhrəmanı, Kulçitski adına könüllülər batalyonunun əsgəri Vidadi İsrafilov müharibədə 5 minə yaxın etnik azərbaycanlının iştirak etdiyini qeyd edib. Müharibədə öldürülən azərbaycanlıların dəqiq sayını söyləməyin çətin olduğunu bildirən V.İsrafilov əlavə edib ki, vəziyyətin mürəkkəb olmasına baxmayaraq onlar Ukraynanın qələbəsinə əmindirlər.



Dəyirmi masada Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov və UABD İdarə Heyətinin üzvləri çıxış ediblər.

Dəyirmi masada Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov “İrpen şəhəri qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub. Medalı Hikmət Cavadova İrpen şəhərinin meri Aleksandr Markuşin təqdim edib.

H.Cavadov fəaliyyətlərinə verilən yüksək qiymətə görə minnətdarlığını ifadə edib: “Bu mükafat mənə yox, Ukraynadakı Azərbaycan diasporuna, bu ölkə uğrunda döyüşən və mübarizə aparan, könüllü yardım göstərən hər kəsə verilib. Ukrayna Silahlı Qüvvələrinə və bu dəhşətli müharibənin qurbanlarına kömək etmək üçün vaxt və vəsait ayıran hər bir azərbaycanlıya təşəkkür edirəm. Ukrayna qalib gələcək, çoxlu sayda azərbaycanlı üçün ikinci vətəninə çevrilmiş torpağa sülh qayıdacaq”.

Xəbər 499 dəfə oxunub.




01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +