Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


27.11.2023  13:26 

İndi kim, kimə ateizmdən dərs deyir?





A+  A-

Azərbaycanın qapılarını açıq saxlamayın! - Vətənin başladığı yerdən içəri daxil olan ateizm, eyş-işrət və əyləncə...

Azərbaycanda ideoloji və elmi cəbhə tamamilə tərksilah olunub. İllərdir ölkənin ən istedadlı elm adamları ölkəni tərk edirlər, bu adamların ölkəyə qayıdışını təmin etmək və beyin köçünün qarşısını almaq üçün heç bir addım atılmır.

Əvəzində nə edirlər?

Türkiyə elminin nəzəri manipulyatorları İlber Ortaylı və Celal Şengörün Bakıda “elmi-ateizm şou”ları təşkil olunur. Hər iki alim öz ölkəsi üçün çox işlər görüb, qalaq-qalaq kitablar yazıblar, amma bu adamların Bakıda “nəzəri ateizm şouları”ndan başqa bizə verə biləcəyi heç nə yoxdur. İndi kim, kimə ateizmdən dərs deyir? Azərbaycanda elmi-ateizm təşəkkül tapanda Türkiyədə ateist fikir söyləyənləri dar ağacından asırdılar. Bu gün Azərbaycanda fəlsəfənin, elmi-atezmin elə nümayəndələri var ki, İ.Ortaylı və C.Şengör onlarla bircə saat müzakirə apara bilməz.

Ümumiyyətlə, hər mövsümdə Bakıya təşrif buyuran İ.Ortaylının və C.Şengörün vasitəsilə ateizmi təbliğ etmək hansı qüvvələrin marağındadır?

Bu, bizə lazımdırmı? Pul qazanırlar, yaxşı biznesdir.

Ömrünün 50 ilini türkologiya elminə sərf edən Firudin Cəlilov da tələbələrlə eyni sırada oturub onlara qulaq asırdı. Düzdür, öyrənmək heç vaxt gec deyil. Amma F.Cəlilov kimi alimlərin “milli kimliyi” çoxdan yırtılıb. Ömrü boyu rus ideologiyasına qarşı mübarizə apardığını, türkçülüyü təbliğ etdiyini iddia edən F.Cəlilovun da, Azərbaycanın SSRİ işğalından xilas olunmasında ciddi rol oynadığını bildirən bu günün pullu, vəzifəli xalq hərəkatçılarının hamısının nəvə-nəticələri də rus bölmələrində təhil alı(b)rlar. Kimi dolamısınız?!

X.R.Ulutürk və eyni qəbildən olan vətənpərvər şairlərin, alimlərin, yazıçı-publisistlərin əsas işi gücü Vaşionqtonun (bildirirlər ki, bu şəhərin əsası qədim türk “vəşinq” tayfaları tərəfindən əsası qoyulub), Kremlin (bünövrəsi Kərimli tərəfindən qoyulubsa, deməli, Moskva da bizimdir), Londonun (qədim türk tayfalarında hərbi rütbə olduğu iddia olunur) bizə aid olduğunu sübut etmək olub.

Azərbaycan yazıçısı Anarın əli ilə katibəyə, sürücüyə mənzil verib onu urvatdan salırsınız (o, onsuz da urvatsızdır), başqa bir ölkənin yazıçısını isə gətirib “şou”lar təşkil edirsiniz. Məqsədiniz nədir?

Kriminal hadisələrə azacıq “ədəbi” don geyindirib psevdodetektiv əsərlər yazan Ç.Abdullayevi yazıçısı kimi bəyənməmək olar. Bu adam 600-dən çox kitab yazıb, bu zırpılıqda kəmiyyətin içində keyfiyyət tapmaq “Azəryolservis”in rəhbəri Saleh Məmmədovun fəaliyyətində şəffaflıq tapmaq qədər çətin və müşkül məsələ olduğunu başa düşürəm. Çingiz Abdullayev Azərbaycan ədəbi vitrinində çoxdan oturub, istəsək də-istəməsək də... Zövqü balta kəsməyən, inzibati oxucular sayəsində o, həmişə oxunacaq. Ç.Abdullayev də müzakirə oluna, tənqid edilə bilər.

Amma ölkə mediasının abort olunduğu bir ərəfədə ortaya çıxan hansısa süni “jurnalist” ona qiymət verərək əsərlərini “zir-zibil” adlandırırsa, bu, pis nümunədir, ictimai cinayətdir. “Azərbaycan millisi”nin impotent oyunundan kayf tutan sıravi azarkeş gözəllik salonunda oturub Pelenin, Maradonın, Ronaldonun, Messinin vurduğu qolları təftiş edirsə, bu, səfehlikdir, təsadüfən ekstaza gəlməkdir.

Mən 3 ildir arzu edirəm ki, qardaş Türkiyə dövləti özünün yüksək elmi-texnoloji biliklərini, laboratoriyalarının nüsxələrini Azərbaycana ixrac etsin. Əvəzində müğənni Tarkan və sevgi serialları gəlir. Tarkanın konsertinə 20 min insan bilet alıb. Arxa yerlər üçün 70 manata, VİP yerlər üçün 350 manata satılan biletlər üçün ortalama qiymət çıxarsaq, 4 milyon manat pul edir. Müğənni bu pulun neçə faizini öz ölkəsinə aparıb? Ateizmi, eyş-işrəti, çal-çağırı təbliğ etməkdə məqsədiniz nədir?!

Açığı, mən heç vaxt düşünməmişəm ki, II Qarabağ müharibəsi zamanı əldə olunan qalibiyyət cəmiyyətimizin oynaq xarakterinə ciddilik qata bilər.

Samir Feyruzov

Xəbər 853 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +