Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.09.2023  10:20 

Rauf Rəcəbov: “Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət səviyyəsində qorunur”





A+  A-

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı layihənin icrasını yekun vurulub.

Xəzərnews.az xəbər verir ki, layihə çərçivəsində Beynəlxalq Avrasiya Mətbut Fondunda “Örnək dünyası Azərbaycan” adlı sənədli filminin təqdimat mərasimi keçirilib.

“Azərbaycan Milli İnkişaf Layihəsi” İB-nin sədri, layihə rəhbəri Rauf Rəcəbov çıxış edərək bildirib ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi ölkəmizdə dövlət siyasətinin əsasını təşkil edir. Layihənin əsas məqsədi milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi ölkələrdən biri olan Azərbaycanda sülh, dostluq, qardaşlığın necə hökm sürdüyünü təbliğ etməkdir. Filmdə Azərbaycan xalqının hər zaman milli dəyərlərə sadiqliyi, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirməsi, eləcə də tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılmasının aktuallığı işıqlandırılıb. Rauf Rəcəbov qeyd edib ki, maariflənirmə xarakteri daşıyan filmdə Azərbaycanda dövlət-din münasibətləri, milli-dini sabitlik, etnik və dini dözümlülük, tolerantlıq və multikulturalizmın dövlət səviyyəsində qorunub saxlanılması xüsusi olaraq vurğulanır.

Tədbirdə digər çıxış edənlər, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov, “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu, "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev, “Elçi” qəzetinin və eyni adlı saytın baş redaktoru, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Əli Həziquliyev və “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov qeyd ediblər ki, Azərbaycan hər zaman milli-mənəvi və bəşəri dəyərlərə ehtiram göstərən məkan olub. Bu məmləkətdə əsrlərdən bəri multikulturalizm və tolerantlıq ənənələri mövcud olub, formalaşıb. Son illər ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində uğurlu işlər həyata keçirilir. Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri yüksək səviyyədədir. Milli- mənəvi dəyərlərimizi müqəddəs borc kimi qorumaq, yaşatmaq və gələcək nəslə ata-baba əmanəti olaraq ötürmək millətimizin, xalqımızın varlığının əbədiliyinə verdiyimiz zəmanətdir.Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir.







Xəbər 1428 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +