Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.08.2023  17:33 

Azərbaycansayağı ədalət: 20 milyon yeyən azadlıqda, 500 min mənimsəyən isə həbsdə...





A+  A-

Avqustun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təyin olunub. Prosesin keçirilib-keçirilməyəcəyi isə bəlli deyil. Hər dəfə proses bir bəhanə-əsas-səbəblə təxirə salınır. Bu günə qədər keçirilən 100-ə yaxın proses elə məsələlərə görə təxirə salınıb ki, bu günə qədər Azərbaycan məhkəmə praktikası belə əsassız “əsas”lar görməyib.

Bu baxımdan avqustun 30-na təyin edilən prosesin keçirilib-keçirilməyəcəyi bəlli deyil. Məsələn, avqustun 16-da keçirilən proses 3 dəqiqə çəkmişdi və hakimlərdən birinin dəyişməsinə görə təxirə salınmışdı. Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sabiq aparat rəhbəri, Səlim Müslümovla birgə həbs olunan Əjdər Cəbiyev(Əjdər Ol) barəsindəki həbs qərarının dəyişdirilməsi üçün kassasiya şikayəti verib. Əjdər Ol cəzasının yüngülləşdirilməsini istəyir. Şikayət onunla əsaslandırılır ki, məhkum istintaq dövründə iş üzrə dövlətə dəymiş 600 min manata yaxın ziyanı tam ödəyib, həmçinin səhhəti ilə bağlı narahatlıq yaşayır.

Səlim Müslümovun cinayət işi üzrə materiallar 2022-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Az sonra, yəni 2022-ci il, avqustun 8-də hakim Faiq Qəniyevin sədrliyi ilə iş üzrə ilkin hazırlıq iclası keçirilməklə məhkəmə baxışına başlanıb. Məhkəmə başlanmazdan əvvəl Səlim Müslümov dövlətə vurduğu 20 milyon manat ziyanı tam şəkildə ödədiyindən onu həbsdən azad edib ev dustaqlığına buraxıblar. İş məhkəmədə araşdırılarkən Səlim Müslümovun nazirliyi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olmuş Əjdər Cəbiyev də dövlətə vurduğu ziyanı tam şəkildə ödəyib.

İstintaq materiallarına görə, o, Aparat rəhbəri vəzifəsində olarkən əlinə keçən 600 min manat büdcə vəsaitini mənimsəyib. Maraqlıdır ki, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevi bundan sonra ev dustaqlığına buraxmadılar. Bu gün Səlim Müslümovun cinayət işi üzrə məhkəmədə paradoksal vəziyyət yaranıb - 20 milyon manatı mənimsəmiş nazir azadlıqda, ondan 19 milyon 500 min manat az mənimsəmiş aparat rəhbəri isə həbsdədir. Bu haqda yazmışdıq, bir də bilməyənlər üçün yada salaq ki, 20 milyon çəki baxımından da 500 min manatdan ağırdır. Femidanın bir əlinə 20 milyonu, o birinə də 500 min manatı versək, heç şübhəsiz ki, ağırlıq çəkib ədalət ilahəsinin əlinin üzünü 20 milyon tərəfdə yerə vurmalıdır. Ağırdır axı. Mənimsəmə cinayətinin ağırlığı da elə bu məbləğə bərabərdir. Əjdər Ol da, Səlim Müslümov da əlini xalqın cibinə salıb, oğurluq ediblər.

Səlim Müslümov razılaşmasaydı, “dabro” verməsəydi, Əjdər Ol uzağı 5 min, lap elə 50 min manatı oğurlaya bilərdi.

Əldə edilən məlumata görə, Səlim Müslümovun rahat şəkildə məhkəmədən azadlığa buraxılmasının səbəbi də məhz Əjdər Olla bağlıdır. Səlim Müslümovu azad etmək niyyəti ortada olsa da, Əjdər Olla bağlı belə bir mövqe yoxdur. Bildirilir ki, hakim ötən il dekabrın 26-da məhkəmə istintaqının yekunlaşdırılması istiqamətində fikirlərini bildirmək üçün dövlət ittihamçısına söz verib. Prokuror məhkəmədən vaxt istəyib. Hakim dövlət ittihamçısı və müdafiə tərəfinə son təkliflərini hazırlamaq üçün vaxt verib. Tərəflər hazır olardısa, proses dekabrın 30-da davam etdirilməli idi. O gün, bu gün, proses uzandıqca uzanır, artıq məhkəməyə daxil olmasının ili də çıxıb. Halbu ki, lap uzağı 2023-cü il fevralın əvvəlində dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyə bilərdi. Lakin bu günə qədər dövlət ittihamçısı çıxış etməyib. Hər dəfə müxtəlif bəhanələrlə proses uzanır. Səlim Müslümovun cinayət işi üzrə məhkəmənin yekun hökmü verilmir. Məsələ həll edilib - Səlim Müslümov necə lazımdırsa, pulları elə də ödəyib. Onu məhkəmə zalından azad etməlidirlər. Bu halda Əjdər Ol da məhkəmə zalından azad olunmalıdır. Onun azadlığa aparacaq qərarı isə Ali Məhkəmə verməlidir.
Əks halda, Səlim Müslümov barəsində çıxarılan hökm elan edildiyi andan şübhə altına alınacaq. Bunu hakim də, Səlim Müslümov da yaxşı bilirlər. Səlim Müslümov Əjdər Ol “aşırımını” aşmasa, yaxın illərdə məhkəmə qapılarını gəzmək məcburiyyətində qalacaq.

Yada salaq ki, Səlim Müslümovun cinayət işi üzrə sonuncu proses bu ilin may ayında baş tutub. Ondan əvvəlki prosesdə isə hakim Faiq Qəniyev proses başlayan kimi deyib ki, istintaqı aparılan israfetmə epizodu üzrə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı işlər tamamlanmayıb. Buna görə də vəkillər aprelin 17-nə təyin olunan prosesin təxirə salınmasını istəyirlər.

Hakim qeyd edib ki, tərəflər iş üzrə dəymiş ziyanın tam və hərtərəfli ödənilməsini istəyirlər. Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. Onun rüşvət alma yolu ilə 13 milyon 296 min 355 manat, mənimsəmə yolu ilə 7 milyon 237 min 188 manat, israf edilmiş yolla dövlətə 7 milyon 87 min 671 manat ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səlim Müslümov əlbir olduğu digər vəzifəli şəxslərlə birgə mütəşəkkil şəkildə böyük korrupsiya cinayətləri törətdiklərini boynuna alıb. O, oğurladığı 20 milyon manatı geri qaytarıb. Məhkəmənin gedişatında isə onunla işbirliyində olmuş şirkətlərin əvəzindən 4 milyon 500 min manatı da ödəməklə cinayətlərin mütəşəkkil qaydada törədilməsini etiraf etmiş olub. Səbayel Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən, sabiq nazirə məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Elşən MƏMMƏDƏLIYEV,
Musavat.com

Xəbər 757 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +