Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.10.2023  15:05 

Zığ gölündə batırılan 2 milyon manatdan xəbər yoxdur… - Təfərrüat





A+  A-

2014-cü ildə gölün təmizlənməsinə ayrılan və göldə batırılan 2 milyon manatdan isə hələ də xəbər yoxdur…

«Təzadlar» bu mövzuya bir dəfə 2017-ci ildə, sonralar isə düz 2 il əvvəl- 2021-ci ilin avqustunda toxunmuşdu. Söhbət 2014-cü ildə Prezident Sərəncamı ilə dövlət büdcəsindən təmizlənməsinə 2 milyon manat (həmin illərin kursu ilə təxminən 2,3 milyon dollar) vəsait ayrılmış Zığ gölünün ətrafında gedən sövdələşmələr və ya danışıqlardan, mənasız müzakirələrdən gedir.

***
Əslində, bu mövzuya yenidən toxunmağımıza səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yenidən bu məsələyə qayıtmasıdır. Axı yadımdadır ki, Zığ gölünə hələ 2014-cü ildə Prezident Sərəncamı ilə 2 milyon manat pul ayrılmışdı və Suraxanı rayon İcra Hakimiyyətinin illik hesabatında gölün artıq tərtəmiz olduğu, ətrafının yaşıllaşdırıldığı, bir sözlə, xalqın istifadəsinə verildiyi bildirilirdi.

Bəs indi bu nə məsələdir? «Təzadlar»ın əməkdaşları Suraxanı RİH-nin həmin hesabatına istinad edib kameralarla Zığ gölünün pişvazına çıxmışdır… Gördüklərimiz bizi məyus etdi. Gölün «qanı qara» idi, üzü kimi. Çünki suyun üzündə qapqara mazut və kanalizasiya sularının çirkabı üzürdü, qaz-ördək, qağayı, yaxud çöl qazları, durnalar… yox…


***
Nə isə. Keçək mətləbə: bu günlərdə isə ekologiya və təbii sərvətlər nazirin müavini Vüqar Kərimov “Xəzər Xəbər”ə Zığ gölünün son durumu ilə bağlı məlumat verirdi. Deyirdi ki, ətraf ərazilərdən axıdılan çirkab suları göldə ekoloji vəziyyəti tamamilə korlayıb. Vüqar Kərimovun sözlərinə görə, çirkəlnməyə məruz qalan gölün reabilitasiyası 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Nazir müavini onu qeyd edirdi ki, aiddiyəti qurum tərəfindən gölə axıdılan çirkab sularının qarşsısını almaq üçün layihə hazırlanır. Sitat: «…gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün nazirlik tərəfindən layihənin hazırlanması yekunlaşıb. Ümumilikdə 291 hektar ərazidə bərpa işlərinin aparılması nəzərdə tutulub. Layihənin icrası dövlət investisiya, dövlət özəl əməkdaşlığı və nazirliyin öz hesabına həyata keçiriləcək. Ərazidə müxtəlif təyinatlı obyektlərin tikintisi də planlaşdırılır… Gölün sahəsinin 40 hektara qədər kiçildilməsi orada işlərin daha rahat görülməsinə imkan yaradacaq…» və s.

2 milyon manatın qeyb olduğu göldə «qaz vurub qazan doldurma» yarışı, yoxsa

Qayıdıram 9 il geriyə: 15 oktyabr 2014-cü il. Prezident İlham Əliyev Böyükşor və Zığ gölləri ilə bağlı FƏRMAN imzalayır. Dövlət başçısı "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" 26 dekabr 2013-cü il tarixli fərmanında və "Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında" 15 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edir. Fərmana əsasən, adları çəkilən göllərlə bağlı səlahiyyətlər İqtisadiyyat Nazirliyindən alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir. İqtisadiyyat Nazirliyi göllərə aid bütün sənədləri və məlumatları bir ay müddətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verməli, Nazirlər Kabineti isə bu fərmandan irəli gələn məsələləri həll etməli idi...




Bakı Dövlət Universiteti alimlərinin də Zığ gölünə gözü düşüb və…

Mən hələ onu demirəm ki, Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasında Zığ gölünün ekoloji vəziyyətini və ətraf mühitə təsirini öyrənmək üçün tədqiqat işi də aparılıb. Tədqiqat Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyevanın “Abşeron göllərinin ekoloji-kimyəvi göstəricilərinin tədqiqi və iqlim dəyişmələri fonunda onların dəyişmə dinamikasının proqnozlaşdırılması” mövzusunda dissertasiya işi əsasında həyata keçirilib. Zığ gölünün ərazisindən götürülmüş nümunələrin (göl suyu, dib çöküntüsü, çirkab suları, torpaq) fiziki-kimyəvi parametrləri, xüsusilə ağır metalların və üzvi çirkləndiricilərin yol verilən miqdarı ilə analiz nəticəsində əldə olunan miqdarı müqayisəli təhlil olunub. Mediada yayımlanmış məlumatdan sitat: «…Tədqiqatın əsas məqsədi Zığ gölü və ətraf əraziləri ekoloji cəhətdən təhlükəsiz əraziyə çevirməkdir. Hazırda Zığ gölünün bərpası üzrə layihələndirmə işləri aparılır. Daha sonra gölün suyunun təmizlənməsinə başlanılacaq. Gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. Eyni zamanda yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkli çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görüləcək. Tədqiqatın nəticələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunacaq və Zığ gölü də daxil olmaqla digər Abşeron göllərinin təmizlənməsi və bərpasında istifadə ediləcək….».



Zığ gölünün ətrafı abadlaşdırılır?

Bu məlumat isə lap maraqlıdır. Belə ki, bir müddət əvvəl (2023-cü ildə) yenə də mediada belə bir məlumat yayıldı ki, «Xətai rayonunda yerləşən Zığ gölü və ətrafı abadlaşdırılır. Əhalinin istirahəti üçün 300 hektara yaxın ərazidə infrastruktur qurulacaq. Bu haqda bu gün, 1 mart tarixində məlumat verilib. Bir neçə ay əvvəl Zığ gölü ərazisində antisanitar bir vəziyyət hökm sürürdü. Hazırda təxliyə kanalı açılıb və gölün Xəzər dənizi ilə əlaqəsi bərpa edilib, ərazidəki antisanitar vəziyyət isə tam şəkildə təmizlənib. Gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ərazinin abadlaşdırılması üçün ölkə başçısının sərəncamı ilə işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib. Gölün təmizlənməsi üçün ərazidə xaricdən alınan xüsusi qurğular quraşdırılır. Təqribən 110 hektara yaxın su hövzəsinin suyunun texniki su səviyyəsinə çatdırılması, orada olan ağır metalların xüsusi reagent və avadanlıq vasitəsilə təmizlənməsi, bundan əlavə, Zığ gölünün ətrafında uzun illər toplanıb qalmış tullantıların təmizlənməsi, torpağın əvvəlki vəziyyətə qaytarılması, əkinə yararlı vəziyyətə salınması nəzərdə tutulub. Göl və mühafizə zonası tam təmizləndikdən sonra əhalinin asudə vaxtını səmərəli keçirməsi üçün burada lazımi şərait yaradılacaq…».

Gölün indiki real vəziyyətini gördüyümüzdən isə adam bunları oxuduqca az qalır havalansın…

Yuxarıdakı xəbəri oxuyan kimi gölün ətrafında yaşayan sakinlər ora axışıblar, yazılanların doğru olduğunu gözləri ilə görməyə tələsiblər. Amma…

***
Dövlət Ekoloji Ekspertiza Agentliyi idarə heyətinin sədri Mirsalam Qənbərov daha uzağa gedərək mediaya deyir: «…Abşeron yarımadasında 9 əsas göl var. Böyükşor gölü kimi, Zığ gölündə də məqsəd qurudulma yox, sağlamlaşdırılma olmalıdır… Hədəf gölləri o çırkab mənbəyindən xilas etməkdir. Düşünürük ki, bizim həyata keçirdiyimiz reabilitasiya tədbirləri nəticəsində gölün bərpası ətrafında yaxşı ekoloji infrastruktura layiq mənzərə yaradılacaq”.



Cənab Qənbərovun xəbəri yoxdur ki, Zığ gölünə 2014-cü ildə 2 milyon pul ayrılıb və göl artıq «tərtəmizdir, ətrafı yaşıllıqlara qərq olub» və s.

***
11 May 2022-ci ildə isə rəsmi mətbuatda belə bir məlumat yayımlandı ki, Zığ gölünün təmizlənməsi məqsədilə ərazidə inşa edilən qurğunun mart-aprel aylarında tam işə düşməsi hədəflənir…». Üstündən 1 il 5 ay ötüb, amma və lakin!

***
2018-ci ilin mart ayında isə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov KİV-ə bildirir ki, neft və tullantılarla çirklənən Zığ gölünün ətrafı tamamilə abadlaşdırılacaq və həmin ərazidə əyləncə mərkəzi, istirahət kompleksi yaradılması da gündəmə gələ bilər: «Bu proses payızda (yəni, guya artıq 5 ildir bitib.Red.) bitəcək və daha sonra gölün suyunun təmizlənməsinə başlanılacaq…».

Asif Mərizli


Xəbər 905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +