Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.12.2023  11:57 

TV-lərin əsir biabırçılığı





A+  A-

Keçən gün gözüm xəbər saytlarında bir başlığa sataşdı: “Ramil Səfərovun Bakıda əfv edilməsi Avropa Şurası Nazirlər Komitəsinin iclasına çıxarılır”. bu xəbər mənfi yüklü olsa da, təbəssüm yaratdı məndə. Azca düşünəndə bu təbəssümün illər öncənin şirin xatirəsindən qaynaqlandığını anladım. Artıq uzaq sayılacaq 2012-ci ilin 31 avqustuna “qayıtdım”.

Macarıstan məhkəməsi tərəfindən ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun ekstradisiya xəbərindən doyunca sevinməyə “vaxtımız çatmadan”, Ramili gətirən təyyarə hələ göydə ikən, dövlət başçısı sərəncam imzalayaraq onu əfv etmişdi! Ramil Səfərovun göz görə-görə çəkildiyi oyun, məcbur edildiyi “cinayət”, onun ardından dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün ermənilərin birləşərək Azərbaycan Dövlətinin Silahlı Qüvvələrinin zabiti Səfərova verdirdikləri ömürlük həbs cəzasıb beləcə “bir qələmdə” silinmişdi. Ertəsi gün Müdafiə Naziri tərəfindən qəbul edilmə və mayor hərbi rütbəsinin verilməsi də göstərirdi ki, verilən qərarlar dəfələrlə düşünülüb və heç nə təsadüfi deyil.

Dünən facebook xatırlatdı. Düz üç il öncə bu gün, yəni dekabrın 14-ü Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğundan azad edilmişdilər. Onlar hərbi əsir deyildi, döyüşlərdə əsir düşməmişdilər. Heç girovluqlarının motivində xalqa, millətə, dövlətə xeyir verən nəsə də yox idi. Əksinə... Amma illər sonra öz torpaqlarını geri almağa, dövlətini bütövləşdirmə yolunda adddımlar atmağa başlayan Azərbaycan Dövləti və bu dövlətin başçısı bu iki girova da düşmən əlində qalmış “vətən torpağı” kimi yanaşmış, nəyin bahasına olur-olsun, öz vətəndaşını azad etmişdi.

Və srağagün. Ermənistanla Azərbaycan arasında növbəti “əsir dəyişmə” prosesi baş verdi. Bu ilin aprel ayında Şahbuz rayonu ərazisində duman səbəbi ilə azıb Ermənistan tərəfə keçən və saxlanılaraq həbs edilən iki hərbçimiz Hüseyn Axundov və Aqşin Bəbirov erməni əsirliyindən azad edildi. Azərbaycan dövləti iki vətəndaşının qarşılığında nə az, nə çox düz 32 erməni əsiri qaytardı. Onu da nəzərə alaq ki, bizim tərəfimizdən əsir alınan və bu iki vətəndaşımızla dəyişdirlən 32 erməni ya hansısa terror hadisəsi etməkçün, ya da kəşfiyyat və ya diversiya məqsədi ilə dövlət sərhədlərini keçib ölkəmizin içərilərinə qanunsuz yollarla soxulmuş hərbçilər idi.

İki vətən övladı öz vətəninə, iki övlad öz ailəsinə, qohumlarına, əzizlərinə qovuşdu. Bir valideyin üçün bunun nə anlama gəldiyini tam dərk etməkçün eyni hissləri yaşamağa gərək yoxdur, eləcə övladınızın barmağına tikan batanda keçirdiyiniz hissləri yadınıza salın, anlayacaqsız. Bir ana üçün övlad ümidsizliyinin bir anda ümidə, xəyalına belə gətirmədiklərinin gerçəkliyə çevrilməsi nə deməkdir, yaxşı anlayırıq. Ailələr sevinclə, şadlıqla, musiqi ilə övlad yolu gözlədilər, övladlarına qovuşdular. Bundan daha gözəl mənzərə ola bilməz.

Amma biz məsələlərə təkcə övlad yolu gözləyən ailə bucağındanmı baxmalıyıq? Media resurslarını azad edilənlərin yaxınları ilə danışığı, görüşü, sevinci, şadlığı bəzəməlidirmi təkcə? Nəyin bahasına olur-olsun, birinci mən şəkil paylaşım, məzmunu nə olur-olsun, sual verim, mənası nə olur-olsun, cümlələri qurum. Bütün məsələ budurmu?

Ölkə mediasının azad edilmiş əsirlərin evlərindən çeşidli yollarla qulaqlarımıza servis etdiyi zurna səslərinin, xəbərin şousunu çıxarıb daha çox izləyici toplamaq istəyinin, verilən qeyri-adekvat sualların, məsələyə minbir baxış bucağından boylanıb, “qoy hamı məndən eşitsin” həvəsinin çox-çox üstündə, ən yuxarıda olan bir həqiqət var. İllərin parçalarını birləşdirəndə daha da böyüyən, əzəmətli görünən həqiqət:

Öz vətəndaşının düşmən əlində, düşmən həbsxanasında qalmaması naminə beş-on, hətta on altı qat artığını verən, bütün dünyanı qarşısına alma bahasına olsa da, öz şərəfli oğlunu ayağı vətən torpağına məhbus kimi dəyməsin deyə hələ göydə ikən əfv edən, düşmən həbsindəki hər bir vətəndaşına son parçasına qədər azad etdiyi vətən torpağı kimi yanaşan və onları da azad edən böyük, qüdrətli və müzəffər bir dövlət və bütün bunlara qərar verəcək qətiyyətli dövlət başçısı! Bax, budur ən böyük həqiqət və ən başlıca məsələ!

Bəli, bu dövlət bizim dövlətimizdir! Bu dövləti yaradan, yaşadan, qoruyan və gücləndirən hər kəsə təşəkkürlər!

Yaşasın Azərbaycan Dövləti!

Çingiz Özgür

Xəbər 778 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +