Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.10.2023  22:21 

İsrailin nüvə və hərbi-sənaye kompleksi İranın puluna qurulub





A+  A-

Azərbaycana qarşı işləyən şər-böhtan maşınını tam gücü ilə işlədir. Bu zaman İranın əsas silahı kütlükdən sui-istifadədir. “Səhər” kanalında işləyənlərin böyük əksəriyyəti savadsız və dar düşüncəlidirlər. Ziddiyyətli fikirlər səsləndirməklə məşğuldurlar.

Onlardan biri də Türkiyədə kiminsə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin dayandırılması niyyəti ilə bağlıdır. Əslində “Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə İsrailin neftlə təchizatının dayandırılması” ideyası vaxtilə Azərbaycan tərəfindən irəli sürülmüş arqumentə İranın “Səhər” kanalında işləyən, indi bəlkə də təqaüdə çıxmış politoloqlardan birinin uydurmasıdır. Bakı-Tbilisi-Ceyhanla axan neftin 80-90%-i İtaliyaya gedir. Aİ üzvü İtaliya Azərbaycan neftinin bir nömrəli alıcısıdır. İtaliya-Azərbaycan arasında mal dövriyyəsi 4 milyard dollardır və bu 4 milyard dolların 3,8 milyard dolları yalnız neft üzərindədir. Ümumi götürəndə başqa yerlərə neftimiz qalmır.

Qazımız da əksərən Avropaya gedir. İsraillə Azərbaycan arasında neft müqaviləsinin həcmi böyük miqdarda deyil. İsraildən nə alırıqsa böyük əksəriyyətini nağd şəklində ödəyirik. Əgər İsrail bizdən neft alırsa, dünya bazarında konyunkturaya uyğun pulumuzu ödəyir. Türkiyə neft-qaz tranzitimizdən maliyyə və geoiqtisadi divident əldə edir. İranın təbliğatçıları Azərbaycanın neft-qaz alıcılarının tərkibi ilə bağlı məlumata malik olsaydılar savadsızlıq nümunəsini ortalığa qoymazdılar.

Türkiyənin Azərbaycandan dövr edən neft, qaz ixracına ehtiyacı var və ola bilər yaxın zamanlarda da neft, qaz ixracına Türkiyənin ehtiyacı azalmasın, bəlkə də artsın. Çünki Rusiya Türkiyədəki qaz habına Azərbaycanı da qoşmaq istəyir. İranın indiki siyasətçiləri küt düşüncənin daşıyıcılarıdır. Çünki onlara rəhbərlik edən məmurlar savadsızdır və özlərindən savadlını işə götürmürlər.

Ona görə də İran-İsrail münasibətlərinin tarixi ilə bağlı çox vacib proseslərdən xəbərləri yoxdur. Bəzi faktları indi biz yada salacağıq:

ı. İranın anti-İslam, anti-ərəb siyasəti bəllidir. İran qədər müsəlman, xüsusilə şiə qanına susamış ikinci dövlət yoxdur. İran uzun müddət ABŞ və İsraillə əməkdaşlığının əsas şərti ərəbləri qırmaq idi və o zaman İsrailin ərəblərə qarşı müharibə aparmaq niyyətində də əsas parametr İranın dəstəyinə inam oldu. İran öz əhalisini yarı-ac saxladı və İsrailin büdcəsinin doldurulmasında səmimiyyətlə iştirak etdi. İsrail öz əhalisini əksərən İranın pulunun hesabına rahat yaşatdı, kənardan gəlmələr üçün məskunlaşma siyasətini apardı və nəhayət hərbi-sənaye kompleksini qurdu. İsrailin rəsmən təsdiqlənməmiş nüvə obyektləri, bazası da məhz İranın vəsaitinin hesabına tikilib. 1960-70-ci illərdə ərəblərin başına yağdırılan raketlərin 80 faizinin pulunu İran verib.

ıı. Çox vacib istiqamət İranın Amerika mənşəli qırıcıları ilə bağlıdır. Həm İraqla müharibə dövründə və həm də ondan sonrakı dövrdə İranın F-4, F-5 qırıcı təyyarələrinin ehtiyat hissələri yəhudi şirkətləri vasitəsilə təşkil olunub. Şirkətlərin böyük bir qismi İspaniya ərazisində cəmləşmişdi. Bu barədə İsraildə məlumat var. Ara-sıra mətbuata da sızdırılıb.

ııı. İsrail tərəfindən mətbuata sızdırılan İran tərəfindən bu günə qədər təkzibi verilməyən mövzulardan biri ali dini liderin İsraildən gələn dərmanla müalicəsi ilə bağlıdır. Allah ali dini liderə uzun ömür versin, canı sağ olsun. Bəlkə ətrafına ötürülən, yayılan informasiyalardan xilas ola və Azərbaycanla bağlı İslam dininə, haqqa-ədalətə uyğun mövqeyinin formalaşmasına göstəriş verə bilər. Dünya mətbuatı bunu bir neçə dəfə yazıb, İran heç bir rəsmi təkzib etməyib. Əksinə, İrandan bir dəfə bu mövzuya münasibət bildirilib, o da müəyyən mənada təsdiqləyici kimi qəbul edilə bilər.

İsrail 60-70-ci illərdə İrandan nə qədər vəsait aldığını, xərclədiyini açıqlaya bilər. İsrailin o istiqamətdə işində iştirak edənlərdən bir qrupu indi də İranda nüfuz sahibidir və ətrafları da vəzifədədir. İsrail və onun arxasında dayananların İrana hücumu bu kontekstdə çox ehtimallıdır.

İran təbliğatının birinci elementi savadlı olmaqdır. Təbliğatçı mövzunu bilməlidir. Mövzunu yaxşı bildikcə, müəyyən qədər sağa-sola da çəkə bilər. Bütövlükdə “Səhər” kanalı savadsızdır və Azərbaycanın da ünvanına çox cılız arqumentlər ortalığa qoyur.

Nəticədə, Azərbaycanda aldanmış adamlar bir qrup İran siyasətçiləri kimi beyni dumanlanmış vəziyyətə düşür və daha çox narkomanın vəziyyəti ilə müqayisə etmək olar. Bunu şiəliyimizin tarixinə münasibətlə də bağlı demək mümkündür. Hələki bu mövzunu qabartmaq niyyətim yoxdur.

İranın indiki vəziyyətdə Fələstin əhalisini qızışdırıb qırğına verməkdə, ərəbləri qırğına vermək siyasətindən əl çəkməsi çox vacibdir. İran çox sadə 30 il öz sərhədinin kənarında şiə müsəlman torpağının işğal altında qalmasının səbəbini izah etsin. Başqa heç bir şey lazım deyil. Gec-tez fələstinlilər və digərləri də İrandan bunun hesabını soruşacaqlar. İran özünü İsrailin qabağında çox aciz göstərdi.

Mübariz Əhmədoğlu

Xəbər 654 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +