Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


07.11.2023  19:29 

Otuz illik işğalı nəyə görə sənətə çevirə bilmədik?





A+  A-

Dünən Ağdam, Əsgəran, Xankəndi, Xocalı, Şuşa və Laçından keçən səfərimiz haqqında yazmışdım. İşğalın yaralarına baxdıqca otuz il Azərbaycanın necə bir yük altında olduğunun ağrısını və ağırlığını anlayırsan. Amma dərd bu deyil.

Dərd odur ki, biz Qarabağ məsələsinin ağrısını aradan qaldırmışıq, ağırlığı hələ də ölkənin çiynindədir.

Otuz il yük olan Qarabağ, ən azı, otuz il də iş olaraq bizi gözləyir. Məni Qarabağa baxmağa gedən adamların duyğuları qətiyyən maraqlandırmır. Mənə maraqlı olan Qarabağa yaşamağa gedənlərin duyğularıdır.

Təsəvvür edin, otuz il sonra Adəm qovulduğu cənnətə qayıdır və yerində miskin bir cəhənnəm görür.

İndi gəl bu adamın, bu Adəmin duyğularından ədəbiyyat yarat. Bu qayıdış Azərbaycan insanı üçün yeni bir vəziyyətdir. Köhnə emosional təcrübələr əsasında bu yeni vəziyyəti sənətə çevirmək mümkün deyil. Biz otuz illik işğalı da buna görə sənətə çevirə bilmədik. Çünki köhnə təcrübədən bəhrələnmək şərti vardı.

Cəmiyyət və Mirşahin bəy bizdən Qarabağ müharibəsi haqqında "Hərb və Sülh" kimi bir əsər gözləyirdi. Qarabağ müharibəsi Napoleon və Rusiya müharibəsi deyildi ki, haqqında yazılan əsər də "Hərb və Sülh"ə bənzəsin.

Qarabağ müharibəsindən yazılan orijinal əsər, bəlkə də, heç müharibə mövzusunda olmayacaqdı. Amma gözlənti bunu istəmədi, gözlənti tələb etdi ki, onun müharibəsi də başqa müharibələrə bənzəsin. Bu məsələdə də yeniliyə özünü və gözünü qapadı.

Bayaq haradasa oxudum "Faciədən zəfərə" mövzusunda kitab yazılacaq, yüksək məbləğdə pul da ayrılıb. Adamlara elə gəlir ki, "faciədən zəfərə" gedən yolu tankla, traktorla 44 günə keçə bildiksə, qələmlə, kağızla da 44 həftəyə keçə bilərik. Təxminən belə: Ağdamdan işğalın xaraba qoyduğu bir evin şəklini götürürsən, yanına da zəfərdən sonra ucaldılan bir binanın şəklini qoyursan, olur "faciədən zəfərə" adlı əsər.

Bəs insan bu əsərin harasındadır?

Qarabağdan didərgin düşən insanın dünyasından daha mürəkkəb olacaq Qarabağa qayıdan insanın dünyası.

Hansı yazıçımız, şairimiz, rejjisorumuz girə biləcək bu insanın şüuraltısına? Və hansı psixoanalitik təcrübə əsasında? Sənətə lazım olan bütün emosional elementlər Qarabağa qayıdan insanların şüuraltısında qaynaşacaq. Hansı Məlikməmməd enə biləcək o quyuya?

Müharibə tarix üçün dövlət hadisəsidir, o, sənətə dönüşəndə insan hadisəsinə çevrilməlidir. Sənətdən isə tələb olunur ki, sən də onu dövlət hadisəsi kimi yaz, çək, bəstələ.

Müharibədən, özü də Qarabağ kimi insanı, insanlığı hədəf alan müharibədən danışan əsərin mərkəzində insan yoxdursa, heç bir məbləğ, heç bir mükafat onu bir nəsildən o birinə ötürə bilməz.

O insan isə otuz il idi Bakıda gözümüzün qabağındaydı; biz onu özgə evində unudub onun qoyub gəldiyi dağ-dərənin həsrətini çəkirdik. İndi o insan öz torpağındandır, biz indi də onu öz evində unudub onun dağ-dərəsinin şəklini çəkirik.

Dünən öz qulağımla eşitdim. Laçında arxamda dayanmış iki yerli sakin bizi nəzərdə tutub bir-birinə gileylənirdi ki, gör gedib bir evə baş çəkirlər, bir adamla maraqlanırlar... arxasını yazmıram.

Sonda bir xahişim olacaq: Qarabağ torpağına on səfər təşkil edəndə, bir səfər də Qarabağ insanına təşkil etmək lazımdır.

O insan indi də orada tək qalıb!

Aqşin Yenisey

Xəbər 603 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +