Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


05.10.2023  10:51 

Qar örütüyünün hündürlüyü Şahdağda 16 sm olub





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 5-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Xəzərnews.az-a Xidmətdən verilən məlumata görə, Şahdağ, Qoşqar (Daşkəsən) və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb. Qar örütüyünün hündürlüyü Şahdağda 16 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 90 mm (aylıq normanın 36%-i), Göyçayda 53 mm (aylıq normanın 90%-i), İsmayıllıda (İvanovka) 52 mm (aylıq normanın 41%-i), Lerikdə 49 mm (aylıq normanın 51%-i), Astara, Yardımlıda 44 mm, Biləsuvarda 34 mm (aylıq normanın 74%-i), Zərdabda 34 mm (aylıq normanın 88%-i), Balakəndə 32 mm, Kürdəmirdə 32 mm (aylıq normanın 69%-i), İmişlidə 31 mm (aylıq normanın 75%-i), Qəbələdə 31 mm (aylıq normanın 25%-i), Qaxda 28 mm, Qrızda 25 mm, Ağsuda 22 mm, Şahdağ, Sabirabadda 21 mm, Beyləqanda 19 mm (aylıq normanın 50%-i), Tərtər, Oğuzda 18 mm, Neftçalada 17 mm (aylıq normanın 38%-i), Ağdam, Biçənəkdə 17 mm, Gədəbəydə 16 mm, Göygöl, Şərurda 15 mm, Mingəçevirdə 15 mm (aylıq normanın 37%-i), Daşkəsəndə 14 mm, Şəkidə 13 mm, Zaqatala, Şamaxıda 12 mm, Naftalanda 11 mm, Sədərək, Zaqatala, Şahbuzda 9 mm, Qobustan, Culfa, Naxçıvanda 8 mm, Gəncə, Yevlax, Ordubadda 7 mm, Xaltan, Bərdə, Cəfərxan, Şirvan, Qusar, Şəmkir, Ceyrançöl, Göytəpə, Kəlvəz, Tovuz, Altıağac, Qubada 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Şamaxı, Şəki, Balakən, Kürdəmir, Qrızda duman müşahidə olunub.

Xəbər 3584 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +