Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.09.2023  19:41 

Pulların 15 faizi Nəcməddin Sadıkova çatıb - Məhkəmə





A+  A-

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili İntiqam Hacıyev məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət verib. O bildirib ki, bu işdə dövlət sirri təşkil edən məsələlər və ifadələr var.

Prokuror isə vəsatətin əsassız olduğunu cinayət işində dövlət sirri təşkil edən ifadələrin olmadığını qeyd edib.

Hakim cinayət işinin mülki məsələlərdən ibarət olduğunu bildirərək vəsatəti təmin etməyib.

Prosesdə şahid qismində Rəhim Laçınov ifadə verib.

Şahid bildirib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində Əsaslı Təmir bölməsinin rəisi olub: "İcraata götürülən işlərin icrasına nəzarət edirdim. Tapşırıqları Fikrət Mirzəyevdən almışam. Bölmə rəisi kimi Fikrət Mirzəyevə tabe olmuşam. İstintaqda verdiyim ifadələri təsdiqləyirəm".

Prokurorun suallarını cavablandıran bölmə rəisi deyib ki, təmir və tikinti işləri ilə bağlı bağlanan müqavilələrdə qiymətlər şişirdilib:

"Həmin şişirdilmiş rəqəmlər şirkət nümayəndələri tərəfindən nağdlaşdırılaraq geri qaytarılıb. Pullar Fikrət müəllimə verilirdi. Onun işdə başı qarışıq olan zaman şirkət nümayəndələri mənimlə görüşüb və pulları verirdi. Mən də həmin pulları Fikrət Mirzəyevə çatdırmışam. Pulların nə qədər olduğundan xəbərim olmayıb. Gələn pulların nazirliyi Büdcə və Maliyyə İdarəsinin sabiq rəisi Nizami Məmmədova çatdığını eşitmişəm. Amma kimin nə qədər pul aldığından xəbərim yoxdur. Lakin bəzi pulların müəyyən hissəsi idarənin bölmələri tərəfindən bölüşdürülüb. Fikrət Mirzəyev mənə də pullar verib. Lakin həmin pulların miqdarını xatırlamıram".

Təqsirləndirilən şəxs şahidin ifadəsinə münasibət bildirərək deyib ki, pulların kimə getməsindən Rəhim Laçınovun xəbəri vardı.

Şahid istintaqda bildirib ki, şirkətlərdən gələn pulların 15 faizi sabiq qərargah rəisi Nəcməddin Sadıkova, 3 faizi Nizami Məmmədova və 3 faizi isə Fikrət Mirzəyevə çatıb.
Rəhim Laçınov buna münasibət bildirərək deyib ki, istintaqda Fikrət Mirzəyevin verdiyi ifadələrdə bu rəqəmləri görüb, bu səbəbdən elə deyib.

Təqsirləndirilən Fikrət Mirzəyev isə şahidin ondan bir gün qabaq istintaqda ifadə verdiyi dilə gətirib.

Daha sonda prosesdə nazirliyin sabiq Büdcə və Maliyyə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov şahid qismində danışıb.

Şahid bu iş üzrə ittihamla razı olmadığını, Fikrət Mirzəyevin ona pul vermədiyi deyib: "Ümumiyyətlə, Mənzil İstismar İdarəsinin mənə aidiyyatı və tabeliyi olmayıb. Fikrət Mirzəyevi idarə rəisi kimi tanımışam. Mənə heç zaman pul verməyib. İstintaqda bu barədə ifadə vermişəm, üzləşmişik. Guya ki, 3 epizod üzrə mənə Fikrət Mirzəyev tərəfindən 369 min manat pul verilib. Bir də ki, mən firmalara ayrılan pulların vaxtı-vaxtı köçürülməsi ilə bağlı gəlirdən 3 faiz almışam. Bu, belə deyil. Onların idarəsinin öz maliyyə işçisi olub, pulları Maliyyə Nazirliyindən birbaşa alıblar. Lakin bir satınalmalarla bağlı məsələdə bizim idarəyə pul ayrılıb. O da əvvəldən ayrılan smeta əsasında həyata keçirilib. İstintaq vaxtı mən Fikrət Mirzəyevə kömək etmək istəmişəm. Amma gələn pulların mənə 3 faizi çatmayıb".

Təqsirləndirilən şəxs replika hüququndan istifadə edərək deyib ki, Nizami Məmmədov pulları verib:

"Deyir ki, pullar Maliyyə Nazirliyi tərəfindən birbaşa bizim idarəyə köçürülüb. Lakin özü də yaxşı bilir ki, 2019-cu ilə qədər bizə ayrılan pullar Büdcə və Maliyyə İdarəsi köçürüb, 2019-dan sonra birbaşa Maliyyə Nazirliyi tərəfindən ödənilib. Biz istintaq zamanı də dövlətə dəymiş zərərin ödənilməsi ilə bağlı qərar qəbul etdik. Mənə çatan pulları ödəmişəm. Biz kişi şalvar geyinirik, kimə şər atmaq bizə yaraşmaz".

Daha sonra prosesdə zərərçəkmiş şəxs qismində tanınan Maliyyə Nazirliyinin nümayəndəsi çıxış edərək, dövlətə dəymiş ziyanın tam ödənilməsi tələb edib.
Məhkəmə prosesi oktyabrın 9-da davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyevin 2022-ci ildə saxlanılıb. Bu cinayət işi üzrə dəymiş ziyan 3 milyon 380 min manatdır.

Ona Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ittiham verilib.

Ötən məhkəmə prosesdə ifadə verən Fikrət Mirzəyev özünün qismən təqsirli bilir.

Bildirib ki, ona 111 min manat pul çatıb. Həmin məbləği də istintaq dövründə tam ödəyib./APA

Xəbər 781 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +