Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


26.11.2023  20:54 

Məktəbdə azyaşlı qızın gözünü dağıtdılar, direktor anaya nə təklif edib? - FOTOlar





A+  A-

Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi olan qız döyülüb.

Xəzərnews.az xəbər verir ki, bu barədə jurnalist İntiqam Valehoğlu sosial şəbəkədə bildirib.

"Ramanadakı 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdini bu vəziyyətə qoyublar. Direktor Svetlana Nəbiyeva uşağın valideyni ilə " anlaşmağa" çalışır", - deyə jurnalist bildirib.

Qeyd olunur ki, gözündən ağır xəsarət alan azyaşlı üçün təcili yardım çağırmadığı da bildirilir.

Onun digər məktəbli ilə toqquşaraq xəsarət aldığı deyilsə də, anası Vüsalə Məmmədzadə bunun doğru olmadığını bildirib.

O, məsələ ilə bağlı polisə şikayət edib.

Hadisə ilə bağlı Azreform.info şagirdin valideyni Vüsalə Məmmədzadə ilə əlaqə saxlayıb.

V.Məmmədzadə hadisənin necə baş verdiyindən danışıb:

"Məktəbdə noyabrın 8-də Zəfər bayramı ilə bağlı tədbir keçirilib. Övladım həmin tədbirdə uşaqların bir-biri ilə toqquşması nəticəsində gözündən xəsarət alıb. Amma o anda heç bir tibbi yardım göstərilməyib, heç məktəbin tibb bacısı belə çağırılmayıb. Atasına zəng edib deyiblər. Səhəri onu xəstəxanaya apardıq. Amma həmin gün hadisə ilə bağlı "102"-yə zəng etdik. Sinif rəhbəri Südabə Şükürova bizə irad bildirdi ki, niyə ora zəng edib məlumat vermisiz. Dedim, bəs siz xəsarət alan bir uşağa niyə yardım göstərməmisiz, hadisə onun ölümünə də səbəb ola bilərdi".

V.Məmmədzadə onu da deyib ki, dəfələrlə sinif rəhbəri ilə əlaqə saxlamaq istəyib, lakin mümkün olmayıb. S.Şükürova ilə yalnız polis idarəsində olarkən polis işçisi İbrahim onunla əlaqə saxladığı zaman danışıb: "O zaman mənə irad bildirdi ki, niyə şikayət etmişəm. Sabunçu rayon prokurorluğuna da şikayət etmişəm, işə müstəntiq Natiq müəllim baxır. Qızımın sol gözü 50 faiz görür, görmə qabiliyyətini itirib. Həkimlər deyiblər ki, yaxşı ki, belə qurtarıb, yoxsa gözünü birdəfəlik itirə bilərdi. Bilirsiz, mənə təsir edən məktəbdə hansısa hadisə nəticəsində xəsarət alan uşağın baxımsız qalmasıdır. Mən demirəm ki, məktəb direktoru, sinif rəhbəri uşağını vurub. Amma bu halda olan uşağa bir yardım edilməliydi. Müşahidə kameralarından görünür ki, qızam sinif otağından dəhlizə ağlaya-ağlaya çıxıb. Sonradan mənə deyiblər ki, həmin vaxt onun sinif yoldaşlarına deyiblər ki, çantalardan su qablarını açın salfetkanı isladıb gözünə qoyun. İkinci sinif şagirdi tibb işçisidir ki, zərərçəkənə yardım etsin? Qızımla toqquşduğu deyilən şagirdə isə heç bir ziyan dəyməyib. Bu, mənim üçün da müəmmalı qalıb".

Valideyn sosial şəbəkələrdə bu məsələ ilə bağlı məktəb direktoru Svetlana Nəbiyevanın onunla "anlaşmağa" çalış"ması iddialarına da aydınlıq gıtirib:

`Düzdür, o mənə dəfələrlə zəng edib, kabinetinə çağırıb təklif edib ki, bu məsələni öz aramızda həll edək. Yəni bir növ rüşvət təklif edib. Guya bu məktəbin nüfuzuna xələl gətirər, guya sinif rəhbərinə töhmət veriləcək. Mən razılaşmamışam. Zəng edirəm ona, deyir, qeyri-iş günü olduğundan məni narahat etmə. Rəhbərlik etdiyi məktəbdə hadisə baş verib, məktəbli ağır xəsatət alıb, bu, direktoru narahat etmir. Qızım dərsə getmir, müalicə alır, amma sinif rəhbəri bir dəfə də olsun maraqlanmayıb, nə evə gəliblər, nə zəng ediblər. Bu qədər laqeydsizlik olar? Mən bu işi belə qoymayacam, təqsirkarların cəzalanmasını istəyirəm. Bəlkə, uşağım həmin vaxt ölə bilərdi, onda nə deyəcəkdilər, bu nə özbaşınalıqdır məktəbdə baş verir. Məktəb tam nəzarətdən çıxıb".

V.Məmmədzadə sonda bu məsələ ilə bağlı günahkarların cəzalandırılmasında ona dəstək olmağımızı xahiş edib.





Xəbər 1235 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +