Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.11.2023  15:14 

Gömrükdə “sürətli keçid” adı ilə rüşvət yığılır – İddia





A+  A-

Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda sürücülərdən “sürətli keçid” adı altında rüşvət alındığı iddia olunur.

Xəzərnews.az xəbər verir ki, bu barədə sürücülər “Gündəlik Naxçıvan”a məlumat veriblər.
Onlar bildirirlər ki, gömrük əməkdaşları süni şəkildə uzun növbələr yaradıb sürücülərə 50 manat qarşılığında “sürətli keçid” təklif edirlər və bir çox sürücülər gecəni gömrükdə keçirməmək üçün bu məbləği verməyə məcbur olurlar.

Sürücülərin sözlərinə görə, “sürətli keçid” üçün ödədikləri pula görə onlara heç bir sənəd verilmir. Bu səbəbdən onlar hesab edirlər ki, hər gün yüzlərlə sürücüdən alınan bu pulları gömrük əməkdaşları mənimsəyirlər.

Şərur rayon sakini, sürücü Vasif Orucov deyir ki, tələsik işi olduğu üçün bir neçə dəfə pul ödəyib, Türkiyə tərəfə keçməyə məcbur olub:

“Bu növbəti bir pul tələsidir. Pulu həm nağd, həm də onlayn ödəmək olur. İstər onlayn, istərsə də nağd şəkildə ödənilən pulların haraya getdiyi bəlli olmur. Çünki ödəniş edənlərə heç bir qəbz verilmir. Dünyanın heç bir yerində belə qayda yoxdur. Bu səbəbdən də gömrükdə bəzən yüzlərlə maşın növbədə gözləməli olur. Məqsəd insanları gözləməkdən bezdirərək sürətli keçiddən istifadəyə məcbur edib rüşvət almaqdır”.

Digər şikayətçi Səfər Qurbanov isə deyir ki, ağır xəstə olan yaxınlarından birini təcili Türkiyəyə aparmaq üçün tələb olunan məbləği ödəməli olub:

“Mən nadir hallarda Türkiyəyə gedirəm. Bir neçə gün əvvəl ağır vəziyyətdə olan xəstəmi müalicəyə aparırdım. Səhər 7-də gömrüyə çatdım. Növbədə yüzlərlə maşın gözləyirdi. 2 saata qədər gözlədim. Lakin növbə yerindən tərpənmirdi. Bəzi avtomobillərin növbəyə dayanmadan keçdiyini görürdüm. Yaxınlaşıb, gömrük işçisinə iradımı bildirdim və xəstə apardığımı dedim. O, 50 manat ödəyib “sürətli xətdən” keçməyi məsləhət gördü. Bu məbləğin çox olduğunu, xəstəyə görə güzəşt etmələrini xahiş etdim, 25 manat aldılar. Ödənişin müqabilində qəbz istəsəm də, verilmədi. Amma saatlarla növbə gözləyənlərin qarşısında bu qaydada keçmək düzgün deyil. Onların hüquqları pozulur. İstəsələr, bu növbə olmaz. Belə edirlər ki, rüşvət yığa bilsinlər”.

Xəbər 605 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +