Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


20.10.2023  17:41 

Dövlətə dəymiş 143 milyon manat... - Məhkəmə





A+  A-

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda nazirliyin mənzil-istismar idarəsinin sabiq rəisi Mahir Şirvanovun cinayət işi üzrə 1 nəfər şahid ifadə verib.

Şahid Rüstəm Səlimov ərzaq satışı ilə məşğul olan şirkət rəhbəridir. O, Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb, müqavilə əsasında arzaq məhsulları tədarük edib: “Müdafiə Nazirliyi ilə iş görməyə qohumum Avtandil Abdiyevin vasitəsilə başlamışam. Onun da şirkətləri var. Mənlə paralel, o da mal tədarük edirdi. Bütün müqavilələrdə iştirakçı mən olmuşam. Mallar da əsasən “qreçka”, düyü, sirkə və sairdən ibarət idi. Nazirlik bizə miqdar deyirdi, ona uyğun qiymət müəyyən edirdik”.

Prokuror şahiddən müqaviləni harada və necə bağlanmasını soruşub.

Şahidin bu suala cavabı məhkəmə heyətini təəccübləndirib: “Nazirlik müqaviləni hazırlayıb verirdi binanın nəzarətçisinə, mən də gedib götürürdüm. Bir tərəf mən idim, digər tərəfi tanımırdım”.

Prokuror deyib ki, Avtandil Abdiyevin və hazırkı şahidin şirkətləri ilə Müdafiə Nazirliyi arasında olan mal dövriyyəsi zamanı 4 milyon manat pul mənimsənilib: “Əvvəlki ifadənizdə demisiz ki, sizin şirkət Avtandil Abdiyevin şirkətinə bağlıdır. Birgə fəaliyyət zamanı da sözügedən nazirliyə satılan malların qiyməti şişirdilib. Bununla bağlı nə deyə bilərsiz?”

Şahid qiymətlərin şişirdilməsi ilə bağlı suala iki kəlmə ilə cavab verərək ifadəsini yekunlaşdırıb: “Məlumatım yoxdur”.

Proses dekabrın 27-i davam etdiriləcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

Xəbər 451 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +