“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


14.12.2023  10:01 

Bakı niyə hər dəfə yağış suyuna təslim olur?





A+  A-

Uzun illərdir Bakının həllini gözləyən problemlərindən biri də hər dəfə yağış, qar yağanda paytaxtın bir çox küçələrini, prospektlərini su basmasıdır. Son iki gündə paytaxta bir qədər yağış yağdı, nəticədə Binəqədi, Nəsimi rayonlarında acınacaqlı mənzərə yarandı - küçələr, qəsəbələri su basdı.

Mütəxəssislər deyir ki, bu, kanalizasiya sisteminin tikinti şirkətləri tərəfindən bərbad hala salınması ilə bağlıdır. Belə ki, əksər hissələrdə kanalizasiya sistemi normadan bir neçə dəfə artıq yüklənir. Bəzi yerlərdə isə ümumi kollektora çıxış belə olmadığı iddia olunur.

Sürücü Kəramət Qasımov “Yeni Müsavat”a açıqlamasında deyib ki, illərdir yağış yağanda yollarda tıxaclar yaşanır ki, bu da sürücülərə böyük çətinliklər yaradır: “Hər dəfə qış aylarında Bakıya yağış yağanda çətinliklə üz-üzə qalırıq. Adətən hər dəfə uzun-uzadı tıxac olur. Təkcə avtomobillərin sıxlıq təşkil etdiyi yollarda deyil, məhəlləarası bəzi küçələrdə gölməçələr yaranır. Aidiyyəti qurumlar da nəyə görəsə hələ də bu problemi həll etmir və yaxud etmək istəmir”.

Sürücü İbrahim Abbasov da aidiyyəti qurumların bu problemə diqqət etməməsindən şikayətlənib: “Bu məsələ ilə məşğul olan məmurlar hara baxır, başa düşə bilmirik. Yağı yağır, gölməçələr yaranır, çünki kanalizasiya sistemləri işləmir. Bu problemə nəhayət ki, çarə tapmaq lazımdır”.

Bəs niyə hər dəfə yağış yağanda Bakını su basır? Bu problemi aradan qaldırmaq niyə mümkün olmur?

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Cebhe.info-ya bildirib ki, kanalizasiya sistemində heç bir problem yoxdur: “Barmaqlıqları olan küçələrdə və yollarda heç bir narahatlıq yoxdur. Kanalizasiya sistemi tam şəkildə rahat su axınının qarşısını ala bilir. Bəzi küçələrdə kanalizasiya sistemində problem varsa, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin su və kanalizasiya qəza xidməti dərhal yaranmış problemi aradan qaldırır. Ümumiyyətlə, avtomobil yollarındakı kanalizasiya sistemləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzərətindədir".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Qeyd edim ki, AAYDA yolların çəkilməsi, yenidən qurulması işləri ilə məşğul olur. Yəni kanalizasiya xətlərinin və yaxud kollektorların çəkilişini aparmır. Biz yolların yolların təmiri, tikintisi zamanı əgər ərazilərdə yağış axıdılması üçün lazım olan sistemin qurulmasına ehtiyac varsa, bu sistemi qurub, mövcud kanalizasiya kollektorlarına qoşulur. Yağış kollektorları Bakı şəhərində çox az saydadır. Məcbur oluruq ki, kanalizasiya kollektorlarına qoşulma edilsin. Bu da əgər yaxınlıqda mümkündürsə. Mümkün deyilsə, artıq həmin ərazidə yağış axıdılması sisteminin yaradılması hər hansı məna kəsb etmir.

Normadan artıq yağış yağdıqda hansı küçələrdə yağış kanalizasiya sistemi var, o sistemdən suyun geri daşması müşahidə olunur ki, bu zaman da kollektorların eyni vaxtda suyu ötürməyə gücü çatmır.

Sonradan yağış azaldıqca o su çəkilib gedir.

AAYDA yaranandan bu günə qədər harada mümkün idisə, yağış kanalizasiya sisteminin qurulması işlərini həyata keçirib.

Əvvəllər yollarda su dolurdu, yağı bitdikdən sonra da su çəkilmirdi, yığılıb ortada qalırdı. Amma indi hazırda yol ərazilərində su toplantısı yoxdur".

Qeyd edək ki, iki gün ərzində paytaxta intensiv yağış yağması bəzi yollarda hərəkəti çətinləşdirməklə yanaşı, çökmə halına da səbəb olub. Belə ki, dekabrın 13-də səhər saatlarında Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsi ilə Tiflis prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə" dairəsidən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb. Nəticədə küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsələyə müdaxiləsindən sonra çökmə aradan qaldırılıb.

Xəbər 558 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +