Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.10.2023  20:14 

Daşnak yazar: “Ermənilər ölüb, onları basdırmağa kimsə tapılmır...“





A+  A-

Erməni İnqilabi Federasiyası (Daşnaksutyun-1890-çı ildə yaranıb) və Amerika Erməniləri Milli Komitəsinə (1918-ci ildə yaranıb) yaxınlığı ilə tanınan “Armenian Weekly” (1934-cü ildən fəaliyyətdədir) saytında “We’re dead, and there’s no one to bury us” (Biz ölmüşük, bizi basdımağa kimsə tapılmır) adlı məqalə Qarabağ ermənilərinin Ermənistana kütləvi köçündən bəhs edir. Məqaləni adı çəkilən saytın redaktor müavini Lillian Avedian qələmə alıb. Həcminə görə “bir kitablıq” olan məqalədə Qarabağ ermənilərinin fikir və düşüncələrinə xüsusi diqqət yetirilib.

Biz Azərbaycan oxucusu üçün maraqlı ola biləcək bəzi məqamlara toxunacağıq. Elə oradan başlayaq ki, məqalənin adı olduqca ilgincdir və mövcud reallığı əks etdirir.

Qarabağ erməniləri hal-hazırda Ermənistanda ağır şərtlər altında yaşayırlar. Bir şeyi də mütləq nəzərə almaq lazımdır ki, bu məqaləni bir daşnak yazıb. Daşnaklar isə erməni faşizminin “xaç atası” kimi tanınır. Və onlar 1890-cı ildən üzü bəri türklərə qarşı ölüm-dirim savaşı aparırlar. Mustafası o ki, bu yazı bizim yağı düşmənimizin qələmindən çıxıb...

“Patriot” ermənilər Qarabağ ermənilərinin “qanını içir”.

Belə ki, on minlərlə Qarabağ ermənisinin Ermənistana qəfil axını ölkədə kirayə evlərin qiymətini kəskin şəkildə qaldırıb. Müəllif bununla bağlı yazır: “Ermənilərin “artsax”dan gəlişindən sonra ev sahibləri mənzillərin qiymətini iki-üç dəfə artırdılar. Torozyan deyir ki, əvvəllər aylıq kirayəsi 40 min dram, təxminən 100 dollar olan evin qiyməti indi 90 min drama yüksəlib, demək olar ki, 225 dollardır. 12 nəfərdən ibarət olan Sirun ailəsi Hariç kəndində ayda 350.000 dram, təxminən 871 ABŞ dolları qarşılığında kirayə evdə qalır”...

Təsəvvür edə bilirsinizmi, Ermənistanın hansısa kəndində 12 nəfərin qalması üçün kirayə verilən mənzilə görə 871 dollar tələb olunur. İndi görün paytaxt daxil olmaqla digər iri şəhərlərdə kirayə evlərin qiyməti neçəyə ola bilər. “Patriot” ermənilər evsiz-eşiksiz qalmış soydaşlarının hesabına varlanmağa çalışırlar...

Tiqran niyə Mayk oldu?

Lillian Avedian yazır: “Bu ailə ilə hücumdan üç həftə sonra Ermənistanda tanış oldum. Mayk və onun iki bacısı “artsax”a hücumdan sonra qorxudan danışa bilmirmiş. İndi onlar yenidən danışmağa başlayıb. "Hər kəs ona Mayk adını qoyduğuma təəccübləndi", Sirun mənə deyir. “Dedilər ki, mən ona erməni şahlarından biri olan Tiqran kimi erməni adı qoymalıydım. Sanki ürəyimə damıbmış ki, “artsax”ı tərk edib xaricə gedəcəyəm”.

Yəni bu məqam özülüyündə çox şeydən xəbər verir. Qarabağdakı separatçı ermənilər hələ antiterror əməliyyatından çox-çox əvvəl xaricə daşınmaq haqqında düşünürmüşlər. Ona görə də uşağa erməni adı yox, məhz Qərbdə xüsusi ilə populyar olan Mayk adı veriblər...

“Biz geridə bir ermənini qoyacağıq, qoyacağıq ki, muzey eksponatı kimi qalsın”

Sirun azərbaycanlıların “artsax”a son hücumuna fərqli yanaşır. O, bunu etnik təmizləmə adlandırır. “Onların məqsədi etnik təmizləmə idi. Təlat Paşa hələ o vaxt demişdi ki, biz geridə bir ermənini qoyacağıq, qoyacağıq ki, muzey eksponatı kimi qalsın” – deyən Sirun Osmanlı liderini və 1915-ci ildə başlayan erməni “soyqırımı”nın memarlarından birinin fikrinə istinad edir”.

“Biz ölərik, ancaq türkün çörəyini yemərik”

Məqalədə qeyd olunur:

“Paytaxtdan kənarda Azərbaycan əsgərləri tərəfindən blokadaya alınmayan şəhər və kəndlərin sakinləri “Stepanakert” hava limanında fəaliyyət göstərən Rusiyanın “artsaxda”kı sülhməramlı missiyasının bazasına təxliyə edilib. Hava limanında yemək və su az idi. Rusiya sülhməramlıları Azərbaycandan gətirilən çörəyi təklif etsələr də, bir çoxları onu yeməkdən imtina edib. "Uşaqlarımızı öldürürlər, sonra biz onların çörəyini yeyək?", bir qadın mənə dedi. "Onların verdiyi unu yeməkdənsə ac qalmaq daha yaxşıdır. 9 ay dözmədikmi?”.

Yazıda giley-güzar, narazılıq, ümidsizlik baş alıb gedir. Məsələn, bir erməni qadın deyir:

“İt belə bizim yerimizə olsaydı çoxdan ölmüşdü”. Yəni biz o qədər əzab-əziyyət çəkmişik. Ancaq sözügedən məqalədə də qeyd edilir ki, antiterror əməliyyatı zamanı 200 nəfər ölüb. Onlardan yalnız 20 nəfəri mülki şəxsdir. Onu da qeyd etmək lazımdır ki, İsrailin Al-Ahli Baptist xəstəxanasına endirdiyi raket zərbəsi nəticəsində 500-700 mülki şəxsin öldüyü bildirilir. Azərbaycan Ordusu isə Qarabağda yalnız legitim hərbi obyektlərə nöqtə zərbələr endirdi. Nəticədə mülki şəxslər arasındakı itki minimum səviyyədə oldu. Əminəm ki, Azərbaycan Ordusunun bu məharəti hələ uzun müddət beynəlxalq səviyyədə müzakirə olunacaq...

“Biz Azərbaycanda qala bilərdik”

Daşnak müəllif yazır: “Görüşdüyüm “artsax” ermənilərinin hamısı yekdil fikirdə idi: qorxusuz-ürküsüz Azərbaycan hakimiyyəti altında yaşamaq mümkün deyildi. Sirun bildirib ki, əgər Azərbaycan “artsax “ermənilərinin hüquq və təhlükəsizliyinə, o cümlədən onların dili, mədəniyyəti və kimliyi ilə bağlı beynəlxalq təminatlara razılıq versəydi, o, qalardı. “Artsax”ın statusu ilə bağlı danışıqlar zamanı Ermənistan dəfələrlə bu cür beynəlxalq təminatların verilməsini tələb etmişdi, lakin Azərbaycan “artsax”ın idarə edilməsinin daxili məsələ olduğunu təkid edərək qəti şəkildə Ermənistanın bu təklifindən imtina etmişdi. “44 günlük müharibə, bu qədər itkilər olmasaydı, sovet dövründəki kimi qonşu kimi yaşamaq mümkün olardı. Lakin bu qədər itki və düşmənçilikdən sonra bu, mümkün deyil”, Sirun bildirib.

"Bütün bu ölümlərdən sonra, 9 ay ərzində işgəncələrə məruz qaldıqdan sonra biz necə qala bilərdik?" Məryəm məndən soruşur. "Mən üç oğlumu orada necə saxlaya bilərdim?"
“Bizimlə normal davranacaqlarına əmin olsaydıq, qalardıq. Heç kim evini tərk etmək istəmir. Ancaq səninlə necə davranacaqlarını biləndə, qalmaq istəmirsən”, onlar deyir”.

Gördüyünz kimi, hətta daşnak müəllif etiraf edir ki, bir çox ermənilər Azərbaycanda qalmaq istəyirmiş. Sadəcə olaraq separatçı rejimin ağılsızlığı ucbatından bu, mümkün olmayıb. Çünki məhz onlar Azərbaycan tərəfinin reinteqrasiya ilə bağlı təkliflərini rədd ediblər. Separatçı rejim Ermənistanın və beynəlxalq havadarlarının köməyi ilə Azərbaycana dirəniş göstərmək yolu tutdu və bunla da on minlərlə erməninin həyatını təhlükə altına atdı...

Benzin çəni niyə partladı?

Məqalədə bu suala da cavab verilir. Deyilir ki, baş vermiş partlayışın səbəbi yerli ermənilərin səhlənkarlığı olub: “Sentyabrın 25-də Xankəndidə yanacaq anbarında baş verən qəfil partlayış və yanğın kütləvi evakuasiyanı daha xaotik və faciəli etdi.

Ermənistana uzun yolda yanacaq almaq üçün anbarın yaxalığında yüzlərlə avtomobil növbəyə düzülmüşdü. Partlayış nəticəsində azı 200 nəfər həlak oldu”.

Qarabağ erməniləri müəllifə onu da deyiblər ki, Azərbaycan sərhədçiləri tərəfindən təzyiqlərə və hədə-qorxuya məruz qalıblar.

Azərbaycan sərhədçilərinin ermənilərin guya qızıllarını və zinət əşyalarını oğurladıqları barədə məlumatlar var. Sirun yolun kənarına səpələnmiş İsa və Məryəmin fotolarını gördüyünü iddia edib. Guya onun qabağında olan maşından qışqırıblar ki, maşının salonundan asılmış xaçı gizlədin. O, xaçı götürüb və keçid məntəqəsinin o biri tərəfinə çatana qədər gizlədib”...

Azərbaycan əsgəri ermənilərin qızıl və zinət əşyalarını oğurlayıbmı? Əminəm ki, bu, növbəti uydurmadır. Mən ingilisdilli erməni mətbuatını yaxından izləyirəm. İlk dəfədir ki, Azərbaycan əsgəri haqqında belə bir ittiham səslənir. Daha əvvəl ingilisdilli erməni mətbuatında Azərbaycan əsgərlərinin erməni qızları zorlaması haqqında məlumat yayılmışdı. Maraqlıdır ki, Ermənistanın özündə belə yalanlar yazılmır. Ancaq ingilisdilli auditoriya üçün bu kimi yalanlar uydurulur...

Daşnak müəllifin məqaləsi belə bir sonluqla bitir: “30 il ərzində biz “artsax”da rahat yatmadıq. Ruhumuzda heç vaxt dinclik və rahatlıq olmayıb. Amma heç vaxt düşünməmişdik ki, bir gün gələcək və biz buranı tərk edəcəyik”, - deyə Sirun bildirib”.

Maraqlı etirafdır, elə deyilmi? Axı ermənilər Xocalıda kütləvi qırğın törədəndən sonra Qarabağda necə rahat yaşaya bilərdi?.. Bəli, özlərinin də etiraf etdiyi kimi, ermənilər ölüb, ancaq onları basdırmağa kimsə tapılmır...

P.S Bəzi dostlarımız deyir ki, daşnakların anti-Azərbaycan çıxışlarının üzərindən sükutla keçsək, yaxşıdır. Məncə, bu, yanlış yanaşmadır. Erməni məsələsində Azərbaycan sonuna qədər haqlıdır. Ona görə də ermənilərin bütün yalan-palanlarını ifşa etmək lazımdır.

Yəni Azərbaycan olaraq biz müdafiədə yox, hücumda oynamalıyıq. Məntiq onu deyir ki, Azərbaycan əsgəri ermənilərlə qaba davransaydı bunu əks etdirən müəyyən video-kadrlar olardı. On minlərlə adam Qarabağı tərk edib. İndi hər kəsin əlində bir mobil telefon var. Ən azı bu kobudluğun müəyyən fraqmentləri telefonların yaddaşında ilişib qalmalıydı. Ancaq belə bir fakt yoxdur. Heç olmayacaq da. Çünki Azərbaycan Ordusu mərkəzdən gələn zərgər dəqiqliyi ilə hesablanmış əmrləri icra edirdi. Özü də son dərəcə məsuliyyətlə...

Elbəyi Həsənli,
Sürix


https://armenianweekly.com/2023/10/18/were-dead-and-theres-no-one-to-bury-us-armenians-displaced-from-artsakh-share-their-stories/


Xəbər 570 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +