Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


18.12.2023  22:46 

Masallıda Zakir Abbasın yubiley tədbiri keçirilib - Fotolar





A+  A-

Masallıda Əməkdar jurnalist, yazıçı, tərçüməçi Zakir Abbasın 75 illiyi və “Kənar adamın ocağı” kitabının təqdimatı ilə əlaqədar tədbir keçirilib.

“Masallı Gənclər Evi”ndə təşkil olunan tədbirdə yubilyarın qələm dostları, sənət adamları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, yubilyar haqqında lentə alınmış “Gələcəyə aparan yol” adlı sənədli film nümayiş etdirilib.

Sonra tədbirin aparıcısı, tanınmış şair, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Sabir Zakir Abbasın ömür yolundan, çoxşaxəli yaradıcılığından danışıb: “Uşaqlığı Masallıda keçib. Təhsilini davam etdirmək istəyən bütün gənclər kimi paytaxta üz tutub, ali təhsil alıb, doğma rayonuna qayıdaraq müqəddəs müəllimlik peşəsi ilə məşğul olub. Lakin içindəki yazıb-yaratmaq eşqi, ədəbi mühitdə yaxından iştirak etmək həvəsi yenidən onu paytaxta üz tutmağa sövq edib.



Sonradan yenə də Zakir Abbas Masallıya qayıdıb. Bir tələbəsinin yazdığı kimi: “Bu günümüzdə nadir ziyalı adam tapılar ki, uzun müddət yaşadığı şəhər mühitindən ayrılıb əyalətə gəlsin”. Lakin, harda yaşamağından asılı olmayaraq Zakir Abbas zəngin, şərəfli bir ömür yaşayıb və bu ömürə nə qədər çox iş sığdıra bilib... Yazıçı, tərcüməçi, tədqiqatçı, jurnalist, publisist, ssenarist, pedaqoq, redaktor və s. Yaxınları, həm də onun gözəl müsiqi bilicisi olduğunu söyləyirlər. O, hətta milli musiqi alətlərində gözəl ifa etməyi də bacarır. Bir insanda bu qədər qabiliyyətin olması necə də gözəldir. Bəli, Zakir Abbas bir ömürdə bir neçə ömür yaşayanlardandır...”

R.Sabir əlavə edib ki, eyni zamanda bugünkü toplantıda təqdim etdiyimiz “Kənar adamın ocağı” kitabında da məhz yubilyarın dostları, qələm sahibləri, tələbələri, sənət adamları tərəfindən Zakir Abbasın portreti nə dərəcədə yaradılıbsa bunu oxucular rəy verəcək. Təbii ki, öncə vurğuladığım kimi bu qədər zəngin ömrü bir kitaba sığdırmaq çətindir.
Hər halda bu şərəfli ömrün ən əsas məqamlarını göstərməyə, şam kimi əriyən ömürdən geriyə qalanlara diqqət çəkməyə çalışmışıq.”



Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nizami Əsədov, kafedra müdiri, professor, Əməkdar İncəsənət xadimi, dramaturq Əli Əmirli, kafedra müdiri, professor, respublikanın Əməkdar artisti Azad Şükürov, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, “Yeni həyat” qəzetinin redaktoru Əlihüseyn Şükürov, şair Məmməd Əvəzoğlu, Masallı Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov, yubilyarın dostu, rəssam Azər Xankişiyev, şagirdi, Masallı şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Niftiyeva və başqaları Zakir Abbası cəsarətli qələm sahibi, istedadlı jurnalist, sənətşünas, el-obasına qəlbən bağlı, vətənpərvər ziyalı, özünə və sözünə dəyər verən alicənab insan, şagirdlərinə, tələbələrinə ümid paylayan müəllim, etibarlı dost, səmimi və qayğıkeş ailə başçısı kimi xarakterizə edib, xatirələrini bölüşüblər.

Səbəbkar haqqında fikirlərini səsləndirən natiqlər onun yazılarının özünəməxsusluğundan, yüksək vətəndaşlıq mövqeyindən söz salıblar: “Zakir Abbasın milli-mənəvi dəyərlərimizə, folklora, musiqimizə sevgi və diqqəti hər zaman olduğu kimi bu gün də yeni nəslə örnəkdir…”

Yubilyarı təbrik edənlər ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar.



Zakir Abbasın sinif yoldaşı, respublikanın Əməkdar artisti Nizami Mirzəyevin (gitara), qızı Humay Abbasın (kanon), eləcə də gənc solist Ruslan Zahidovun və digər musiqiçilərin ifasında səslənən həzin nəğmələr tədbirə xüsusi rəng qatıb.
Yubilyara fəxri fərmanlar, hədiyyələr təqdim edilib.

Zakir Abbas tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Tədbir yubilyarın iştirakçılara hədiyyə etdiyi “Kənar adamın ocağı” kitabının imzalanması ilə yekunlaşıb.

Akif AĞAYEV



Xəbər 554 dəfə oxunub.




01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +