Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.12.2023  14:44 

ƏLİYEV NİYƏ ERKƏN SEÇKİYƏ GEDİR?





A+  A-

Xarici güc mərkəzlərinin regionumuz, o cümlədən Azərbaycanla bağlı planları, bizdən tələb və istəkləri haqqında ən informasiyalı şəxslərdən biri sayılan Prezident İlham Əliyevin qəfildən, heç kimin gözləmədiyi halda, ölkədə növbədənkənar prezident seçkiləri təyin etməsi ciddi müzakirə mövzusuna çevrilib.

Hazırda hər kəsin cavab axtardığı bir sual var: növbədənkənar prezident seçkiləri hansı ehtiyacdan yaranıb və bu qərarın qəbulunda hansı – daxili, yoxsa xarici amillər əsas rol oynayıb?

Hökumətin təbliğat maşını növbədənkənar seçki zərurətini daha çox daxili amillərlə - Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və ölkənin bütün ərazilərini əhatə edən bir seçkinin keçirilməsinə olan ehtiyacla, hakimiyyət əleyhdarları isə ökədə sosial-iqtisadi vəziyyətin 2025-ci ilədək ciddi şəkildə ağırlaşacağı və Əliyevin nüfuzunun zəifləyə biləcəyi qorxusuyla izah etməyə çalışsalar da, hər iki arqument olduqca dayanıqsız, məntiqə və sağlam düşüncəyə ziddir.

Əksinə, bu qərarın hansı zaman çərçivəsində və hansı geosiyasi şəraitdə qəbul edildiyinə, eləcə də sərəncam imzalanan günədək regionumuz ətrafında və ölkəmizdə hadisələrin hansı istiqamətdə getdiyinə diqqət yetirdikdə, Prezidentin və dövlət ərkanının olduqca məxfi saxladığı “erkən seçki planı”nın da hansı səbəblərdən qaynaqlandığı haqda da təxminlər yürütmək mümkündür.

Görünən odur ki, erkən seçki qərarında daxili deyil, xarici faktorlar əsas rol oynayıb.

Xüsusən o fakta diqqət yetirmək gərəkdir ki, Əliyev erkən seçki qərarını açıqlamazdan bir gün əvvəl – dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlı tədbirdə həm Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarının real durumu və perspektivləri haqqında cəmiyyətə müfəssəl məlumat vermiş, həm də regionda rəqabət aparan güc mərkəzlərinə ünvanlı çox mühüm, hətta ilk dəfə dilə gətirilən bəyanatlar səsləndirmişdi.

Məsələn, Əliyevin ilk dəfə açıq şəkildə dilə gətirdiyi bəynatlardan biri Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttiaqına üzvlük məsələsinin hədəf olmadığını və Azərbaycanın da heç vaxt Avropa İttifaqına üzv qəbul edilməyəcəyini elan etməsi idi.

Eyni zamanda, Əliyev diplomatik dillə Ermənistanın da Rusiyanın çətiri altında çıxıb Qərbə inteqrasiyasının rəsmi İrəvan üçün qurtuluş olmayacağına əminliyini ifadə etmişdi. Paşinyanın cəhdlərini “bir qütbdən digərinə xaotik keçid” və “yeni böyük qardaş axtarışı” kimi qiymətləndirən Azərbaycan prezidenti “daha uzaqda olan yeni böyük qardaş”ın əvvəlkindən yaxşı olacağına şübhə etdiyini dilə gətirməklə yanaşı, Ermənistanın öz suverenliyini yalnız Cənubi Qafqaz ölkələriylə birgə addımlayacağı halda təmin edə biləcəyinə açıq eyham vurmuşdu.

Yəni, daha konkret desək, Əliyevin 6 dekabr bəyanatlarının məzmununun təhlilindən çıxan nəticə o idi ki, Qərb-Rusiya qarşıdurmasının növbəti episentrinə çevrilən Cənubi Qafqazı qarşıdakı illərdə çox çətin bir mərhələ gözləyir və hər üç Cənubi Qafqaz respublikasının geopolitik seçimi bu təhlükənin miqyasına da mütləq təsir göstərəcək.

Xatrıladaq ki, 2020-ci ilin 44 günlük Vətən Savaşından sonra Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhə və əməkdaşlığa nail olmaq üçün hər üç respublikanın öz yaxın qonşuları ilə – Rusiya, Türkiyə və İranla birgə yeni bir formatda əməkdaşlığa başlamasının zəruriliyini elan etmiş, 2023-cü ilin 20 sentyabrındakı antiterror əməliyyatlarından sonra isə daha açıq şəkildə “Regiondan kənar qüvvələr əllərini bizdən çəkməli, imkan verməlidilər ki, Cənubi Qafqaz rahat nəfəs alsın” çağırışını Qərbə ünvanlamaqla, Ermənistanla sülhə də məhz onların maneçilik törətdiyini vurğulamışdı.

Əslində, elə Prezident İlham Əliyevin erkən seçki qərarının sirrini də məhz bu amildə -Azərbaycanın 2020-ci il savaşından sonra regionda yeni reallıqlara uyğun olaraq təklif etdiyi və 2023-cü ildəki antiterror əməliyyatlarıyla daha da gücləndirdiyi yeni geopolitik paradiqmanın - “3+3” formatının gerçəkləşməsinə Qərbdən yaranmış risk və təhlükələrdə axtarmaq gərəkdir.

Bir qədər də dəqiq desək, Əliyev Cənubi Qafqazda davamlı sülhə nail olmaq uğrunda Qərblə açıq döyüşə başlayır və üzərinə olacaq hücumdan qorunmaq üçün də döyüşöncəsi səngərlər - siyasi müdafiə sədləri qurur, ehtiyat tədbirlərini görür!

Əliyev çox yaxşı bilir ki, onun öz coğrafiyamızın şərtlərinə uyğun olaraq təklif etdiyi və regionun üç nəhəng ölkəsi – Rusiya, Türkiyə və İran tərəfindən də dəstəklənən “3+3” formatı ABŞ və Avropa İttifaqının son 30 il boyunca regionda həyata keçirməyə çalışdığı strategiyaya daban-dabana ziddir! Çünki ABŞ və Avropanın strategiyasında hər 3 Cənubi Qafqaz respublikasına əməkdaşlıq meydançası kimi yox, Rusiya, İran, Türkiyə və Çinə qarşı qoyulacaq qarşıdurma məkanı kimi baxılıb!

İnid Əliyev nəinki 5 region ölkəsini bir-birinə bağlayan Azərbaycanı, eyni zamanda Gürcüstan və Ermənistanı da Qərbin təsirindən çıxaracaq daha cəlbedici model ortaya qoyur!

Şübhəsiz ki, bu, qətiyyən Qərbin ürəyincə deyil və onlar, bir tərəfdən, Avropa İttifaqına, NATO-ya sürətləndirilmiş üzvlük vədiylə Ermənistan və Gürcüstan üzərindən bu formatı dağıtmağa, eyni zamanda da Azərbaycanın içərisindən illərdir yetişdirib-bəslədikləri şəbəkənin əliylə də daxildən hakimiyyətə təzyiqlərə başlayacaqlar!

Əliyevsə eynilə 2018-ci ildəki taktikasını təkrarlayıb, 2024-cü ilin 7 fevralına – Rusiyada və ABŞ-da gələn ilə keçiriləcək prezident seçkilərindən daha əvvələ erkən seçki təyin etməklə, faktiki olaraq, Qərbin gələcək seçkilər üçün planlaşdırdığı bütün “inqilabi situasiya” şəraitini, risk və təhlükələri də öncədən dəfn etmiş olur!

Çünki bu erkən seçki imkan verəcək ki, öz siyasi nüfuzunun pik dövrünü yaşayn Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilməklə, ən azı, 7 illik sabit bir vaxt limiti qazansın, həm region, həm də ölkənin içiylə bağlı nəzərdə tutduğu planlarını rahat həyata keçirə bilsin!

Baxın, Əliyevin erkən seçki qərarına ən böyük etiraz da məhz Qərbdən və ölkəmizdəki Qərbyönümlü müxalifətdən - Avropa İttifaqı və NATO-ya inteqrasiya tərəfdarlarından başlayıb! Çünki onlar da çox yaxşı bilirlər ki, Əliyev bu qərarıyla bütün rəqiblərini çox hazırlıqsız vəziyyət salıb və bu şəkildə 7 fevral seçkilərinə gedilməsi onların rüsvayçı məğlubiyyətlərinin növbəti rəsmləşməsi, Qərbin gələcəkdə "inqilabi situasiya yaratmaq" planlarının alt-üst edilməsi olacaq!

Elxan Şükürlü

Xəbər 1171 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +