Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


25.09.2023  16:43 

Son qarşıdurma ərəfəsində İran-Azərbaycan münasibətlərinin imkanları





A+  A-

İranın axırıncı bəyanatlarının məzmunu və alt mahiyyəti məlumdur. Bunlar Azərbaycanda İranın Ermənistana qarşı mövqeyinin dəyişməsinin ciddi olması üçün inandırıcı deyil. Ali dini rəhbərin Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı fətvası var. İranın ali dini lideri bu istiqamətdə siyasi iradəsini Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpasından sonra aydın şəkildə nümayiş etdirdi.

Prezident İ.Rəisinin komandası Qarabağda əhalinin hüquqlarının müdafiəsindən danışırdısa, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqlarını dəfələrlə bəyan edirdisə İ.Rəisi Nyu-Yorkdan BMT BA-nın sessiyasından qayıtdıqdan sonra ali dini rəhbərlə görüşüb, BMT-dəki fəaliyyəti ilə bağlı hesabat verdi. Bu görüşdən sonra isə İ.Rəisi İran-İraq müharibəsinin ildönümünə həsr olunmuş hərbi paradda Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı İranın mövqeyinin qətiyyətli olduğunu açıqladı. Bu aşkar şəkildə ali dini liderin təsiridir və Azərbaycanın Qarabağ üzərində suverenliyinə bütün İran elitasının, rəhbərliyinin reaksiyasıdır. Çünki İ.Rəisi Nyu-Yorka getməzdən öncə də ali dini liderlə görüşmüşdü.

O zaman da Ermənistan-Azərbaycan arasında gərginlik mövzusu aktual idi. İ.Rəisinin ali dini liderlə iki görüşü arasında baş verən əsas dəyişiklik Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsidir. İran indi tək məğlub Ermənistanı deyil, tərksilah olunmuş, çox ağır vəziyyətə düşmüş, sınmış Qarabağ ermənilərini də Azərbaycanın qatili səviyyəsinə qaldırmalıdır. İranın Ermənistandakı səfirinə görünür əlavə təlimatlar veriləcək. Çünki səfir ora xüsusi proqramla göndərilib.

Yaranmış vəziyyət Azərbaycanı artıq fərqli mövqe tutmağa vadar edib. Çünki İran Azərbaycanın daxilində aktivləşə bilər. Rəsmi Bakı İranın Azərbaycanın daxilindəki destruktiv fəaliyyətini neytrallaşdırmağın yolunu tapıb, qalır hərbi təxribatların qarşısını almaq.

Azərbaycanın bu mövzuda imkanları elə də zəif deyil, genişdir. MDB həm də hərbi təhlükəsizlik sahəsində üzv dövlətlərə geniş imkanlar verir. Azərbaycan MDB-nin bütün təhlükəsizlik müqavilələrinin iştirakçısıdır.

Lazım olarsa Azərbaycan KTMT üzvlüyünə də baxa bilər. Ən vacib Azərbaycanın hərbi təhlükəsizlik məsələsinə orijinal yanaşma nümayiş etdirməsidir. Müdafiə qabiliyyətimizin gücləndirilməsi ilə yanaşı ayrı olaraq “İrandan müdafiə doktrinası” işlənib hazırlanmalıdır. Bu tək raket, PUA və hərbi güc deyil. Bura iqtisadiyyat, kommunikasiya və siyasi mövzuları da daxil olmalıdır.

İƏT-lə əlaqələrimiz İran mövzusunda institutionallaşmalıdır.

Ərəb dövlətlərinin əksəri İran-İraq müharibəsi zamanı Səddamı müdafiə etmədi. İrana kömək edəni də oldu. İndi Ərəb liderləri İranı Səddam İraqından daha böyük təhlükə kimi görürlər.

Avropada İran mənşəli azərbaycanlılara çox dərin inteqrasiya modeli qurmaq olar. Bu İranda digər azərbaycanlılar üçün cəlbedici olacaqdır.

İranı öz hərbi keçmişindən nəticə çıxarmağa vadar etmək olar. İran-İraq müharibəsi dövründə çox geniş yayılmış mövzulardan biri bundan ibarətdir ki, generallar İranın o zamankı Müdafiə naziri, indiki ali dini rəhbər S.Ə.Xamneiyə müraciət edirlər ki, bizim F-4, F-5 təyyarələrimizin ehtiyat hissələri tükənir. Bunu İslam inqilabının lideri və İranın faktiki rəhbəri Xomeyniyə çatdırmaq lazımdır. Xomeyni Xamneiyə deyir ki, gedin Allaha təvəkkül, dua edin. Düzələcək. Doğrudan da Xomeyni Allah yolunda idi, düzəlir. Böyük faciə yaşanmır. Vaxtilə ABŞ da Xomeynini devirməkdən ötrü hərbi təyyarələr göndərmişdi. Onlar da qum qasırğasında batdı, getdi.

İranın o dövrdə Allaha, vətəndaşlarının dövlətə inamı ilə indiki inam 1800 dəyişib. İranda əhalinin 60-70 faizi İran hökumətini müxalifətidir. Onların içərisində 20-30 faiz də qatı neytraldır. Əhali içərisində İran hökumətinin reytinqi 10-15 faiz çox ola bilməz.
İranın Allaha münasibəti də yalnız Allaha badalaq gəlmək üzərində qurulub.

İranın dərin düşüncəli konseptual siyasəti də yoxdur. Türkiyə İranın qonşusudur, Qara dəniz dövlətidir.

Bolqarıstan da Türkiyə ilə həmsərhəddir. İrandan Türkiyəyə dəmir, avtomobil yolu, neft və qaz kəmərləri fəaliyyətdədir. İran Bolqarıstanla əlaqə saxlamaq üçün Ermənistan üzərindən dəmir, avtomobil yolu, qaz və neft kəmərləri çəkməli, Gürcüstanın ərazisindən Qara dənizə, oradan da Bolqarıstana keçməlidir. Bu məntiqdə, ağılda, savadda yeni, amma əks-inqilabdır. İrana qarşı mübarizə aparmaq elə də qəliz olmayacaq.
“İrandan müdafiə doktrinası”nın tərkib hissəsindən biri Azərbaycanın Pakistanla əlaqələrindədir. Çünki İranın Azərbaycan və Pakistana yanaşmaları oxşardır.

Tarixən iki xalqın elmi, mədəni irsini mənimsəyib, farsların ayağına yazıb. İndi Azərbaycan və Pakistan dövlətləri nüvə başlıqları, raket texnologiyası sahəsində əməkdaşlıq edə bilərlər. Azərbaycanın 67 milyard dollar qızıl-valyuta ehtiyatı var. Bu ehtiyatın müəyyən bir qismi ilə bu işi qurmaq olar. Azərbaycanın raket, nüvə texnologiyalarını hətta Pakistanın ərazisində də qurmaq mümkündür.

İranın Allaha və siyasətə, qonşuluğa normal münasibətinə də ümid etmək lazımdır. Buna da hazırlaşmaq çox faydalıdır. Amma əlavə faktorlar da unudulmamalıdır.

I. Ermənistanın tərəfdaşları sırasında (İran, Aİ və ABŞ) İran birincidir. Çox maraqlı arqumentlərdən biri qondarma qurumun “prezidentinin” keçmiş ATƏT MQ həmsədr ölkələrə, Böyük Britaniya ilə yanaşı, həm də İrana müraciət ünvanlamasıdır.

II. İranın Qarabağın içində əlavə də imkanları var. Bu imkanların nədən ibarət olduğunu İran yaxşı bilir. Bu yanacaq, silah, idmançı adı ilə orada müəyyən bir qisim İranın hərbi qüvvələrinin yerləşdirilməsi də ola bilər.

III. Dünya erməniliyi adından Girdman-Şirvan- Naxçıvan birliyi adlı qurum yaradıldı. Dünya erməniliyindən, xüsusilə Qərbdəki ermənilərdən heç kim “Girdman” və ya “Şirvan” terminlərinin nə olduğunu bilmir. “Kür çayının sağ və sol sahilləri”, “Naxçıvan” terminlərini eşidə bilərlər. Ermənistana təyin olunan yeni səfiri Yerevana böyük baqajla gəlibmiş. Amma bu baqaj ABŞ-ı İran üstünə qızışdırıb.

IV. Türkiyə yeni dördlü formatda görüş təklif edir, İran buna əsəbiləşir. Azərbaycan və Ermənistanı qeyri-müstəqil dövlətlər adlandırır. Əslində Ermənistanı bizə görə pisləyir. Amma özü heç bir təşəbbüs irəli sürmür. 3+3 formatında görüş təşəbbüsünü Ermənistan qəbul etmir.

V. İran Ermənistandakı səfirlərinin fəaliyyətini ciddi təftiş etməlidir. Xüsusilə vəzifəsini yeni tərk edən səfirin fəaliyyəti ciddi surətdə təftiş olunmalıdır.

VI. Ermənistanla ABŞ arasındakı sövdələşmədən xəbərimiz yoxdur. Qarabağ olaylarından sonra Paşinyanın və ABŞ rəsmilərinin davranışından sövdələşmənin olduğunu ciddi ehtimal etmək olar; Paşinyan 4 min km2 Qarabağı unudur, əvəzində ABŞ-ın köməyi ilə İrandan 40 min km2 ərazi götürür.

M.Əhmədinecadın dövründə ermənilər İranın içərisində bu kontekstdə ölçü-biçi işləri aparıblar. Bəzi parametrləri Vatikan da qəbul edib.

Bunlardan sonra İranın Ermənistan üzrə siyasətinin mahiyyəti Azərbaycanda müəyyən qədər aydınlaşa bilər.

ABŞ-la İran arasında Ermənistan ərazisində yaranmış gərginlikdə Azərbaycanın ABŞ-ın əleyhinə getməsi rəsmi Bakının maraqlarına uyğun deyil. Çünki İran hələki buna əsas yaratmayıb.

Ermənistan üzərindən İranın nüvə obyektlərinə qarşı buraxılan PUA-ların qarşısını Azərbaycan ala bilməz.
Azərbaycan İrana kömək edə bilər. Regionda hərbi əməliyyatlar, İranın nüvə obyektlərinin dağıdılması ehtimali cəhətdən Azərbaycanın da ziyanına çevrilə bilər. Çünki külək o radioaktiv tullantını Azərbaycan Respublikasının ərazisinə daxil edə bilər. Təhlükədən qorunmaqda İranla Azərbaycanın arasında müəyyən fikir birliyi yarana bilər. Yaranmış vəziyyətdə Azərbaycanın imkanları var.

İran mütləq Azərbaycanın etimadını qazanmaq istiqamətində addımlar atmalıdır. Strateji inam üçün uzun müddət vaxt lazımdır. Qalan bütün məsələlər isə İranın özündən asılıdır. İran silahın gücünü Allahın gücündən üstün bilməməlidir.

Bütün hallarda İran-Azərbaycan münasibətlərində bu, son qarşıdurmadır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
25 sentyabr 2023 cü il.


Xəbər 2967 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +