Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


27.10.2023  19:22 

Əziz Vətən, səndən küsmürəm...- Gənclər ölkəni niyə tərk edir?





A+  A-

Dəhşətlidir! Oxuyun və görün gənclərimizi nə kökə salıblar. Hamı ölkəni tərk edir, amma düz edirlər, özünüzü, ailənizi bataqlıqdan xilas edin. Ruhumuzu, ümidlərimizi, arzularımızı öldürüblər, sadəcə quru müqəvva kimi ortada gəzirik...

İkinci Qarabağ savaşının içtirakçısı S.Zeynallı yazır:

"...Əziz oxucu, sənə qısa, amma ağır və məşəqqətli həyat yolumdan bəhs etmək istəyirəm. İnanıram ki, bu yazını oxuyandan sonra sən də getməyin nə olduğunu anlayacaqsan və məni başa düşəcəksən, hələ haqq da verəcəksən.

Mən evin tək oğluyam. 600-ə yaxın bal toplayıb BDU-ya qəbul oldum. Sonra hərbi xidmətə - Vətənin keşiyində durmağa getdim. Qayıdandan sonra isə iş axtarmağa başladım.

Təbii ki, hər kəs DİM-in intahanından keçməyi məsləhət gördü. DİM-in imtahana hazırlaşdığım vaxt isə II Qarabağ savaşı başlandı. Anamın, atamın təkidinə baxmayaraq könüllü olaraq savaşa yollandım. Savaşda nələrdən keçdiyimi yazıb başınızı ağrıtmaq istəmirəm. Yanımda şəhid olan dostlarımdan da danışmayacam. Bu, mənim Vətən qarşısında borcum və vəzifəm idi.

Müharibədən də qayıtdım, həm də 4 medalla. Ali Baş Komandan məni də şərəfli döyüş yoldaşlarım kimi qiymətləndirdi, keçdiyim yola böyük dəyər verdi. Düşündüm ki, bu dəfə xəyallarım gerçəkləşəcək. Müharibə iştirakçısına ən azı dolanmaq üçün iş verəcəklər. Cünki Cənab Prezident İlham Əliyev bir dəfə çıxışında xüsusi olaraq məmurlara tapşırıq vermişdi ki, vətən savaşında iştirak edənləri işlə təmin edin. 3 ildi savaş bitib. Yazmadığım, müraciət etmədiyim qurum qalmadı. 70-ə yaxın müraciət yazdım. Amma sanki mən bütün bunları suya danışırdım... Daşdan səs çıxırdı, dövlət qurumlarından yox...

Yaxınlarımın isə tövsiyələri yenə bu oldu: DİM- in “qılıncının altından” keçməlisən. 600 bal toplayanda qurduğum xəyallarıın başın boş buraxıb gecə gözətçisi işinə düzəlib, maddiyyat içində çabalayan ailəmə yardımçı olmağa başladım. Gecə növbəsində ola-ola DİM- in imtahanına hazırlaşdım. Yarımçıq hazırlaşma ilə 2189 nəfərdən 100 nəfər yüksək bal topladı, biri də mən oldum: 88 bal...

Daha sonra test imtahanın müsabiqə mərhələsinə qatıldım. Yenə yüksək sayılan 18 balı topladım. Bu dəfə düşündüm ki, yəqin, işlə təminatım qaçılmazdı. Düz, 9 ay öncə dedilər ki, təbrik edirik, amma vakant yer yoxdur...

Bədii, ədəbi cümlələrdən maksimum az istifadə etməklə yazdım bu statusu. Amma mən bu Vətəni sevərək tərk edirəm. Rusiyanın bazarlarına üz tutub araba sürməyə, piştaxta arxasında durmağa gedirəm. Qoy bu Vətən fizianomiyası ilə işlədikləri vəzifəsi tərsmütənasib təşkil edən məmur qohumlarının ümidinə qalsın.

Əziz Vətən, səndən küsmürəm, səni bizdən küsdürənlərdən küsüb gedirəm, nə vaxt başın dərddə olsa, qayıdacağam. Buna söz verirəm, çünki sənin şərəfin mənim şərəfimdir.

Əlvida Azərbaycan, əlvida...!".

Samir Feyruzov

Xəbər 583 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +