Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.10.2023  15:47 

Rövnəq Abdullayev Prezidentin sərəncamını sabotaj edib... - Yüz milyonlar hara gedib?





A+  A-

Oktyabrın 13-də Azərbaycan millisi Tallində Estoniyanın qonağı olacaq. Normalda biz bu görüşü həyəcansız gözləməli, millimizin 3 xalı azarkeşlərinə hədiyyə edəcəyinə əminlik ifadə etməliyik. Amma bunu edə bilmirik. Çünki elə bu rəqiblə Bakıdakı oyun bizim üçün xeyli çətin keçmişdi. İtalyan çalışdırıcı Canni De Byazinin çalışdırdığı komandamız meydandan “əzmkar bərabərliklə” ayrılmışdı. Elə həmin 1 xal bu seçmə mərhələdə yeganə qazancımızdır. Doğma meydanda estonları məğlub edə bilməyən millinin qalan görüşlərdə xal ala biləcəyinə kim inanar? Heç kim! Amma belə olmaya da bilərdi.


Atalarımız söz vaxtını çəkər deyiblər. 2005-ci ilin 10 oktyabrında Cənab prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futolun inkişaf etdirilməsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzaladı.

1038 saylı sərəncamda bütün nüanslar nəzərə alınmış, Azərbaycan futbolunun inkişafı üçün dövlət dəstəyi yüksək səviyyədə ortaya qoyulmuşdu. Bu sərəncamdan irəli gələn vəzifələrin AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən yerinə yetirilməsi kifayət idi ki, Azərbaycan futbolu inkişaf etsin, milli komandaya könül verən azarkeşlər onunla fəxr etsinlər, yüksək səviyyədə futbol oynamağı bacaran azərbaycanlı balaları Avropanın tanınmış klublarında oynasınlar.

AFFA-ya hər il milyonlarla vəsait ayrıldı, amma Rövnəq Abdullayevin rəhbərlik etdiyi futbol qurumu həmin milyonları göyə sovurdu. Futbolumuz isə nəinki inkişaf edib, əksinə, indi daha da geriləmişik.

Dövlət Proqramının icra müddəti 8 il bundan bitib. Lakin futbolumuza dövlət dəstəyi elə əvvəlki kimi yüksək səviyyədə davam edib. Ortada isə nəinki inkişaf, heç inkişaf meyilləri də yoxdur. Rövnəq Abdullayev və onun rəhbərlik etdiyi AFFA bu illər ərzində nə etdi? Azərbaycanlı mütəxəssislərə və futbolçulara birmənalı olaraq etimadsızlıq mühiti yaradıldı. Əsas millidən tutmuş aşağı yaş qruplarına qədər komandalarımız əcnəbi mütəxəssislərə tapşırıldı. Hər bir əcnəbi isə potensial olaraq ölkədən valyuta çıxaran xarici işçi deməkdir. Çünki onların hamısı ilə müqavilələr xarici valyuta ilə bağlanıb.

AFFA-nın kadr seçiminə diqqət edək. Uzun müddət qucaq açdığımız Berti Foqts Azərbaycandan gedəndən sonra heç kimə lazım olmadı, təqaüdçü ömrünü müxtəlif televiziya proqramlarında ekspertlik etməklə keçirir.

Xorvatiyalı Robert Prosineçkini bizimkilər az qala dünyanın ən yaxşı məşqçisi elan etmişdilər. Azərbaycan millisini “batıran” Robert ondan sonra da özünü heç yerdə göstərə bilmədi, hətta böyük potensialı olan Bosniya ve Hersoqovina millisi onun rəhbərliyi altında fiaskoya uğradı.

Onun həmyerlisi Nikola Yurçeviç ilə 1 milyon avro dəyərində sözləşmə imzalanmışdı. Bunu şəxsən cənab Abdullayev açıqlamışdı. 1 milyon avronun qarşılığında Yurçeviç bizə elə 1 xal qazandırdı. Sonra da uzun müddət işsiz qaldı. Bu yaxınlarda sorağını Livandan aldıq.

Güman etmək çətin deyil ki, hazırda millini çalışdıran Canni De Byaziyə də Azərbaycandan gedəndən sonra heç kim AFFA kimi səxavət göstərməyəcək.

Abdullayevin rəhbərlik etdiyi AFFA-nın əcnəbilərə olan sevgisi təkcə bununla yekunlaşmır. AFFA-nın Hakimlər və Hakim İnspektorlar komitəsinə də uzun müddətdir ki, əcnəbilər başçılıq edir. Avstriyalı Frits Stuxlik olan-qalan hakimlimiyizin də sonuna çıxdı. Perespektivli hakimlərimiz bu sahədən uzaqlaşdı. İndi komitəyə türkiyəli Barış Şimşək rəhbərlik edir. Amma azərbaycanlı hakimlər milyonlarla dollar qarşılığında Azərbaycana gətirilən VAR sisteminin köməyi ilə belə doğru qərar verə bilmirlər. Bu da Rövnəq Abdullayevin futbolumuza, hakimliyimizə növbəti “xidmətidir”.

Milli komandanın formasının dağıstanlı, ukraynalı, iranlı, rusiyalı, bir sözlə kimə gəldi geyindirilməsi də Rövnəq Abdullayevin “uzaqgörənliyidir”. Nəticə qazana bilməyən milliyə bu qədər “milliləşdirilmiş” futbolçunun doldurulması kimə xidmət edir? Olmazdımı ki, elə yerli gənclər oynayıb, təcrübə qazanaydılar? Görünür, kimlərinsə şəxsi mənafeyi Azərbaycan millisinin nüfuzundan daha üstün imiş.

Az öncə qeyd etdiyimiz kimi, AFFA uzun illərdir ki, yerli mütəxəssisləri kənarlaşdırıb, əcnəbilərə qucaq açır. Elə Rövnəq Abdullayevin nəzarətində olan klublar da bu sevgini heç vaxt gizlətmək istəməyiblər. Halbuki Azərbaycanın ən uğurlu komandası “Qarabağ”ı bu uğurlara azərbaycanlı mütəxəssis - Qurban Qurbanov çatdırıb. Hazırda Premyer Liqada liderlik edən komandaların da baş məşqçiləri azərbaycanlılardır: Rəşad Sadıqov, Azər Bağırov, Şahin Diniyev... Yeri gəlmişkən, sonuncunu AFFA uzun illər Məşqçilər Komitəsi adlı heç bir iş görməyən “kantorda” “paslandırmağa” çalışıb. Bu siyasət də ona xidmət edib ki, üzdə olan mütəxəssislər aldıqları məvacibə görə sussunlar, Rövnəq Abdullayevin və onun “komandası”nın bədnam siyasətini tənqid edən olmasın. Çünki Azərbaycan futbolu bir qrup işbazın əlində qazanc vasitəsinə çevrilib, onların monopoliyasında məhvə sürüklənib. Bu sadaladıqlarım Rövnəq Abdullayevin Azərbaycan futboluna göstərdiyi “xidmətlərin” yalnız bir qismidir. Artıq yetərincə zaman da itimişik, futbola ayrılan yüz milyonları da.
Dəyişiklik etməyin, ziyanın yarısından dönməyin zamanıdır!/Moderator.az

Xəbər 2392 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +