Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


28.09.2023  11:59 

Bilal Ərdoğan Azərbaycanda - Fotolar





A+  A-

Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib.

Xəzərnews.az xəbər verir ki, B.Ərdoğan əvvəlcə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində olub. Liseyin konfrans zalında 27 sentyabr Anım Günü münasibəti ilə tədbir təşkil edilib və fəxri qonaqla görüş keçirilib.

Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık tədbirin təşkili üçün məktəb kollektivinə təşəkkür edib və qonağa öz dəyərli vaxtını ayırıb şagirdlərlə görüşə gəldiyi üçün öz minnətdarlığını bildirib.

Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb. Qonaq ilk oxuduğu kitab, məktəb və ilk müəllimləri haqqında ünvanlanan sualları cavablandıraraq şagirdlər tərəfindan maraqla dinlənilib. O, eyni zamanda övladının Quran hafizin olmasından və hafizliyin dəyərindən danışıb. Təhsilin insan həyatındakı önəminə diqqət çəkən Bilal Ərdoğan modern dünyanın ən böyük silahının güclü təhsil olduğunu qeyd edib. Ən çox sevdiyi idman sahəsi hansıdır sualına isə qonaq, oxçuluq olduğunu qeyd edib və oxçuluğun tarixindən danışıb. O eyni zamanda milli kimliyin əhəmiyyətindən də bəhs edib.

Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr edilmiş şeirlər dinlənilib.

Tədbirin sonunda məktəb rəhbərliyinə qonaqlar tərəfindən xatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.

Daha sonra Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib.

İnstitutun rektoru Aqil Şirinov tərəfindən qaşılanan qonağa universitetin fəaliyyəti, tələbələrə yaradılan imkanlar haqqında geniş məlumat verilib. Daha sonra İnstitutun konfrans zalında tələbə və akademik müəllim heyəti ilə görüş keçirilib.

Tədbirin açılış qismində 27 Sentyabr Şəhidlərimizin Anım günü münasibəti ilə vətənimizin azadlığı uğrunda əziz canlarından keçən şəhidlərimizin ruhuna Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət şurasının üzvü Fatih Okumuş tərəfindən Qurani-Kərimdən ayələr tilavət edilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək dəyərli qonağı salamlayıb, 27 Sentyabr Anım gününün əhəmiyyətindən bəhs edib, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyib.

O, eyni zamanda qonaqlara İnstitutunun uğurlu fəaliyyətindən bəhs edib və iki dövlət arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verəcəklərini qeyd edib.

Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık tədbirin təşkili üçün İnistitut kollektivinə öz təşəkkürünü bildirib. O, içərisində olduğumuz günlərin əhəmiyyətindən bəhs edib. Şəhidlərin unudulmaması üçün dəyərli liderlərə ehtiyac olduğunu vurğulayıb və qonağa öz dəyərli vaxtını ayırıb tələbələrlə görüşə gəldiyi üçün öz təşəkkürünü bildirib.

Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb. Bilal Erdoğan özünün uşaqlıq və dünyanın ən nüfuzlu universitetlərindəki tələbəlik illərindən danışaraq tələbələrlə öz təcrübəsini paylaşıb. O, eyni zamanda tələbələrə öz sahələrində yaxşı mütəsəssiz olmalarını və çox çalışmalarını tövsiyyə edib. Elmin son dövrlər avropadan şərqə doğru inteqrasiya etdiyini vurğulayan natiq Aziz Sancarların, Səlcuk Bayraktarların bu həqiqətin ən bariz numunəsi olduğunu qeyd edib.

Tədbirin sonunda İnstitut rəhbərliyinə və qonaqlara qarşılıqlı xatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.




Xəbər 732 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +