Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.11.2023  19:13 

Qarabağın bərpasına dəstək verməyə hazırıq - İbrahim Rəisi





A+  A-

“Mən çox şadam ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində biz Sizinlə görüşə, ikitərəfli və bizi maraqlandıran məsələləri müzakirə edə bildik. Xoşbəxtlikdən, əlaqələrimiz qənaətbəxş səviyyədədir və müxtəlif sahələrdə işlərimiz, layihələrimiz uğurla davam edir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri İran Prezidenti Seyid İbrahim Rəisi Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

İbrahim Rəisi qeyd edib ki, biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu:

“Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır.

Biz nəqliyyat və tranzit sahələrində vəziyyətin gündən-günə yaxşılaşdığını müşahidə edirik. Ölkələrimiz arasında nəqliyyat işi getdikcə artır. Bu, həm sizin, həm də bizim hədəflədiyimiz məsələdir. Araz çayı üzərindən keçən Ağbənd marşrutu və bizim orada bir-birimizlə razılaşdıraraq həyata keçirdiyimiz layihələr hər iki ölkənin maraqlarına cavab verir. Bu, Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu sahədəki qayğıları aradan qaldırır”.

Rəisi əmin olduğunu bildirib ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur:

“Biz əminik ki, Azərbaycan ilə İran arasındakı münasibətlər təkcə diplomatik qonşuluq əlaqələr deyil, bu, iki xalq arasında çox dərin münasibətlərdir.

Xalqlarımız qəlbən bir-birinə yaxındır və münasibətlərimiz sarsılmazdır. Ona görə liderlərimiz də bu əlaqələrin inkişafına çox ciddi yanaşırlar. Sizinlə görüşdən dərin sevinc duyduğumu bir daha təkrar edirəm”.

Xəbər 720 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +