Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


01.11.2023  08:57 

40 ilin fahişəsi efirdə namusdan danışır





A+  A-

"Təsir dairəsi"ndə yenə dava düşüb. Bu dəfə verilişin eksperti, fəlsəfə doktoru Anar Vəziroğlu ilə iştirakçılardan biri arasında insident baş verib. Qalmaqalın təfərrüatı açıqlanmır. Bircə onu bilirik ki, şəxsi problemiylə bağlı efirə müraciət edən Ramal adlı vətəndaş bu dəfə daha böyük problemlə üzləşib. Bəxti onda gətirib ki, mühafizəçilər özlərini hadisə yerinə zamanında çatdırıblar. Yoxsa, dostum-qardaşım Anar müəllim onun ən azı üç dişini qarnına tökəcəkdi...

Yanlış anlamyın, Anar Vəziroğlu qaydasız döyüş üzrə peşəkar idmançı deyil. Asıb-kəsməklə, vurub-yıxmaqla heç vaxt arası olmayıb. Çoxillik həmkarımdır. Müxbirlikdən baş redaktorluğa qədər yüksəlib. Bu gün ortada at oynadan bəzi jurnalistlər tumançaq gəzəndə Anar Vəziroğlu səhifə-səhifə məqalələr yazır, "Addım" adlı maraqlı, oxunaqlı qəzet buraxırdı. Üstəlik, alimdir, fəlsəfə doktorudur.

Demək istədiyim odur ki, problem onda deyil, telekanallarda, onların yayım siyasətindədir. Hamı ucuz şou arxasınca qaçır. Reytinq ən ciddi aparıcıları, ən sanballı ekspertləri gündə yüz oyundan çıxmağa vadar vedir.

Azərbaycan telekanallarının iş üsulu belədir: dünya şöhrətli alim də bizim efirlərə çıxsa, bir müddət sonra Əli Mirəliyevə çevriləcək...

Mən eyni təhlükə ilə 4-5 il əvvəl üzləşmişdim. Yaxşı ki, vaxtında canımı qurtara bildim. Hansı ki, o vaxt az da olsa peşəkarlıq, ədəb-ərkan vardı. İndi heç bir dəyər, heç bir ölçü qalmayıb. 40 ilin fahişəsi efirdə namusdan, əxlaqdan danışır.

Və zərrə qədər də utanıb-qızarmır, abır-həya eləmir. Hələ tamaşaçıdan alqış da gözləyir. Çox vaxt istədiyini alır. Abırsız adamlar efirlərə yol tapandan sonra abırlı adamlar gizlənməyə kol axtarırlar. Pis yolun yolçuları Azərbaycan ziyalısının efirə gedən yolunu bağlayıb. Efirə yol tapan bir para adamlar isə özlərinin deyil, həmin adamların yerişini yeriyirlər...

Əlbəttə, bu da keçəcək. Yaxşı yadımdadır, ötən əsrin 90-cı illərinin sonlarında ölkədə "sarı mətbuat" tüğyan edirdi. Çörək almağa pulu olmayan adamlar hansısa əcnəbi fahişənin göbəyini görmək üçün əllərindəki son qəpik-quruşu verib həmin qəzetləri alırdılar. Bir müddət sonra həmin qəzetlər zibil yeşiyinə atıldı. Çox keçməz, həmin verilişlər də layiq olduğu yerə - zibilliyə atılar. Amma ara yerdə həyatımız, mənəviyyatımız zibillənir...

Seymur VERDİZADƏ

Xəbər 567 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +